Stockholm sindromu: niyə insanlar onları zorlayan və oğurlayanları sevməyə başlayırlar?

313
Stockholm sindromu niyə insanlar onları zorlayan və oğurlayanları sevməyə başlayırlar

Stockholm sindromu: niyə insanlar onları zorlayan və oğurlayanları sevməyə başlayırlar?

Bəzi hallarda insan öz aqressorlarına qarşı simpatiya hiss etməyə başlayırlar. Sonradan isə baş verənlərə görə özlərini iddiham edir, öz emosiyalarını qınayırlar. Gəlin bu gün sözü gedən mexanizmin necə çalışdığına nəzər salaq və oxucularımız arasında əziyyət çəkənlərə mümkün qədər yardımçı olaq.

Adətən Stockholm sindiromundan danışarkən geniş miqyaslı cinayət işlərini haqqında fikir yürüdürlər. Eyni zamanda bu hal olduqca geniş rastlanan psixika və şəxsi münasibətlər barəsində kifayət qədər dağıdıcı gücə malik hesab edilir. Beləliklə, ilk öncə terminin necə yarandığına və hansı hallara şamil edildiyinə nəzər salaq.

1973-cü ilin 23 avqust tarixində Yan-Erik Olsson tək başına Stockholmun mərkəzində banklardan birinə, Kreditbankenin filialına hücum edib. 6 sutka ərzində müəssisənin 4 əməkdaşını girovluqda saxlayıb. Olsson İsveçrənin baş nazirindən 3 milyon kron (o dövrün məzənnəsi ilə 2 milyon dollar) tələb edərək girovları öldürəcəyi ilə bağlı hədələyib. Eyni zamanda danışıqlar zamanı silah və ölkədən təhlükəsiz çıxış üçün sürətli avtomobil tələb etmişdir. 28 avqust tarixində isveçrə polisi müqvimət göstərmək qərarına gələrək pul anbarına gözyaşardıcı qaz buraxmışdır. Bütün girovlar, Olsson və onun şəriki Ulofsson da binanın həmin hissəsində idilər. Qeyd edək ki, Ulofsson Olssonun təkidi ilə türmədən çıxaraq məhs bu işə başlamışdır. Nəticədə oğrular yarım saatdan sonra təslim olur və bütün girovlar sağ-salamat azad olunur.

İctimaiətin təəcübünə rəğmən zərərçəkmişlər onları bir həfdə boyunca girov saxlayanlara qarşı şikayətçi deyillər. Məhkəmədə onlara qarşı ifadə verməkdən imtina edir və hətda cinayətkarların xeyrinə vəkil tutmağa çalışmışlar. Əminlikkə heç bir kobud rəfdar görmədiklərini bildirmişlər.

Psixiator Nils Beyerut – əməliyyat zamanı polis əməkdaşları ilə sıx əməkdaşlıq edən həkim girovların porodoksal rəftarlarını, onlara əziyyət verənlərə qarşı yaranan simpatiya hislərini Norrmalmstorgssyndromet termini ilə izah etmişdir. Termin öz adını bankın yerləşdiyi meydanın adından –  Norrmalmstorg meydanından götürülmüşdür. Bir müddət sonra qəliz ifadə hesab edilən termin daha sadə, Stockholm sindromu ilə əvəzləndi.

Patrisiya Herst barədə məşhur tarixcə

1974-cü ildə Kaliforniyanın Berkli şəhərində solçuradikal terrorist qruplaşması “Azadlığın Simbionistik ordusu” (SLA) Patrisiya Hersti oğurlayır. Xanım qəzaet maqnatı milyarder Wilyam Rendolfun  nəvəsidir. O zamanlar qızın 19 yaşı vardı. Oğurluğun məqsədi SLA qruplaşmasının həbsdə olan üzüvlərinin azadlığa buraxılması ilə bağlı olmuşdur. Nəticədə 2 ay müddətində Partisiya girovda qalır, zorlanır, döyülür və ac saxlanılır.

Uzun müddətli danışıqlardan sonra ailə daxilində Patrisianın azadlığa buraxılması şərtləri müzakirə olunur. Lakin, SLA qruplaşmasının üzvlərinin həbsdən buraxılma anından bir gün əvvəl Patrisiya Herstin özünün qrupa qoşulması və ailəsindən imtina etməsi ilə bağlı səs yazısı yayılır. Xanım həmin gündən sonra qrupla birlikdə cinayət işlərinə qoşulur.

