Stresslə bağlı 5 mif. Çox saylı elmi araşdırmalar bir çox mifləri və çoxluq tərəfindən qəbul edilmiş yanlış məlumatları təqzib etməkdədir. Bu günki məqaləmizdə ekspertlər tərəfindən stress halları barəsində yalanların ifşasını diqqətinizə çatdırmaq istərdik.

İnsanın stresə qarşı reaksiyası onun genlərindən aslıdır (müəyyən qədər doğrudur)

İnsanın genetik xüsusiyyətləri onun stress hallarına reaksiyasına müəyyən qədər təsir etmiş olur. Lakin, bu bütün reaksiyanın izahı anlamına gəlmir. Stress reaksiyası daha çox onun yaranma səbəblərindən aslıdır. Bura adətən müxtəlif terror halları, fəlakətlər, silahlı atışmaların arasında olma kimi təsirlər aid edilir.

Genetik təsirləri iki qrupa ayırmaq mümkündür.

Birinci qrup valideyinlər tərəfindən uşağa keçən genetik göstəricilər: endokrin və imun sistemi nəzərdə tutulur. Bəzi gen növlərinin daşıyıcıları stress halarına daha həssas olurlar və nəticədə onun yaratdığı fəsadlarla tez-tez üzləşirlər.

İkinci qrupda isə həyatı boyunca yaşanan stress halları nəzərdə tutulur. Bu halda insanın uşaqlıq yaşlarında üzləşdiyi hadisələr əsas götürülməlidir. Heyvanat aləmində genetik xüsusiyyətləri ətraf mühütə uyğunlaşdıra bilmə kimi keyfiyyətlər mövcutdur. Nəticə etibari ilə genetikada gedən dəyişiklik bəzi nöqtələrin aktivləşməsi və ya nisbətən passivləşməsinə səbəb olur ki, bu da nəticədə canlının düşdüyü ətraf mühütdə sağ qalmasına yardımçı olur. Ekspertlərin siçan və siçovullar arasında araşdırmaları müəyyən etmişdir ki, uşaq vaxtı rastlaşılan stress genin stress müdafisəini dəyişmiş olur. Eyni müşahidələr insan barəsində də keçərlidir. Misal olaraq, əgər ana siçan stress halı ilə rastlaşmış uşaqları ilə yaxşı rəfdar edərsə, bu zaman gendə olan stress göstəriciləri zamanla normallaşa bilir. Kiçik siçanlar böyüdükdə onların göstəriciləri stress halı yaşamayan siçanlarla eyni səviyyədə olmuş olur.

DNK hissələrinin bütünlükdə və ya ayrı-ayrı bölmələrində baş verən dəyişikliyi örgənmə sahəsi epigenetika adlanır. Epigenetik proseslər genetik durumun ətraf mühütə təsirləri istiqamətlərini araşdırır. Bu halda tərbiyyə vasitələrinin, yəni ana qayğısının da nəzərə alınması mütləq mənada görünür.

Stress halları yalnız neqativ emosiyalarla bağlı olur (yanlışdır)

Stress – orqanizmin qemostaz vəsiyyətindən çıxması, yəni bərabərliyin pozulması mənasını ifadə edir. Lakin, bu bərabərlilik səviyyəsindən çıxma eyni zamanda insanın şəxsi inkişafının mümkün olması baxımından da olduqca vacib bir haldır. Bu səbəbdən də, stress halları insanın aşiq olduğu, böyük auditoruya qarşısında çıxış etdiyi hallarda da baş verə bilər. Dolayısı ilə, yaxşı həyata dəlalət edən bütün mərhələlərə şamil edilə bilər. Beləliklə, stress həyat üçün mövcud olmalı mühü məsələdir və həyəcanlana biləcəyimiz bütün hallarda baş verə bilir.

Neqativ emosiyalara gəldikdə isə, bu məsələlərlə bağlı “distress” anlayışı mövcutdur. Bu hal adından göründüyü kimi mənfi mənada stress hallarını özündə cəmləyir və intensiv neqativliyi, eyni zamanda xroniki neqativliyi tərənnüm edir. Bu halda insan kənar təsirlərdən çox aslı hala qalır, vaxtaşırı deyil, daim neqativ hislər keçirir. Misal olaraq, dost-tanışları ilə hər zaman narazı formada ünsiyyətdə olur, ailədə, həyat yoldaşı ilə daim dalaşır, işini sevmir və hər səhər bu işə getmək üçün özünü vadar edir. Bununla yanaşı distress yüksək intensivlik hallarında da baş verə bilir. Misal olaraq, yaxın bir insanını itirir, qarşısında olduqca ciddi maneəyə rastlayır, qorxu halları ilə üzləşir.

