Təmizlik dəlisi olan məşhurlar. Biz ulduzları hər zaman qırmızı xalı üzərində gördüyümüzdən bəzi Hollivud aktyorlarının və məşhur idmançıların ev təmizliyini özlərinin etdiklərini düşünməkdə olduqca çətinlik çəkirik. Ancaq bu hala kifayət qədər rast gəlinir.

David Beckham

Dünya futbolunun ulduzu, dünyanın ən zövqlü və özünəməxsus tərzə sahib kişisi, nümunəvi ailə başçısı David Beckham təmizlik köməkçilərinə güvənmir. Bir çox vaxt o Londondakı villasında təmizliyi qulluqçulara həvalə edə bilmir.

Əgər futbolçu evinin tam olaraq təmiz olmadığını düşünsə, o yenidən təmizlik işlərinə başlaya bilir. Bəzən isə özü qaldığı otel otağında təmizlik edir, yenidən ağları yuyur və ütülüyür. “Otel otağına köçən zaman ilk növbədə hər şeyi yerbə-yer edirəm. Salfetlər yatağın yanındakı tumbanın üzərində tam simmetrik formada dayanmasa özümü rahat hiss edə bilmirəm” – deyə futbolçu bildirir.

Davidin ən sevdiyi məşğuliyyəti soyuducunun içindəki ərzaqları sıralamaqdır. Villada soyuducu sayı üçə bərabərdir – biri ərzaqlar üçün, biri meyvələr üçün, biri isə içkilər üçün. Beckham özü hər dəfəsində hər şeyin simmetrik düzülüşünə diqqət yetirir. Əgər ümumi harmoniyanı pozan əlavə bağlama aşkarlayarsa, mütləq onu atacaqdır.

Gwyneth Paltrow

Gwyneth Paltrow – dəmir adamın qız dostu rolunun ifaçısını xırda səliqəsizlik belə əsəbləşdirə bilir. O evdə hər şeyin tökünük olması şəraitində çalışa bilmir. Çirki qabları yumamış yuxuya gedə bilmir. Paltrow wellness-imperiasının yaradıcısıdır. Onun dükanında təhlükəsis-təbii təmizlik vasitələri və kosmetik vasitələr satılır.

Təmizlik dəlisi olan məşhurlar 3.

Kim və Kylie Kardashian

Kim təmizlik üçün köməkçilərdən imtina etmişdir. “Mənim xadimələrim yoxdur, çünkü evimə kənar insanları burxmaq istəmirəm. Yəqinki mən əvvəlki həyatımda özüm xadimə olmuşam. Evdə qalıb, qarderobumu təmizləmək mənim üçün gözəl zaman keçirmək deməkdir” – deyə müsahibələrində bildirmişdir.

Courteney Cox

“Dostlar” serialının ulduzu Courteney Cox təmizlik dəlisidir. İş yoldaşlarının sözlərinə görə Courteney bəzən qrim otağında belə təmizlik işləri görür. Evində isə aktrisa tez-tez pəncərələri silir, qonaq getdikdə isə ətrafa tullanılan əşyaları toparlayır, səliqəli şəkildə jurnalları bir yerə yığır.

Təmizlik dəlisi olan məşhurlar 5.

Alec Baldwin

Təmizlik mənasında daha bir perfeksionist – Alec Baldwin. Onun həvəsi pəncərələrin yuyulmasındadır. Bu işi və qabları yumaq işini qulluqçusuna həvalə edə bilmir. Əgər Baldwin şüşə üzərində hər hansısa ləkə görərsə, yumağa cəht göstərir. Evinin pəncərələri təmiz olmayana qədər heç bir çəkilişlər və ya tədbirlər üçün hazırlığa bşlamaz. Hətda buna görə çəkilişlərə də gecikə bilər.

Aktyor əşyaların yerini dəyişdirilməsini olduqca qısqanclıqla yanaşır. Bir neə santımetr yeri sürüşdürülmüş kitab belə onu əsəbləşdirə bilər. Evində hər bir əşya öz yerindədir. “Təmizliyə başladığım zamanı dayana bilmirəm. Bəzən yoldaşım məndən küsür. Bütün günü evin təmizliyi ilə məşğul olur, uşaqlara baxır, axşam mən evə gəldikdə isə təmiz olmadığını bildirirəm” – deyə aktyor gülür.

Nicole Kidman

Ev təmizliyi məsələlərində aktrisa profesionallara güvənir. O dörd uşaq, iki pişik və dovşanla birlikdə yaşayır. Xadimələrin işləri hər zaman kifayət qədər çox olur. Lakin, paltar yumaq məsələlərini Nicole özü görür. Paltar yuyan maşının barabanının dövr etməsi aktrisanı hipnozlaşdırır, çirkli geyimlərin təmizlənmə sehri onu valeh edir. Kiçik qızlarını, altı yaşlı Sandy və dörd yaşlı Feyti də artıq təmizliyə örgədir. Kiçik ev işlərini bəzən onların arasında bölüşdürür.

Təmizlik dəlisi olan məşhurlar 7.

Cameron Diaz

Cameron Diaz üçün istənilən problemlərdən uzaqlaşmaq üçün ən yaxşı çıxış yolu evdə tozsoranla gəzməkdir. Hər gün aktrisa ya hər hansı bir otağı, ya da evin bir hissəsini təmizləyir. Xırdalıqlara diqqətini fokuslandıraraq aktrisa gördüyü işi “kiçik məzuniyyət” adlandırır və ağır iş günündən sonra bu şəkildə istirahət etdiyini bildirir.

Cameron uşaqdan sonra idal evdar qadına çevrilməyə cəht göstərmişdir : yemək bişirir, evə baxır, bağa qulluq edir, ev heyvanlarına qayğı göstərir və qalan boş zamanlarını qızına həsr edir. “Mən yemək bişirməyi sevirəm, təmizliyi xoşlayıram, uşağa baxıram. Bütün bunları çox vaxt eyni anda edirəm. Bəzən hətda gecələrdə yemək hazırlamalı oluram” – deyə aktrisa gün rejimini xarakterizə etməyə çalışır.

Statistika – ən məşhur 7 sexual fantaziyalarHansı məşhurun cinsi orqanı daha böyükdür?

Fikirlərinizi bildirin.