Steve Jobs həyat qanunları. San-Fransiskodan olan sahibkar. 2011-ci ilin 5 oktyabr tarixində 56 yaşında dünyasını dəyişmişdir.

Dəlilər — dürimi tnyanı dəyişə biləcəklərini düşünən dəlilər, yekunda həqiqətəndə dəyişə bilirlər.

Siz istəyərsinizki — həyatınızın sonunu qazlı su sataraq yaşayasınız, ya dünyanı dəyişmək şansı əldə edəsiniz?

İncəsənət bəzi şeylərin vəhtətidir — siz incəsənət insanlarından etdikləri şeyləri necə etdiklərini soruşduqda onlar özlərini nisbətən günahkar hiss edirlər. Çünki onlar ciddi şəkildə heçnə etmirlər. Onlar sadəcə nəsə görmüş olurlar.

Mənim atam Pol gözəl insan olub — onun təhsili olmayıb. İkinci dünya müharibəsi zamanı o sahil mühafizəsində çalışırdı. Çox zaman uğursuzluqla rastlaşırdı və siravi əsgərə qədər onu salırdılar.

Anam mənə oxumağı örgətmişdi — Mən məkəbə gedənə qədər oxumağı bacardığım üçün məktəbdə yalnız iki şey etməyə maraq göstərirdim. Kitab oxumaq və kəpənəklərin ardınca qaçmaq. Məktəbdə o zamana qədər heç vaxt rastlamadığım məsələ ilə rastlaşdım. Mütləq tabe olmalı idim. Bu mənim xoşuma gəlmirdi. Mənə avtoritetlər təzyiq göstərirdi və az qala daxilimdəki insan sevgisini boğurdular.

Məktəbdə darıxırdım — nəticədə orda əməlli başlı terror yaratdım. Biz müləlliməmizi dəli edərək sinifə ilan buraxdıq və hətda partlayış törətdik.

Həyatımda ilk müqəddəs insana dördüncü sinifdə raslamışam — Missis Hill mənə riyaziyyatdan sual kitabcasını uzatdı. Onları evdə həll eməyi tapşırdı. Əvəzində isə mənə böyük sorma konfet və beş dollar verəcəyinə söz verdi. Əvvəlcə heç vaxt bu cür etməmişdim və əlbətdəki bütün tapşırıqları həll etdim. Əminəmki əgər həyatımda missis Hill və bir neçə insanlar olmasaydı ömrümü həbsdə keçirərdim.

Mən götürülmə uşağam — və məni uşaqlığa götürən valideyinlərimi çox sevirəm. Ancaq bir gün həqiqi valideyinlərimin kim olduqlarını örgənmək istədim. Bioloji valideyinlərimi tanımaq üçün axtarışlara başladım. Buna illər lazım oldu.

Öz bioloji anamla görüşmək istədim — sadəcə onunla hər şey yaxşı olduğunu bilməyim üçün. Ona məni saldırmadığı üçün təşəkkürümü bildirmək istəyirdim.

Bioloji valideyinlərimin yalnız bir şərtləri var idi — məni uşaqlığa götürənlər mütləq mənə ali təhsil verməli idilər. Lakin bu onlar üçün çətin idi. Yenədə söz vermişdilər və edirdilər. Mən isə bir ildən sonra universietdən uzaqlaşdırıldım.

12 yaşım olarkən — mən William Hewlettə (Hewlett-Packard şirkətinin təsisçisi (HP)) zəng çaldım. O zamanlar o Palo-Altoda yaşayırdı. Mən onun telefon nömrəsini ümumi telefon kiabçasından tapdım. O dəstəyi götürərkən mən “Salam! Mən Steve Jobsam. Mənim 12 yaşım var və mən çasotomer yığıram. Mənə bəzi ehtiyyat hissələri lazımdır. ” dedim. O mənimlə təxmini 20 dəqiqə danışdı, sonradan mənə ehiyyat hissələrini götürməyə imkan yaratdı və yay vaxtları ərzində Hewlett-Packard şirkətində işlə təmin etdi. Mən konveyrin arxasında dayanıb çastotomerləri yığmalı idim. Özümü cənnətdə hiss edirdim.

