Supermodel Naomi Campbell haqqında 7 fakt. Naomi Campbell – 22 may 1970-ci ildə anadan olmuş britanyalı supermoddel, aktrisa və afroyamayka və çinyamayka əsilli müğənnidir. 15 yaşından etibarən podyumlarda çalışır. Time və Vogue kimi fransız və ingilis dərgilərinin üz qabığında təqdim edilmiş ilk qaradərili xanımdır. Bu gün TOPmister.org saytı olaraq sizə Naomi Campbellin həyatı ilə bağlı 7 maraqlı faktı açıqlamaq istərdik.

Podyumda yıxılmağı karyerasında sıçrayış kimi qəbul edildi

90-cı illərin əvvəllərində Naomi Campbell artıq təcrübəli model kimi fəaliyyət göstərirdi. Xeyli sayda məşhur nümayişlərdə yer alırdı. Bu səbəbdən də, 1993-cü ildə Vivienne Westwood şousunda iştirak zamanı xanım böyük platformalı və 23 santımetirlik dabanlı (kabloklu) ayaqqabını geyinərkən özünü itirmədi. Ancaq podyumda görünən zaman öz müavizətini saxlaya bilmədi (bunun üçün çox cəhd göstərməyinə baxmayaraq), podyumun ortasında büdrədi və yıxıldı. Nəticədə profesional karyerasında uğursuzluq kimi qiymətləndiriləcək hadisə xanımın xeyrinə işlədi. Yıxılaraq özündən aslı olmayaraq öz halına gülümsəməsi ictimaiət tərəfindən  canlı və təbii reaksia kimi qiymətləndirildi. Bundan sonra həm şou, həm də yıxılmaq tarixi hadisəyə çevrildi.

Supermodel Naomi Campbell haqqında 7 faktVivienne Westwood Fashion Show, Paris, France – 1993

Bəzi fikirlərə görə modellər arasında kəskin rəqabət mövcutdur. Orda dostluqdan söz gedə bilməz. Ancaq Naomi Campbellin timsalında bu belə deyil

Naomi kimi Christy Turlington və Linda Evangelista da 90-cı illərdə supermodel statusunu qazanmışlar. Bu üclük yaxın rəfiqəlik etmişlər və Naomini çətin dövürlərində dəstəqləmişlər. Belə ki, 1990-cı ildə Naomi Dolce & Gabbana -nın nümayiş kastinkini keçə bilməmişdir. Ancaq, artıq iştirakçı siyahısında yer alan Christy və Linda iştirakdan imtina etdilər. Nəticədə kastinq-direktoru güzəştə getmək məcburiyyətində qalır və hər üç qızı nümayişə dəvət etməli olur.

Supermodel Naomi Campbell haqqında 7 fakt
Linda Evangelista, Naomi Campbell, Polly Mellon, and Christy Turlington at the The Plaza Hotel in New York City, New York (Photo by Ron Galella/Ron Galella Collection via Getty Images)
O heç vaxt sakit təbiəti ilə seçilməyib: bəzi anlarda kobud, bəzi hallarda isə ümumiyyətlə davaların əsas qəhrəmanı olmuşdur

2007-ci ildə məhkəmə Naomiyə beş günlük ictimai işlərlə məşğul olma hökmü vermişdir. Sadəcə o əsəbi olarkən telefonu evindəki xadimyə atmışdır. Supermodel məhkəmə prosesini bir aksiyaya çevirə bilmişdir. O hər gün işə geyimli-keçimli gəlirdi. Makiyajı, ətirləri öz yerində olmaqla Nyu-Yorkun kanalizatsiyasını təmizləyirdi. Cəzanın sonuncu günü isə Dolce & Gabbananın gümüşü rəngli geyimində göründü. Geyimin dəyəri bir-neçə on min dollar dəyərində qiymətləndirilirdi. “Bu mənim gündəlik geyimim və özümü gündəlik təqdim etmək tərzimdir. Həyatımda heç vaxt səliqəsiz görünməmişəm.”

Supermodel Naomi Campbell haqqında 7 fakt
Naomi Campbell leaving after the fifth and final day of community service at the New York Sanitation Department, New York, America – 23 Mar 2007
Unudulmaz Maykl Jekson – un In the Closet klipində çəkilir

Campbellin sonradan dediklərinə görə bu onun üçün unudulmaz bir təcrübə idi: “Mən həmin Off the Wall albomu üçün pul yığmağa çalışan on yaşlı uşaqlardanam. Kim deyə belərdiki, mən nəyinki Mayklla tanış ola bilərəm, onunla birlikdə işləyə, hələ onun dostuda ola bilərəm.”

2011-ci ildə Campbell jurnalist olaraq britaniya GQ (dərgi) üçün müsahibə götürür

Müashibə elə belə insandan deyil, Vladimir Putindən götürülür. Baş nazirlə (həmin illərdə baş nazir vəzifəsində çalışırdı) idmandan, heyvanların öldürülməsinə münasibətdən, hətda siyasətçinin ad gününə tələbə qızlar tərəfindən hazırlanmış erotik kalendardan belə söhbət aparmışdır.

Naomi Campbellin dəb industriyasına tövhələri

Yəqinki bu xanım olmasaydı, hələdə dəb aləmi qaradərili modelləri çətinliklə qəbul edərdi. Onun koryerasında yüksəlişi 2008-ci ilin italiyan Vogue dərgisində şəkillərinin görünməsini hesab etmək olar. Dərginin bu nömrəsi qaradərili qadınların dəb və incəsənət sahəsində oynadığı rola ithaf edilmişdir. Üz qabığında Naominin şəkli olan nömrə 72 saat ərzində satılmış və ikinci nəşrə gedərək 30 000 nüsxə təkrarən hazırlanmışdır. Satışlar həm Amerika, həm də Avropa ərazisində aparılmışdır.

O afrikan dəbini və afrikan dizaynerlərin işlərinin təbliğini davam etdirir

2018-ci ildə o Condé Nast International dərgisinə Vogue jurnalının afrika versiyasının buraxılması xahişi ilə müraciət etmişdir. Naomi hər zaman Laqosda Arise Fashion Week  dəb həfdəsini həm model kimi, həm də spiker mütəxəsis kimi dəstəkləmişdir. 2020-ci ildə fransada keçirilən sərgini yeganə nümayişlə, yeni nigeriya markası Kenneth Ize -nin nümayişi ilə tamamlamışdır.

Kişi dəbi və stili – evolyusiya ya reqressiya?Kişi dəbində fərqli kənarlaşmalarGiorgio Armani – kişi dəbi ilə bağlı 10 məsləhət.

Fikirlərinizi bildirin.