Stephen King həyat qanunları

259
Stephen King həyat qanunları

Stephen King həyat qanunları. Yazıçı, Portland

Məm ədəbiyyat ekvivalentiyəm — big-makla kartof free kimi.

Bütün yazdıqlarımın kökü — bir tarixə əsaslanır. Yuxarı siniflərdə bir qızla görüşürdüm. Sonra biz ayrıldıq. “Mən başqa insanlara baxmalıyam” – dedi mənə. “İşində ol” dedim. Bir müddət sonra onu yenidən gördüm. Gözünün altı qaralmışdı “Bu haqda danışmaq istəmirəm” – dedi. Sonra oturduq və kofe içdik. Əvvəlcə susduq, sonra ürəyi açıldı. Sən demə o bir oğlanla tanış olub və qızdan nəsə etməyini istəyib. İmtina etdikdə isə vurub. Yadımdadır, onda dedim “Yəqinki sən olacaqları əvvəlcədən hiss etdin və qorxdum?” “Yox” – mən onun sözlərini ömürlük yadımda saxladım – “Biz heç vaxt bizə həqiqətən də yaxın olan təhlükələri hiss etmirik”.

Bir dəfə — psixoterapevtə yaxınlaşdım. O mənə dedi: “Siz bütün qorxularınızın bir balaca şar olduğunu təsəvvür etməlisiniz. Siz onu sadəcə ovucunuza ala bilərsiniz”. Cavabında isə dedim: “Əzizim hə, mən qorxularımla yaşayıram. Bunların üzərini örtmək üçün heç Çernobl sarkofakı da yetməz”

Əsəb oynadanları sevmirəm — Əgər sənin problemlərin varsa dərmanlarını iç və heç kimin üzərinə ağlama.

Qorxulara hörmət edirəm — bu insanları daha bağlı edir. Təsəvvür edin, əgər uçmaqdan qorxsaydım, heç vaxt uçmaqdan qorxmayan ekipajla dolu təyyarəyə minməzdim.

Hər zaman biznes-klasla üçüram — bədbəxt hadisə baş verərsə, ona daha yaxın olmaq istəyirəm.

Əvvəllər — uçduğum bütün təyyarələr təyyarənin ucuna bağlanmış kameranı göstərən monitorlarla təmin edilmişdilər. Siz onun qalxmağını, uçuşunu və enişini görə bilərdiniz. Sonradan Çikakoda təyyarə qəzaya uğradı Bunun necə baş verdiyini təsəvvür edirsiniz? “İlahi yerə az qalıb, az qalıb, lap az qalıb. Hə uşaqlar biz öldük”.

Bir dəfə — təyyarədə oturarkən yanımda bir axmaq əyləşmişdir. Yüksəkliyə qalxarkən axmaqlamağa başladı: “Mister King mən çoxdandır sizə qeyri-adi sual vermək istəyirdim: siz yazarkən nədən bu qədər ilham alırsınız?”. Mən isə cavabında: “Mənə heç vaxt bu sualı 12 min metr hündürlüyündə verməmişdilər. İstənilən halda – cəhənnət olun” dedim. Sonradan ona yazığım gəldi. Bütün uçuş boyunca rəngi ağarmış halda oturdu və heç yeməyə belə əlini uzatmadı.

Bu sual məni bezdirib — “Siz necə yazırsınız?” Son vaxtlar standart caba verirəm “Sözbə söz”.

İlhamı hər yerdən əldə etmək mümkündür — “Gecə növbəsi” kitabımda ütü maşınından söhbət gedir. O bütün dünyaya acıqlı olur. Bu fikir beynimdə paltar təmizləmə yerində işlədiyim zaman yarandı. Mənimlə birlikdə həmin işdə əlini itirmiş oğlan çalışırdı. Onun çiyinlərindən iki dəmir qarmaqlar sallanırdı. O işləyən maşına qalstukunu ilişdirmişdi. Maraqlısı onda idi ki, iş gününün sonunda hamı əllərini yuyarkən, oda kimlərdənsə onun üçün suyu açmağı xahiş edirdi. Və beləcə sallanan dəmir qarmaqlarını yuyurdu.

