Spirtli içki qəbulundan neçə saat sonra sükan arxasında oturmaq olar? Bu günki hesablamalar real olaraq tibbi hesablamalara və müxtəlif araşdırmalar zamanı iştirakçılardan əldə olunan nəticələrlə bağlı tərtib edilmişdir.

Hal-hazırda insan orqanizmində spirt səviyyəsi 0,3 promil qədəri norma kimi qəbul edilir. Bu bir çox hallarda avtomobil sükanına əyləşmək istəyən insanlarda dostlarla bir qədəh içdikdən sonra müəyyən müddət gözləyib yola davam etmək istəyi oyadır.

Sual yaranır: bu həqiqətəndə təhlükəsizdirmi?

Siz yəqinki qəbul edilən spirtli içkinin insan orqanizmindən tam mənimsənilmə cədvəlinin olması haqqında məlumatlısınız. Hesablama formulunun adı Vidmark formulu adlanır. Cədvəl hələ 1922-ci ildə isveç alimi tərəfindən hazırlanmışdır.

Hesablama insanın çəkisinə və içkinin tündlüyünə əsaslanır. Eyni zamanda qeyd edək ki, bu halda içkinin qida ilə içildiyi nəzərə alınmır. Ümumiyyətlə içki qəbulu zamanı yeyilən qida qanda spirt göstəricisinə təsir göstərmir.

Deməli, əgər sözü gedən nəticələrə nəzər salsaq deməli “50 qr iç, sonra gedərsən” fikri heçdə düzgün deyil.

Müasir dövrün araşdırmalarına əsasən cədvəldə əks etdirilən 75-80 kq çəkidə olan insan üçün 0.3 promil 100 kq ağırlığında insana şamil edilməlidir desək daha doğru olardı. Eyni zamanda nəzərə alın ki, bədən çəkiniz cədvəldə göstərilən göstərici ilə eynilik təşkil etmirsə, siz özünüzə uyğun olaraq nəticə çıxara bilərsiniz. Yəni, əgər daha köksünüzsə, deməli eyni içki həcmini orqanizminiz daha tez zamanda soraraq həll edəcəkdir.

Daimi olaraq və xeyli sayda spirtli içki qəbul edən insanların böyrəkləri daha gec çalışır. Bu halda cədvəl göstəricilərini bir dəfə yarım və ya iki dəfə artırmaq gərəklidir.

Qadınlar isə orqanizimləri daha gec bərpa olunduğundan rəqəmləri 20% artırmalı olacaqlar.

75-80 kq çəkiyə sahib kişilər (qadınlar rəqəmləri 20% artırmalıdırlar)

100 ml 300 ml 500 ml 1 l
Pivə 4% 30 dəqiqə 1 saat 1 saat 45 dəqiqə 3 saat 15 dəqiqə
Tünd pivə 8-9% 30 dəqiqə 2 saat 20 dəqiqə 3 saat 50 dəqiqə Sabah
Çaxır 12,5% 50 dəqiqə 2 saat 30 dəqiqə 4 saat 50 dəqiqə Sabah
Disert lükoru 30% 2 saat 40 dəqiqə 7 saat 50 dəqiqə 13 saat Birsigün
Araq 40% 3 saat 15 dəqiqə 10 saat 30 dəqiqə Bəlkə sabah axşam Birsigün
Konyak və ya viski 43% 3 saat 40 dəqiqə 11 saat 18 saat Birsigün

Müxtəlif spirtli içkilərdən sonra hansı hislər yaranır?Sexdən əvvəl spirtli içki içməyin 8 ziyanı

Fikirlərinizi bildirin.