Sylvester Stallone həyat qanunları. Aktyor, Nyu-York, 74 yaş.

Mənim 11 yaşım olanda — Merilendə, Manki Holloudakı üç mərtəbəli evimizin damından yıxılaraq qabırğamı qırdım. O zamanlar beynimdən keçənləri tam anlamağınız üçün deyə bilərəm ki: uça biləcəyimi düşündüyümdən çətirlə hoppandım.  Nəticədə heçnə alınmadı və mən atamın barbeku üçün düzəltdiyi su ilə dolu beton tikiliyə düşdüm. Enişim zamanı atam eyvana çıxaraq mənim boğazıma keçirdiyim çətirlə yerdə uzandığımı gördü. O zaman anama dedi: “Bu uşaq heç vaxt prezident olmayacaq. Sən axmaq doğmusan”. Mən isə cavab verdim: “Atacan eyni sözləri Edison haqqında da deyirdilər”.

Mənim 16 yaşım olanda — anam hər zaman məni istedatlı hesab edirdi. O məni Folodelfiyada Dreksel inisitutuna apardı. Həyatda hansı tərəfə meyl göstərdiyimi örgənmək istəyirdi. Üç gün davam edən yoxlanışlardan sonra anama dedilər: “Sizin oğlunuz malları yerbəyer etmə üçün sürücü vəzifəsinə və ya elektrik köməkçisi işinə yaxşı yarayır. Əsasənda liftlərin elektrik məsələlərini yaxşı bacarar”.

Mənim anam məni — dələduz hesab edirdi. Onun “Barbellanın” adlı idman zalı var idi. O 70 kiloqramı qaldıra bilirdi. Mənim həddindən artıq qudurduğumu hiss edərkən məni fırladıb yerə yıxırdı. Döyüş hərəkətlərini yaxşı bilirdi. Döyüldükdən sonra az qala təcili yardıma ehtiyac duyurdum.

Anam — həddindən artıq rəngarənk həyat tərzi sürür. O cavanlığında sirkdə artist işləməyinə baxmaraq, televiziyada bodybilding şousu aparan ilk qadın kimi yadımda qalıb. Bu şou 1950-ci ilə təsadüf edirdi. Eyni zamanda o gözəl astroloqdur. Əllərlə fala baxa bilir. Rampologiyanı kəşf edib. İnsanların arxasına baxaraq gələcəyi deyirdi. Əlbətdəki, bizim olduqca yaxın münasibətlərimiz var. Ancaq falıma baxmaq üçün arxamı ona heç vaxt göstərmirəm. Birdən xoşagəlməz əlamətdar nələrisə görə bilər.

Çox maraqlanırdım — kinolara baxaraq bodybildinglə bağlı çox maraqlanırdım. Bir gün Steven Reevesi “Gerkulesdən azad olanlar”-da gördükdən sonra düşündüm: “Bu saqqalı və böyük baldırlı qəribə oğlan tək başına bütün tikililəri qıra və roma əsgərlərini məhv edə bilər. Məndə belə istiyirəm”. O zamandan necə görünmək isədiyim haqqında düşünməyə başladım. Çox əzələli olmaqdanda düzü xoşum gəlmir. Onda sankı insana bənzəmirsən. Eləbil sizə mühasib rolu təklif edirlər, ancaq siz Herakıla bənzəyirsiniz.

Lüt çəkilişlərim olub — O zamanlar yeməyə heçnəyim yox idi. Məni evdən qovmuşdular və dörd gün avtobus dayanacağında qalırdım. Çalışırdım polislərə tutulmayım və imkan olduqca yatım. Kitablarımı saxlanma birosuna qoymuşdum. Buna görədə, qəzetdə günə 100 dollar qazanmaq imkanının olduğunu oxuyan zaman bunu həyatın hədiyyəsi zənn etdim. Soyunmağın gərəkli olması məsələsi məni o qədərdə düşündürmürdü. Orda heç bir pornoqrafiya yoxdursa nədən narahat olumki? Ac olarkən adi vaxtlarda etmədiyin çox şeyləri edirsən. Sağqalmaqla mücadilə apararkən mənəvi dəyərlərin necə gərildiyi insanı təəccübləndirir. Ən gülməlisi isə ondadır ki, lüt şəkildə kamera qarşısında durarakən özünü ciddi işlə məşğul olursanmış kimi inandırmağa çalışmağındır. Düşünürdüm: “Bəlkədə bu əsl incəsənət işi olacaq?” İstənilən halda mən ya çəkilməliydim, yada oğurluq eməli idim. Uçurumun kənarında idim. İki gün ərzində 200 dollar qazandım və beləliklə avtobus dayanacağından çıxdım.

Qapıçı rolunda oyanıyırdım — qəzet elanlarından qonaqlığa gələnləri qarşılayırdım, qonaqlığa gələn ona yaxın insanlarla görüşüb, öpüşüb obyektə dəvə edirdim. Vəsssalam. İndiki standartlara əsasən filim o qədərdə əxlaqsız hesab edilməz.

Qızlarım heç şübhələnmirdilərdə — mən nə ilə qazanıram. Onlar orta məktəb anketlərində mənim qolf oynadığımı və bağda işlədiyimi qeyd emişdilər.