Herstin həbsindən sonra psixoloji ekspertizanın rəyinə əsasən xanımda həyatı barəsində qorxu səbəbindən və mütamadi təzyiqlərə üzləşdiyindən ciddi postravmatik psixi pozuntu aşkarlanmışdır.

Jeysi Li Duqard

1991-ci ildə 11 yaşlı Jeysi Li Duqard avtobus dayanacağından məktəb avtobusunu gözləyən zaman oğurlanır. Əvvəllər insan oğurluğu və zorlama halları üzrə həbs edilən Filipp Qarrido və onun arvadı Nensi qızcığazı 18 il müddətinə evlərinin arxa həyətində gizlətmişlər. Jeysi Li Duqardın cinayətkardan iki qızı dünyaya gəlir. İlk uşaq xanımın 14 yaşında dünyaya gəlir.

Qarrido həbs olunduqdan və Jeysi Li Duqardın azadlığa buraxılmasından sonra hadisə şahidlərinin ifadələrinə görə qız evdə rahatlıla gəzmiş, evin qapsını açmış, kuyerlərin zənglərinə cavab vermiş  və Qarridoya tipoqrafiya işlərində yardım etmişdir. Qız daim işlə bağlı müştərilərlə çalışsada, heç vaxt şikayət etməmiş və narazılığını bildirməmişdir.

Stockholm sindromu niyə insanlar onları zorlayan və oğurlayanları sevməyə başlayırlar 4

Oğrunun həbsindən sonra da başına gələnləri uzun müddət polis əməkdaşlarına danışmamış, Qarridanın tərəfini saxlamışdır. Qarridanın xeyrinə xeyli sayda hekayələr uydurmuşdur.

18 il girovluqda qaldığı evdən beş pişik, iki it, üç tutuquşu, göyərçin və siçan götürərək onlara baxmışdır. Filipp Qarrida isə 431 il, onun həyat yoldaşı 36 il həbs cəzası almışdır.

Limedə girovlar

1996-cı ilin 17 dekabr tarixində Perunun paytaxdında 500-dən çox insan girov götürülmüşdür. Hadisə Limedə Yaponiya səfirliyində baş vermişdir. Peru ekstremisləri “Tupak Amar adına inqilab hərəkatı” (MRTA) imperator Akihitonun şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə Yaponya səfirinin bütün qonaqlarını girov götürür. Nəticədə qarşılıqlı olaraq qrupun 500 üzvünün azadlığa buraxılmasını tələb etmişlər. Ekstremislər danışıqlar nəticəsində bir neçə nəfəri azad etmiş, qalanları isə dörd ay müddətində həyəcanda saxlanılmışlar.

Bir çox azad olunanlar MRTA haqqında yalnız müsbət fikirlər səsləndirmiş, onlara simpatiya bəsləmiş və düzgün istəklər irəli sürdüklərini təkidlə bildirmişlər. Kanada iş adamı Keran Metkelf azad olunduqdan sonra qruplaşmanın rəhbəri Nestor Kartolinini mədəni, təhsilli və öz işinə sadiq biri kimi qiymətləndirmişdir.

Stockholm sindromu niyə insanlar onları zorlayan və oğurlayanları sevməyə başlayırlar 5

Stockholm sindromu psixologiyada

Bu gün Stockholm sindromu psixologiyada aqressorla zərərçəkən arasında baş verən simpatiya kimi qiymətləndirilir. Bu bəyənmə və xoşlanma travmatik təcrübə və insan psixikasının şüuraltı qorunma reaksiyası səbəbindən baş verir. Ciddi və güclü narahatlıq və həyəcan səbəbindən zərərçəkmişlərin bir müddət sonra aqressorlara yazıqları gəlir və onların doğru olduqlarını zənn edirlər.

Stokholm sindromu (ing. Stockholm Syndrome) — populyar psixologiyaya aid termin olaraq insan oğurluğu və ya zorakılıq tətbiqi və ya belə zorakılıq tətbiqi hadisəsi zamanı qurbanla aqressor arasında yaranan birtərəfli və ya qarşılıqlı simpatiyanı, müdafiə-təhtəlşüur xarakterli travmatik əlaqəni təsvir edir.