Allah qəddar ola bilir — bəzən o qədər qəddar olur ki, səni sağ saxlaya bilir. Yaşamağa davam edəsən deyə.

Yaxşı idealar — yo-yo kimidir. Sən onu özündən uzaqlaşdıra bilərsən, ancaq yenədə rezinin ucunda dayanıb sənə geri qayıdacaq. Onlar ölmürlər, sadəcə yatırlar. Unutduqda isə geri qayıdar və başına vurar.

Ədəbiyyat — bu yalan geyimində olan bir doğrudur.

Kitab yazmağa hazırlaşmıram — kitabxanalarda oturmuram, qeydlər aparmıram, heç nəyi heç harda qaralamıram. Mən sadəcə oturub lənətə gəlmiş sözləri yazıram. Hə mənim yazdıqlarım kolbasaya bənzəyir. Oturdun və yedin. Bunu qəbul edirəm, inkar etmirəm. Çünki mən heç vaxt kolbasanı kürü kimi təqdim etmirəm.

İstedat statistikaya uyğun deyil — o ya inkişaf edib böyüyür, ya da ölür.

Çoxları düşünür ki, — qəribə və qorxulu insanam. Bu doğru deyil. Mənim hələdə ürəyim oğlan uşağının ürəyi kimidir. O mənim stolumun üzərində şüşə qabda döyünür.

Çoxları təəcüblənir — ancaq mən uşaqlıda heyvanların cəsədlərini basdırmağı və hörümçəkləri ölüdrməyi sevməmişəm.

Hesab olunur ki, — mənim ilk əsərim “Şüşə döşəmə” – dir. 1969-cu ildə çap edilmişdir. Sirr olaraq deyim ki, yalandır. 1963-cü ilin əvvəlində “Cəsədləri oğurlayan gənc olmuşam” yazım dərc olunub. Ancaq nəşriyyat adı dəyişdirmiş və “Zorakılıq dünyasında” adlandırmışdır. Kitabda qorxulu canlılar yetişdirən alimdən söhbət gedirdi. O evinin zirzəmisində canlıları yetişdirir, oğluna isə cəsədlər üçün qəbir qazmağı tapşırır. Sonluq yaxşı bitir. Əcaib varlıqlar alimi yeyir, oğlu isə qaçır.

Xöşbəxt olmaq olar — 8 və 28 yaşında. Ancaq əgər kimsə sizə desəki o 16 yaşında xöşbəxt olub, deməli o ya yalançıdır, ya da axmaq.

Yaxşı olmaq — pis olmaqdan yaxşıdır. Ancaq bəzən düzgünlük həddən artıq böyük dəyər qazanır.

Yalnız sizin düşmənlər — sizə doğrunu söyləyərlər. Dostlar və sevgililər dayanmadan yalan danışarlar.

Ən önəmli şeylər — sözlə ifadə edilməsi çətin olanlardır. Bəzən bu bizim hislərimizdən utanmağımıza səbəb olur. Sözlər bizim hislərimizi sankı daha zəif edir.

Ümüd — pis anlayış deyil. Pis olmayan anlayışlar isə ölmürlər.

Öz həyatın haqqında yazmaq — olduqca çətin məsələdir. Bu sankı bir sexdir: bu haqda yazmaqdansa, yaşamaq daha yaxşıdır.

Mən yalnız — məni qorxudan şeylər haqqında yazıram. Misal olaraq, heç vaxt ilanlardan yazmamışam. Mənə onlar önəmli deyil. Siçanlardan yazmağı sevirəm. Bu boz zəhləmgetmişlər məni daha çox qorxuzur.

Kitablarla insanları qorxutmaq — bizim dövrümüzdə olduqca qəlizdir. Onlar artıq televizor vasitəsi ilə yetərincə qorxudulublar. Burda mən gücsüzəm.

Amerika prezidentləri daima məktəbli zorakılığı haqqında uzun-uzadı söhbətlər edirlər — bu mənə çox mənasıs gəlir. Əgər yadımıza salsaq ki, məhs onlar Yuqaslaviyaya bomba atmaq və İraqı qana bulamağa göstəriş veriblər, deməli söhbətlər daha məntiqsizdir.

