Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi (maddə 60)

379
Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi (maddə 60)

Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi (maddə 60)

I.Svetoforun və nizamlayıcının sıqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir.

II.Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.2 yol xətti) qarşısında (şəkil 1); əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında (şəkil 2); piyada keçidi qarşısında (şəkil 3); digər yolacrıclarında isə svetofor qarşısında dayandırmalıdırlar:

1)yolayrıcında – kəsişən yolun hərəkət hissəsi qarşısında (Yol hərəkəti haqqında Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla (şəkil 4));

2)YH haqqında Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında (şəkil 5);

3)başqa yerlərdə – hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında.

III.Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır (şəkil 6).

IV.Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı; bu mümkün olmadıqda isə, NV-nin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar.

V.Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər.

VI.Dəmiryol keçidlərində svetoforun yanıb-sönən qırmızı siqnalı ilə bərabər, keçiddən keçməyin qadağan olunması barədə hərəkət iştirakçılarına əlavə məlumat vermək üçün səs siqnalı da tətbiq oluna bilər.

Əlavə məlumat nişanları (lövhəciklər) (maddə 68)Yol nişanlarını yada salaq

Əvvəlki məqaləSex, yoxsa özünüifadə? Kinky-party nə deməkdir?
Növbəti məqaləReal olaraq türmədə yatmış məşhurlar

Fikirlərinizi bildirin.