Statistikaya görə neçə ildən sonra özünü ailə həyatında xöşbəxt hiss edə bilərsən?

794
Statistikaya görə neçə ildən sonra özünü ailə həyatında xöşbəxt hiss edə bilərsən

Statistikaya görə neçə ildən sonra özünü ailə həyatında xöşbəxt hiss edə bilərsən? İki fərqli təhsil müəssisəsinin alimləri son illərin ən önəmli və olduqca vacib məsələsinə toxunaraq araşadırmalar aparmaq qərarına gəlmişlər: Pensilvaniya ştatının Dövlət universiteti və Brinqma Yanq universiteti. Uzun sürən araşdırmaların nəticələri “Sosial əlaqələr və xoşagəlimli həllər” dərgisində çap edilmişdir. Məqalənin adı da olduqca cəlbedici görünür – “Birgə yaşantıta ərlə arvad münasibətində baş verən dəyşikliklər”.

Yazı ilə tanışlıq zamanı fikrimizcə müəlliflərə xüsusi təşəkkür etmək gərəklidir. Əziyyətlərinin müqabilində olduqca yaxşı qonarar ala bilmişlər. Onlar müxtəlif yaş qrupunda olan 2 034 evli cütlüyün məlumatlarını araşdırmışlar. Qeyd edək ki, cütlüklərin orta yaş həddi qadınlar arasında 35, kişilər arasında isə 37 təşkil etmişdir. Beləliklə, cütlüklər evlilik dövürləri boyunca münasibətdlərindən razılıq səviyyələrini xüsusi təqdim edilmiş anketlərdə cavablandırmağa başlamışlar. Müvafiq olaraq ərlərindən və ya arvadlarından razı olub-olmadıqlarını əsaslandırmışlar. Nəticələr təəccübləndirir.

Beləki, əgər evliliyin ilk 20 ilində ailə həyatından məmnunluq hissi il keçdikcə stabil formada azalırsa, 20 ilin tamamında hər şey 180 dərəcə dəyişir. Cütlüklər yenidən əvvəlki kimi bir-birilərindən həzz almağa və məmnun qalmağa başlayırlar.

“Müasir dövrdə boşanma hallarının geniş yayılmasına baxmayaraq bəzi ailələr hələ də birlikdə yaşamağa davam edirlər. Əgər biz bu münasibətlərə uzun müddətli prespektivdə baxsaq, illərdən sonra ünsiyyət və ümumən xöşbəxtlik həvəsinin yenidən yüksəlməsinin şahidi olarıq. Narazılıqlar və narahatlıqlar isə əksinə, yaşlandıqca aradan qalxar” – deyə mütəxəsislər bildirmişlər.

Eyni zamanda, mütəxəsislərin fikrincə insanlar uzun müddət ailə münasibətlərini qoruya bildikləri təqdirdə bir-birilərinə daha çox dəyər verməyə başlayırlar. Nəticədə zamanla özlərini xöşbəxt hiss edirlər.

Digər tərəfdən isə, ailəli insan artıq beş ildən sonra öz səhfini anlaya və bunu boynuna ala bilirsə, 20 ildən sonra başqa yolu da qalmır. Bir sözlə məsələyə fikrimizcə fərqli aspektlərdən baxmaq da mümkündür.

Yırtıcı və ailədağıdan qadınlar – bürclərə görəKişinin qayğısına qaldıqda belə o ailədən gedə bilər

Əvvəlki məqaləSexdən sonrakı 48 saat həyatın ən gözəl anlarıdır
Növbəti məqaləAvtomobillərdə icazə verilən maksimum kütlənin oxlar üzrə paylanması cədvəli

Fikirlərinizi bildirin.