İlk iş günüm yadımdadır — intuziazımla dolu idim. Məni Kris adlı supervayzerə təhkim etdilər. Ona dedimki, ən çox xoşladığım iş elektronika ilə məşğul olmaqdır. O isə mənə cavabında onun ən sevdiyi iş qadınla cinsi əlaqədə olmasıdır deyə bildirdi. Bəli, həmin yay mən çox şey örgəndim.

Hewlett-Packardda (HP)  — mən ilk stolüstü Hewlett-Packard 9100 kompüterini gördüm. O bir çamadan ölçüsündə idi. Həmin an ona vuruldum.

Xöşbəxt biriyəm — həyatımda sevdiyim işi tez tapa bildim. Voz (Apple şirkətinin yaradıcılarından biri Steve Wozniak) və mən Apple şirktini valideyinlərimin qarajında yaratdıq. O zamanlar 20 yaşım var idi. 10 ildən sonra Apple qaraj şirkətindən dəyəri iki milyard dollar və iki işçidən 4000 işçi heyyətinə sahib nəhəng şirkətə çevrildi.

Apple — Dünyada digər şirkətlərdən fərqli sayda resursa sahib olan şirkət deyil. Biz uğurlarımızı pul qoyacağımız atı dəqiq seçərək əldə edirik. Biz planetin ən nəhəng startapıyıq.

Mən və Voz Bob Dylanın poeziyasını çox sevirik — biz bunu düşünməyə xeyli zaman sərf etmişik. Bura Kaliforniyadır. Kaliforniyada eksperimentlər və yeniliklər həvəsi mövcutdur. Burda yeni sərhədləri aşa bilərsən.

Bizim həm kompüterlərə qarşı eyni marağımız var idi, həm də yumor hissimiz yüksək səviyyədə idi — birlikdə çox insanları oynatmışıq. Bir gün Voz Vatikana zəng edərək özünü Henry Kissinger (amerika dövlət xadimi) kimi təqdim edir. Onlar az qala gecənin ortasında papanı qaldırmağa başlayırdılar. Sonradan Vozun Henry Kissinger olmadığını anladılar.

Təhsildə ən önəmli məsələ insan faktorudur — sizdə maraq oyada bilən insan, sizin maraqlarınızı doyduran insan. Kompüter bunu edə bilmir.

Kitablarda — ən yaxşı məsələ sənin Arestotelin nə yazdığını oxuya bilməndir. Problem orasındadır ki, siz Arestoelə sual verə bilməyəcəksiniz.

Mən bütün texanalogiyalarımı — böyük məmnuniyyətlə Sokratın şirkətinə dəyişərdim.

Bərabər imkanların olduğuna inanıram — ancaq nəticələr bərabər olmur. Bərabər nəticələrə inanmıram, çünki həyatda heç vax bu cür olmur. Əgər belə olsaydı çox darıxdırıcı olardı.

Heç vaxt fərq qoymamışam — alimlə, rəssamla, mühəndis arasında. Mənim fikrimcə bu insanlar müxtəlif yollarla vahid nəticəyə addımlyan insanlardırlar. Həqiqəti anladıqları kimi təqdim etməyə çalışan insanlar. Digər insanlar isə bundan istifadə etsinlər.

Biz MAC-ı özümüz üçün yaratmışdıq — onun həqiqətən yaxşı ya pis olmasını müzakirə etməyi yalnız öz üzərimizə həvalə etmişik.

Çox vaxt — insanlar sən onlara göstərməyənə qədər nə istədiklərini bilmirlər.

Dizayn məzəli ifadədir — iMac-dan pərləri götürmək qərarını verərkən iş zamanı əcaib səsin narahlıq yaradacığını düşündüyümə görə vermişdim.