Beş yaşlı qızım — məktəbə gələndə hansısa oğlan onun stolunu götürmüşdü. Qızım ona demişdi: “Birdə belə etsən, sənin başını kəsəcəm”. Deyəsən artıq uşaqların nəyə baxdıqlarını nəzarətdə saxlamağın zamanı çatıb. Əvvəl uşaqlar ağlayırdılar, indi isə nəyəsə baxnda “yenədə ölü” deyə baxmağa davam edirlər. Belə getsə uşaqların çoxsunu xüsusi tərbiyə mərkəzinə verməli olcağıq.

Bir insanın cürəti çatıb — mənim maşınımı vurdu. Maşından çıxdım və dedim: “Sənə elə gəlmirki üzür istəməlisən?”. Cavabında: “Get işinlə məşğul ol” dedi. Mən indicə uşağımı düşürmüşdüm deyə həmin adama dedimki, maşınımda uşaq ola bilərdi. O yenədə mənə “İşinlə məşğul ol” dedi. Bu zaman onun ağzının üstündən vurmağı özümə borc bildim. Rokki tərzində ona sol əlimlə vurdum. Bu vuruş mənə 15 000 dollara başa gəldi.

Mən etməliyəm — tamaşaçıların məndən gözlədiklərini. Gəlin boynumuza alaq: mənimlə Rokki və Rembo arasında əlaqə var. Zamanla real və uydurulma personajlar arasında qarışıqlıq yaranır. Öz aktyorluq bacarıqlarımı gizlədərək digər tərəflərimi göstərərkən məndən qaçırlar. Ok, bu məni qane edir. Mən streotipəm və bununla heçnə edə bilmirəm.

Müəyyən vaxt — mən qorunmağa başladım. Sylvester Stallonenin zorakılıqla eyni anda hallandırılması pisimə gəlirdi. Mağara adamına çevrilməyə başladım. İnsanlar uydurulma qəhrəmanı real həyatda axtarmağa başladılar. Mən qorunduqca kənardan daha da axmaq kimi görünməyə başladım.

Bir dəfə — Arizona səhralığında “Porshe” ilə gedirdim. Saatda 200 km-ə qədər sürəti artırdım. Əlbətdə, polis məni saxladı. Onlara dedim: “Siz onları gördünüz?. Siz onları saxlamadınız. Onlar hələdə ordadırlar.” Onlar isə cavabında: “Nə?” Mən isə davam edirəm: “Orda 8 silahlı adam var. Mən güclə canımı onlardan qurtardım. Xahiş edirəm, məni həbs edin, onlar məni öldürmək istəyirlər. Bilmirəm onlar kimlərdir? Onların yəqinki Rembodan xoşları gəlməyib. Onlar məktubla mən hədə qorxu gəliblər, indi isə məni tapıblar”. Polislər məni ştatın sərhəddinə qədər yola salaraq “Biz sənə kömək edərik Rembo, Rokki deyə səsləndilər”.

Yadınızdadır — Reyqan Kaddafini bombalayanda? Reyqan demişdi: “Mən Remboya baxmışam, nə etmək lazım oldğunu bilirəm”. Sonradan isə Səddam bunkerdə Rembonu xatırladı. Mən sankı düşüncə tərzinin sinonimi olmuşam. Bu məni səyahətlər zamanı narahat etməyə başladı. Anladım ki, inkişaf etməkdə olan ölkələrdə sevilmirəm.

Aktyorluq — mənim yalnız eqosentrik tərəflərim valeh edir. Özümü ekranda görməyi sevirəm. Bu psixoloji səviyyədə deyil. Rejisorluq maraqlı tərəfdir. Sankı idman komandasını məşq etdirirsən. Senari məsələsi isə mənim üçün bir növ eroikadır. Ağıla yaxşı idea gəldikdə yerimdən dura və başımı huşumu itirənə qədər divara vurmağa hazıram.

Əlbətdə, biz rəqabətdəyik — Biz bu haqda danımışıq. Biz Muhammad Ali ilə Johnathan Frasier kimiyik.

Hər səhər — yataqdan dururam və özümdən soruşuram: “Mənə həqiqətən bu lazımdır?”. Qarajda idman zalıma gedirəm. Mən buna nifrət edirəm. Tək məşğul oluram və ağırlıq qaldırıram. 25 fərqli qəliz alətlərim var, onların hər birində 160 kiloqram var. Bu çox ağırdır.

Bütün həyatım boyu — məşq etmişəm. Ancaq, nə qədər ağıllı olsanda, sənə məşqçi gərəklidir. Öz özünlə məşq düzgün deyil. Kilsədə bu cürdür. Kilsə ruh üçün idman zalıdır.

Çəkilişlərdə olduğum zaman — hər gün eyni şeylər yeyirəm. Bu çox bezdirir.

Varlı və tanınmış olarkən — reallıqdan uzaq olursan. Səninlə əsl həyat arasında sənin qeydinə qalan insanlar olur. Sənin problemlərini həll edirlər. Ancaq, bədbəx hadisə baş verərkən anlayırsankı, heç bir məşhurluq səni heç bir şeydən qorumur.

“Rokki”nin bütün senarisini — görəndə produserlərə dedimki, bu 100 milyon gətirəcək. Onlar isə “dediyin pullar gəlsə sənə Mercedes 450 SEL alacağıq”. İstəyimi aldım.

Əgər geriyə, həyatınıza baxsanız — 80% olanlardan narazı qalacaqsınız? Ancaq həyat elə səhflərdən ibarətdir.

Angelina Jolie həyat qanunlarıMarilyn Monroe həyat qanunlarıDiego Maradona həyat qanunları

Fikirlərinizi bildirin.