Spornosexsual: kişilərin yeni tərzi? Spornosexsuallar kimlərdir? – Fikirlərini özünü inkişafda cəmləyən və ya güzəşt nəzərə alınmadan sağlam həyat tərzində yaşamağı seçən insanlar.

1990-cı illərin ortalarında New York Timesın jurnalisti Mark Simpson müasir kişilər haqqında öz araşdırmalarının nəticələrini dərc etdirmişdir. Bu məqalədən sonra dünya “metrosexsual” anlayışı ilə tanış olmuş oldu. Metroseksuallar bir kəlmə ilə desək, meqapolis şəhərlərdə yaşayan və öz xarici görünüşlərinə olduqca diqqətli və həssas yanaşan kişilərə deyilir.

Bir müddət sonra insanlar yenicə müasir ifadəyə örgəşmişdir ki, eyni müəllif tərəfindən yeni kişi tipajını izah edən – spornosexsual termini ortaya atıldı.

Yeri gəlmişkən spornosexsualla metrosexsual arasında fərqli cəhətləri müəyyən etmək o qədərdə asan iş deyil. Yeni sözün tam olaraq açıqlaması daha qarışıq kimi görünür. Termində bəzi sözlərin elementləri cəmlənmişdir: “sport”, “porno” və “sex”.

Bunlar nə deməkdir? Bu cür kişilər eyni anda həm porno aktyorlara, həm də idmançılara bənzəməyə çalışırlar. Düzü bu kimi şəxsləri metrosexsuallar kimi göstərmək izah etməkdən daha asan variant hesab edilir.

Yeni təbiilik adət-ənənəsi

Gəlin standart olaraq bir metroseksualın necə göründüyünə diqqət yetirək. Səliqəli, xüssusi diqqətlə təraş olunmuş üz, kənarları götürülmüş saç düzümü, və ya hər bir kiçik nüyans nəzərə alınmaqla saqqal imici. Geyiminə baxdıqda isə ən son dəb aləmindən yüksək səviyyədə məlumatlı olduğu anlaşılır. Və əlbətdəki, kiçik detallara xüsusi diqqət: təmizlənmiş, manukur edilmiş dırnaqlar, daranmış və artıqları götürülmüş qaşlar, təmiz üz dərisi.

Metrosexsualın istifadə etdiyi heç bir detal nəzərdən kənarda qala bilməz və xüsusi diqqətlə seçilməlidir. Təbii tüklülük, kobud görünüş aradan qaldırılmalı, bunlar hamsı lazer və ya təraşla əvəz edilməlidir. İtaliyada bunun üçün hətda xüsusi anlayış da var – sprezatura. Bir sözlə metrosexsuallar özlərinə baxa bilən və bunun dəyərini bilən kişilərə deyilir.

Spornosexsualları izah etmək üçün isə bunları deyə bilərik. Onlar hər zaman reklamda çəkiləcəklər kimi görünməyə çalışırlar. Sankı kişi modeli yalnız alt geyiminin kiçk cız xəttini göstərmək üçün kadra düşür. Bu cür reklam qəribə görünə bilər. Ən azından izləyicilər tərəfindən bu halda çox vaxt geyimə diqqət yetirilmir, bütün fikirlər modelin bədən quruluşuna yönəlir.

Spornosexsuallara həcimli əzələlər və ya seçilən, diqqətçəkici saç düzümü gərəkli deyil. Onun üçün əsas məqsəd sağlamlıqdır. Görünüşünün hormoniya təşkil etməsidir. O filim qəhramanlarının sücayətlərini təkrarlamaq istəyində olmur.

Spornosexsual kişilərin yeni tərzi 2

Onun üçün bədənin natural şəkildə görünməsi önəmlidir. O sadəcə iddiham olunmağını istəmir. Heç kim onu steroidlərdən və ya qadağa edilmiş vasitələrin istifadəsində günahlandırmasın. Bu cür bədənə sahib kişilər onların tanınmış insanlara bənzədilməklərini istəmirlər. Onlar bir növ özləri özlərini yaradırlar.