Hər zaman şirkətimizdə ən yaxşı işçilərin işləməsinə çalışmağı önəmli məsələ hesab etmişəm — Pis taksi sürücüsü ilə yaxşı taksi sürücüsü arasında fərq Manxetinin o biri başına gedərkən hiss oluna bilir. Biri sizi 15 dəqiqəyə aparar, digəri isə yarım saata. Mənim işlədiyim sahədə yaxşı işçi ilə pis işçi arasında nisbət 100/1 nisbəti kimi ola bilər. Fikrimcə nəyinki proramlaşdırmada, ümumiyyətlə istənilən işdə dünyanın ən yaxşı insanları ilə addımlamağa çalışmalısan.

Bu ağırdır — insanlardan azad olmalı olanda. Ancaq çox vaxt işim bu olur, işini bacarmayan və ya zəif bacaran insanlardan uzaqlaşmalı oluram.

Siz gözəl tort hazırlamısınız — ancaq tərkibinə it nəcisi qatmısınız. (bu fikirləri o NeXT şirkəti haqqında söyləmişdir).

Billin (Microsoft şirkətinin təsisçisi Bill Gates) — təxəyyülü zəifdir. O heç vaxt heçnə kəşf etməyib. Sadəcə başqalarının kəşflərini arsız şəkildə özününküləşdirib.

Biz xeyli sayda məktublar alırıq — isdifadəçilərin fikrincə iTunes onların Windows-da ən sevdikləri proqramdır. Bu sankı cəhənnəmdə olan bir insana bir stəkan buzlu su verməkdir.

Həyatın boyu xərcləyə biləcəyindən artıq pula sahib olmaq böyük məsuliyyətdir — hiss edirəmki, onları xərcləməliyəm. Məsələ ondadır ki, pulları dünyaya necə yatırım etmək olar? Sadəcə insanlara paylamaq ya hansısa xüsusi sahələrə pul yatırmaq?

Dolları xərcləmək — xeyirlilik baxımından qazanmaqdan daha çətindir.

Uğurlu sahibkar — uğursuzlardan yalnız inadkarlığına görə seçilir. Bəzən o qədər ağır olur ki, bəziləri məğlub olur. Buna görə heç kimi günahlandırmıram.

Sizin ideanız olmalıdır — yada bir səhfiniz, bir probleminiz, bir istəyiniz. Nəsə olmalıdırki sizin fikirləriniz məhs ona yönəlsin. Əks halda dözmə üçün gücünüz və inadkarlığınız olmaz.

Bəzən həyat sizin başınıza kərpiclə vurur — ancaq inamınızı itirməyin. Əminəmki, yalnız işimə olan sevgi mənə işimi davam etdirməyə güc verdi.

Supermenlər olmur — bütün güclər komanda halında formalaşır.

İllər keçdikcə çox əşya almağı tərgizdim — indi onlar mənə mənasız görünür.

Allaha inanca gəldikdə — 50 faiz ona inanıram, 50 faiz inanmıram.

İntuitsiya — olduqca güclü bir şeydir. İntellekdən daha güclü bir şey.

Mənə qəbirstanlıqda ən imkanlı insan olmaq məsələsi maraqlı deyil — yatmağa uzanmamışdan öncə bu gün gözəl şeylər ediyini düşünə bilməyin daha önəmlidir.

Bizim burda olma səbəbimiz — kainatda iz qoymağımızdır. Yoxsa hamımız burda nə üçünük?

Mən hər zaman Apple şirkəti ilə bağlı olacam — məncə mənim və onun həyat yolları dami bir-birinə qovuşmuş olaraq mövcud olacaqdır.

Ölüm — dünyanın ən gözəl ixtirasıdır.

Sylvester Stallone həyat qanunlarıBruce Lee həyat qanunlarıStiv Cobsdan 6 inadkarlıq qanunu

Fikirlərinizi bildirin.