Yemək qəbulu stress hallarının aradan qalxmasına kömək edir (doğrudur)

İlk öncə nəzərə alınmalıdır ki, stress heçdə hər zaman pis məna vermir. Bu hal müsbət emosiyalarla da xarakterizə edilə bilər. Orqanizmin yanaşma tərzinə və daxili orqanların iş prinsipinə əsasən eyforiyanın özü də bir stress halıdır. Deməli təəssüf ki, sevincdən belə insan dünyasını dəyişə bilər. Sözü gedən mif yalnız mənfi xəbərlər əsasında yaranan emosiyalar halına aid edilir. Əgər insan xoş olmayan stress yaşayırsa, bu zaman ona kömək edəcək hər bir vasitə xeyirli hesab edilir. Yemək isə, bildiyimiz  kimi pozitivin ən gözəl mənbəyidir. Qızardılmış ət dilimi və ya şkolad sizi heç vaxt aldatmaz. Siz efirdən izlədiyiniz filmi və ya dostunuzla xoş olmayan söhbətinizi gözəl yeməklə yekunlaşdırsanız sonluq yalnız müsbət emosiyalarla bitmiş olar.

Əsəb toxumaları konteksdində qida qəbulu mediator ifrazına şərait yaratmış olur. Ağız boşluğunda xoş tam hiss edilən kimi, mədəyə nələrsə daxil olan kimi beyində endorphin və dofamin ifrazı başlayır. Nəticədə müsbət emosianlar, proseslər başlayır.

Meqapolis insanları üçün gündəlik stress halları qaçılmazdır (müəyyən qədər doğrudur)

Müəyyən qədər bu fikrin doğruluğu ilə razılaşmaq olar. Stress – insanın öhdəsindən gəlməkdə çətinlik çəkdiyi stimulların təsirindən də yaranması mümkündür. Bu stimullar olduqca müxtəlif ola bilər. Böyük şəhərlərdə isə bu hallarla tez-tez rastlaşılır. Bu eyni zamanda bizim yaşadığımız ekoloji durumdan, insanların çoxluğundan, zamanımızın azlığından, fiziki hərəkətlərin zəifliyindən, ailədə və iş yerində baş verən problemlər səbəbindən yarana bilir.

Lakin, bu halda üç fərqlilik də nəzərə alınmalıdır. Beləki, bir çox stressorlara böyük şəhərlərlə yanaşı rayonlarda və kəndlərdə yaşayan insanlar arasında da rastlamaq mümkündür. Bu insanlarda stress hallarını adətən ağır iş şəraiti və ya yaşadıqlarının ədalətli olmaması fikirləri yarada bilir. İkinci məsələ isə, böyük şəhərlərdə belə müxtəlif insanların müxtəlif şərtlər daxilində yaşamaqlarıdır. Kimsə işə toy-bayrama gəldiyi kimi gəlir, kimsə işindən həmişəlik uzaqlaşmaq istəyir. Deməli, iş yerimizi və ya həyat yoldaşımızı seçdiyimiz zaman biz gələcək stress halımıza təsir etmiş oluruq.

Sonuncu hal – qarşıladığımız stress hallarının çoxsu bizim ətrafımızda baş verən hadisələrə yanaşma tərzimizlə, ona olan münasibətimizlə bağlı olur. Misal olaraq, bir işçiyə bir iş tapşırılıqda, işçi işi çətinlik, qəlizlik kimi qəbul edir, öhdəsindən gəlməyəcəyini düşünür. Bir sözlə, hadisəyə olduqca qəliz emosiyanal vəziyyətlə yanaşır. Nəticədə stress hallı ağırlaşır və onun üçün daha ağır olur.

Stress sağlamlığa ciddi təsir göstərə bilməz (bu belə deyil)

Stress həqiqətəndə orqanizmin gücünü zəiflədə, insanın aktivliyinin qarşısını ala bilər. Misal olaraq, travmatik stress növləri zamanla psixoloji kənarlaşmalara səbəb ola bilir. Fikirlərə görə travmatik stress intensiv stress hallarınn çoxluğu səbəbindən yaranır. Bu halda insanın həm özü, həm də ətrafındakı insanlar üçün təhlükə formalaşa bilir.

Fiziki baxımdan təsir istiqamətlərindən danışdıqda isə, aktivlik aşağı düşə, halsızlıq halları yarana bilər, yuxu pozulmaları halları yaşana  bilər, sommatik reaksiyalar formalaşa bilər, ürək döyünmə sürətlənə və tənginəfəslik hallarına rast gəlinə bilər.

Siqareti tərgitməyin asan yolu- Carr AllenDostları necə qazanmalı və insanlara təsir etməli – III hissə

Fikirlərinizi bildirin.