Güclü şokun təsiri altında girovlar onları girov götürən şəxslərə təəssübkeşlik etməyə, onların hərəkətlərinə bəraət qazandırmağa və son nəticədə özlərini onlarla eyniləşdirməyə başlayırlar, onların ideyalarını qəbul edirlər və özlərinin “ümumi” məqsəd naminə qurban verilmələrini zəruri hesab edirlər.

Dominant xarakterli ailə-məişət münasibətləri zamanı məişət xarakterli Stokholm sindromu yarana bilər.

Stokholm sindromu xüsusi ədəbiyyatda “Girovun eyniləşdirmə sindromu” (ing. Hostage Identification Syndrome), “Sağlam fikir sindromu” (ing.Common Sense Syndrome), “Stokholm amili” (ing. Stockholm Factor), “Girovun yaşama uğrunda mübarizəsi sindromu” (ing. Hostage Survival Syndrome) və sair sinonimlərə malikdir.

Ailə-məişət zəminində Stockholm sindromu

Stockholm sindromu yalnız oğurluq zamanı ekstremal vəziyyətlərdə, teroristik aktlar zamanı, hərbi əməlyyitaların gedişatında yaranmaya da bilər. Bəzən psixoloji klinikalara ailə-məişət zəminində Stockholm sindromu yaşamış insanlar da müraciət edirlər.

Bu bəzən uzun müddət kobudluq edən həyat yoldaşı ilə birlikdə yaşayan, sonrada isə boşandığına görə peşmançılıq hissi yaşayan qadınlar da ola bilər, ailə üzvləri tərəfindən uzun müddət sexual təzyiqlərə məruz qalan, sonrada onun əməllərinə bəraət qazandıran yeniyetmələr də ola bilərlər. Adətən yeniyetmələr əvvəllər aqressorun ona qarşı müaliyim olduğunu və ailənin digər üzvlərinin sevimlisi olduğunu bildirirlər.

Hətda müraciət edənlər arasında rəhbərliyi ilə toksik münasibətlərdə olan şirkət əməkdaşlarına da rast gəlinir. Bu halda rəhbərlik daim işçilərini alçaldır, onların bacarıqlarını və etdiklərini bir heçə sayırlar. Qışqırmayanda isə əksinə, olduqca mülayim, bacarıqlı və peşakar görünürlər. Necə deyirlər, ümumi iş üçün çalışırlar.

Stockholm sindromunun inkişafı üçün xüsusi şərait yaranmalıdır:
  • Psixoloji travma yaşada biləcək hallar/aqressiya;
  • Yaxın münasibətlər yaranması üçün mühüt – daimi kontakt, birlikdə keçirilən zaman;
  • Güc və imkanlar arasında yaranmış ciddi fərq;
  • Zərəçəkənin düşdüyü vəziyyətdən çıxış yolu tapmaması.

Zərəçəkmişlər eyni anda həm əziyyət çəkən, həmdə yazıq gəlinən rolunda olurlar. Əsəbdən, qışqırıqlardan, kobudluqdan sonra əzizləmə və hörmət hiss edilir. Ona görə də uzun müddət aqressorla münasibət bir növ uşaq vaxtı ana ilə münasibət kimi qəbul olunur.

Stockholm sindromunun əlamətləri

İnsanın ona əziyyət verən insana qarşı müsbət hisləri yaranır. Eyni zamanda düşdüyü vəziyyətdən çıxmağa kömək etmək istəyən insanları qəbul etmir. Bu halda əsəbləşdiyi insanlar polis əməkdaşları, vəkillər və ona yardım etmək istəyində olan digər insanlar ola bilər.

Zərərçəkəndə aqressorda müsbət keyfiyyət axtarışları, dəyərli xarakter nümayişi, özünü onunla eyniləşdirmək cəhdləri və eyni hədəflərə yönəliklə bağlı inancları formalaşa bilir.

Stockholm sindromunun yaranma mexanizmi özünüqoruma instinqti ilə sıx əlaqəlidir. Yəni qarşı tərəf özünü yaxşı apardığı təqdirdə zorakılığın azalacağına ümüd edir.

Sən demə, kişi cinsi orqanı zamanla kiçilir“Bütün qardaşlar bunu edirlər – sexual zorlanmaya məruz qalanların etirafları

Əvvəlki məqaləReal çəkinizi örgənmək üçün günün hansı saatında çəki üzərinə çıxmaq lazımdır?
Növbəti məqaləSifilis nədir və necə yayılır?

Fikirlərinizi bildirin.