İntagramın bu məsələdə günahı varmı?

Hər bir reklam çəkilişində məqsəd baş verən hadisənin davamının tamlanmasını izləyicinin özünə buraxmaqdır. Yəni ardı izləyicinin fantaziyası səviyyəsində həll olunsun. Buna görə də, alt geyimi reklam edən kişi necə edir? O kimdir? Nə işlə məşğuldur? Yəqinki bu necəsə sexlə bağlı məsələdir. Sosial şəbəkələrdə bu cür şəkillər #aftersex haştegi altında dərc edilir və yayılır. Bir növ sonluq effekti verir.

Onlar səhər qaçışına başlayarlar, biraz qaçdıqdan sonra özlərinə sağlam qida (şəkərsiz kofe) hazırlayarlar, işə gedərlər, iş yerində otumaqdan çox ayaq üstə durmağa üstünlük verərlər. İndividual məşq proqramlarını sevərlər, qidalanma sahəsində yeni ixtiraları və araşdırmaları izləməyə çalışarlar, meditasiya ilə məşğul olarlar. Eyni zamanda aydın məsələdri ki, siqaret çəkməzlər və demək olar ki, spirtli içki qəbul etməzlər.

Spornosexsualların mütləq şəkildə sosial şəbəkələrdə akauntları mövcutdur. Onlar bu vasitələrlə özlərini nümayiş etdirməyi sevərlər. Bədən əzələlərini və ümumi görkəmlərini göstərə biləcəkləri hər duruşda şəkillərlə öz akauntlarını doldururlar.

“Düzgün həyat tərzi” dünya görüşünə bağlı olan bir məsələdir. Spornosexsualları asanlıqla sosial şəbəkələrdə üzv olduqları səhfələrə əsaslanaraq müəyyən etmək mümkündür. Onlar xeyli sayda motivasiya qruplarına və səhfələrinə, liderlik, pozitivlik, uğur xüsusiyyətləri aşılıyan yazıları izləyirlər. Onların obrazları hər zaman hərəkətdə olma və inkişaf təsuratı yaratmış olur.

Spornosexsual kişilərin yeni tərzi 4

Mərcsayağı yoxsa idmansayağı?

Spornosexsuallığı, Mark Simpson tərəfindən irəli sürülən termini kişi rəfdarı standartlarında yeni revalusiya adlandırmaq çətindir. Daha çox bu ətrafdakılardan istirahətə və özünə zaman ayırmağa bənzəyir.

Onlar özlərinə baxırlar və diqqət yetirirlər. Ancaq bu diqqət kimlərəsə bənzədilmək üçün deyil, sadəcə özünü yaratmaq, formalaşdırmaq üçün edilir. Onlar bəzi instagram xəstələri kimi otağın hər yerində, hamam otaqlarında şəkil çəkdirmək üçün şəkillər çəkdirmirlər. Onların bir çox hallarda doğrudanda insanlara nələrisə təqdim etməyə fərqli tərzləri olur.

Yalnız bir sual qalır: davamı necə olacaq? Bu cür özünə diqqət sonradan asıllılıq yaradacaqmı? ideallığıa can atmaq sonradan özünü bəyənməməyə, özünü qəbul etməməyə gətirib çıxara bilər. Bizləri kişi anareksiyası dalğası gözləyirmi? Yeni tərzlər kişilər yaş keçdikcə qocalmaq, formadan düşmək kimi gedişatla razılaşa biləcəklərmi? Bu insanların psixikasına nə kimi təsir göstərəcək və özünəqapanmağa yol açacaqmı?

Metrosexsuallıq nədir? Yaxşıdır yoxsa pis?Toppuş və incə: kök oğlanlarla sexSexsual anoreksiya: sexsual həvəsin itməsi

Fikirlərinizi bildirin.