Sürücülük vәsiqәsi (maddə 34)

245
Sürücülük vәsiqәsi (maddə 34)

Sürücülük vәsiqәsi (maddə 34)

I.Sürücülük vәsiqәsi hәr hansı şәxsin nәqliyyat vasitәlәrini idarә etmәk hüququnu tәsdiq edәn sәnәddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

II.Mexaniki nәqliyyat vasitәlәrinin tiplәrindәn asılı olaraq, Azәrbaycan Respublikasında verilәn sürücülük vәsiqәsinin aşağıdakı növlәri vardır:

1)motosikletlәri, kvadrisiklləri, trisiklləri, avtomobillәri, tramvayları vә trolleybusları idarә etmәk üçün;

2)traktorları vә digәr mexaniki nәqliyyat vasitәlәrini idarә etmәk üçün.

III.Sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ” vә rәqәmlәrlә nömrәlәnmiş aşağıdakı mәlumatlar göstәrilir:

1)vəsiqə sahibinin soyadı;

2)vəsiqə sahibinin adı vә atasının adı;

3)vəsiqə sahibinin doğulduğu tarix vә yer;

4a)vəsiqənin verildiyi tarix;

4b)vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix;

4c)vəsiqəni vermis qurumun adı və ya möhürü;

4d)vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi;

5)vəsiqənin nömrəsi;

6)vəsiqə sahibinin fotoşəkli;

7)vəsiqə sahibinin imzası;

8)vəsiqə sahibinin yaşayış yeri;

9)vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitəsinin kateqoriyaları (altkateqoriyaları);

10)hər bir kateqoriyanın (altkateqoriyanın) verildiyi tarix;

11)hər bir kateqoriyanın (altkateqoriyanın) etibarlılıq müddətinin qurtardığı tarix;

12)hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlə (eynəklə idarəetmə və ya yalnız avtomatik transmissiyalı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd);

13)qeydiyyat və ya yol hərəkətinin təhlükəsizliyinə aid olan digər məlumatlar (vəsiqə sahibinin qan qrupu və ya “əlil” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd).

IV.Bu Qanunun 34-cü maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin III hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarəetmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitəsinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir:

1)“A1” – mühәrrikinin işçi hәcmi 125 kub/sm-dәn vә mühәrrikinin gücü 11 kVt-dan çox olmayan motosikletlәri, trisiklləri və yüngül kvadrisiklləri idarә etmәk üçün;

2)“A” – bütün növ motosikletlәri idarә etmәk üçün;

2-1)“B1” – bu Qanunun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək üçün;

3)“B” – aşağıdakı nәqliyyat vasitәlәrini idarә etmәk üçün:

-“A” kateqoriyasına aid edilmәyәn, icazә verilәn maksimum kütlәsi 3.500 kq-dan, oturacaq yerlәrinin sayı sürücü oturacağından әlavә 8-dәn artıq olmayan avtomobillәri;

-qoşqusunun icazә verilәn maksimum kütlәsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobillәri;

-qoşqusunun icazә verilәn maksimal kütlәsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütlәsindәn çox olmayan vә bütövlükdә belә tәrkibin icazә verilәn maksimum kütlәsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobillәri;

3-1)“C1” – “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq, lakin 7500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

4)“C” – “D” kateqoriyasına aid edilmәyәn, icazә verilәn maksimum kütlәsi 3500 kq-dan artıq olan avtomobillәri, habelә qoşqusunun icazә verilәn maksimum kütlәsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobillәri idarә etmәk üçün;

4-1)“D1” – sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750-kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

5)“D” – sәrnişin daşınması üçün nәzәrdә tutulan vә oturacaq yerlәrinin sayı, sürücü oturacağından әlavә, 8- dәn artıq olan avtomobillәri, habelә qoşqusunun icazә verilәn maksimum kütlәsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobillәri idarә etmәk üçün;

6)“BE” – qoşqusunun icazә verilәn maksimum kütlәsi 750 kq-dan artıq vә avtomobilin yüksüz kütlәsindәn çox olan “B” kateqoriyasından olan avtomobillәri, habelә qoşqusunun icazә verilәn maksimum kütlәsi 750 kq-dan artıq olan vә bütövlükdә belә tәrkibin icazә verilәn maksimum kütlәsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından olan avtomobillәri idarә etmәk üçün;

6-1)“C1E” – qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

7)“CE” – qoşqusunun icazә verilәn maksimum kütlәsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobillәri idarә etmәk üçün;

7-1)“D1E” sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

8)“DE” – qoşqusunun icazә verilәn maksimum kütlәsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobillәri idarә etmәk üçün;

9)“Tramvay” – tramvayları idarә etmәk üçün;

10)“Trolleybus” – trolleybusları idarә etmәk üçün.

V.Sürücülük vәsiqәsinin etibarlıq müddәti aşağıdakı kimidir:

1)60 yaşına çatmamış şәxslәr üçün — 10 il;

2)60 vә daha çox yaşı olan şәxslәr üçün — onların 70 yaşı tamam olanadәk qalan müddәt;

3)70 vә daha çox yaşı olan şәxslәr üçün — 2 il;

4)siyahısı Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn xәstәliklәri olan şәxslәr üçün — tәqdim etdiklәri tibbi arayışda göstәrilәn, lakin 2 ildәn artıq olmayan müddәt.

VI.Sürücülük vəsiqəsindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunur.

VII. Sürücülük vәsiqәsinin sahibi ona verilmiş sürücülük vәsiqәsini möhkәm saxlamağa borcludur.

IX.A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1E və D1E altkateqoriyalarına daxil olan nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edir.

Online sürücülük imtahan testləri 51 (şərhlərlə) – Yol hərəkəti qaydalarıSpirtli içki qəbulundan neçə saat sonra sükan arxasında oturmaq olar?

Əvvəlki məqaləFərqli tip insanlar sexual fantaziyalarda özlərini necə təsəvvür edirlər
Növbəti məqaləŞkolad tamlı öpüş – Barak və Mişel Obama

Fikirlərinizi bildirin.