Şüşə, dəmir, plastik: hansı qablaşdırmada pivə daha tez soyuyur? Dükanda qalmısız və hansı qablaşdırmanı seçəcəyinizi bilmirsiniz? Təəcili olaraq bu məqaləni oxuyun. Siz bunu çoxdan bilməli idiniz.

Orta məktəbdə fizika dərsini yaxşı oxuyanlar üçün pivə içkisinin hansı qabda tez soyuyacağı sualına cavab verməsi çətinlik yaratmayacaq. Ancaq, ürəyinizi sıxmayın, “İstilikkeçirmə” paraqrafını əzbərləyə bilməyənlər cavabı bizdən əldə edə bilərlər.

İstilikkeçirmə ifadəsinin fiziki termindən Azərbaycan dilinə tərcüməsi – istilik enerjisinin cismin bir hissəsindən digər hissəsinə və ya təmasda olan bir cisimdən digər cismə ötürülməsi prosesi kimi anlaşılır. Əgər istilikkeçirmə cədvəlinə inansaq, alüminiumun istilikkeçirmə göstəricisi 221 W / m • ° С, şüşəninki isə 0.76 W / m • ° С olduğu anlaşılar. Bu arada möhkəm sıxlığa malik polietilendən hazırlanan plsatik qablaşdırmanın istilik keçirməsi 0.41-0.44 W / m • ° С kimi müəyyənləşmişdir.

Artıq anladığınız kimi, plastik bağlamaların istilikkeçirmə qabiliyyəti olduqca zəif olduğundan pivə ən gec məhs bu qablarda soyuyur.

Tez soyuma xüsusiyyətinə görə lider isə alüminium qablaşdırılması hesab edilir. Aparılan araşdırmalara görə soyuducunun buzxanasında saxlanılar pivə bu halda 10 dəqiqəyə soyuya bilir. Bundan başqa alüminium qabda pivənin keyfiyyəti də digər formalara baxanda daha yaxşı saxlanılır. Daha doğrusu, bu halda pivə günəş şüalarının təsirindən daha çox qorunur.

Pivə yoqası, yoxsa lüt fitnes?Pivə qadın hormonlarını artırırmı?

Fikirlərinizi bildirin.