Kokain bir vergidir — O hər zaman mənim “start” düyməm olub. Onu 1979-cu ildən etibarən istifadə etməyə başlamışam. Aludə olmağım üçün uzun zaman olmasa da, hər halda ikinci dünya müharibəsindən daha uzun müddətli olub.

Mənə elə gəlir ki, — Marixuana nəyinki tamami ilə leqallaşdırılmalıdır, bu həmdə yalnız insanlar üçün evdə, iş yerində yetişdirilən dibçək bitkisinə çevrilməlidir. Mənim dogma ştatım Men üçün bu allahın vergisi olardı. Onsuzda onu rahatlıqla orda almaq mümkündür, ancaq leqallaşsa daha keyfiyyətli olar. İnsanlar istixanalarda və gübrə əlavə etməklə yetişdirərlər.

Mən içməyə — qanun mənə icazə verdikdən sonra başlamışam. Mən hər zaman yalnız sərxoş olmaq üçün içmişəm. Heç vaxt kompaniyada içməyi anlamamışam. Bu mənim üçün sankı öz bacınla intim münasibətdə olmaq kimidir.

Kimsə deyir ki, — yaradıcı insanlar alkoqolizmə digərlərinə nisbətən daha meyilli olurlar. Onlar çox incə və incik biri olurlar. Ancaq mən belə düşünmürəm.

Mənim üçün — əhval-ruhiyyə və ya ilham gəlmək kimi anlayışlar mövcut deyil. Mənim hər zaman nəsə yazmağa əhvalım yerində olur.

Boş — səyfələrə nifrət edirəm.

Əvvəllər də demişəm, — indidə deyirəm. Sən özlüyündə nəyə istedadın olduğunu kəşf edəndə onun üzərində barmaqlarından qan gələnə qədər işləyəcəksən. Gözlərin bəbəyindən çıxana qədər.

Əgər sənin oxumağa vaxtın yoxdursa — sənin yazmağa da vaxtın olmayacaq.

Nadir hallarda güzəştə gedirəm — ABC şirkəti mənim “Qarşıgəlmə” əsərimin ekranlaşdırılması məsələsini başladanda mən anladım ki, istəklərində dirəşmiş insanlara rastlamışam. Onlar iki söz bilirdilər “bu bizə uyğundur” və “heç bir halda olmaz”. Bu məni o qədərdə maralandırmırdı. Ancaq, qəhərəmanımın “əgər sənə iş bu qədər önnəmlidirsə, onu əldən vermə və bacardıqca götüvün dərinliklərinə sox!” sözlərini deydiyi səhnəyə gələrkən “Götüvün” kəlməsinin senzuraya uyğun gəlmədiyini bildirdilər və güzəşdə getmədilər. Ona görə də siz filimdə sadəcə “ dərinliyə qədər sox” sözünü eşidirsiniz.

Fransız dili — çirkabı sevgiyə çevirə biləcək bir dildir.

Allah bizə xüsusi sevgi ilə yanaşır — ən azından son 63 il ərzində planetə bir neçə atom bombası düşmüşdür.

Həyatın hər bir forması — anlaqlı və ya anlaqsız formada ölümsüzlüyə can atır.

Monstrlar və ruhlar mövcutdur — onlar hər zaman bizim içimizdədirlər və daim mübarizədədirlər. Bəzən isə qalib gəlirlər.

Bəzən məndən soruşurlar — “Stiv, niyə sən normal roman yazmırsan, ciddi bir şey ortaya qoymursan?” Bu ciddi şey adı altında bir qayda olaraq məndən potensiya proiblemləri olan professor haqqında nələrsə yazmaq nəzərdə tutulur. Niyə mən bu cür kitablar yazmıram? Bilmirəm. Məndən savayı da kifayət qədər insan qocaların necə sevişdirkləri haqqında yazacaqdır. Hər pox üçün bir pox bazarı mövcutdur.

Freddie Mercury həyat qanunlarıJulia Roberts həyat qanunları

Əvvəlki məqaləHər şey səninlə başlar – Mümin Sekman
Növbəti məqaləAvtombil (Elektrik) – Komfort sistemlərinin diaqnostikası/ təmiri

Fikirlərinizi bildirin.