Son 100 ilin ən gözəl avtomobilləri. Bu səbəbdəndə almaniyanın nüfuzlu avtomobil jurnalı olan Auto Bild keçən əsrdən daha doğrusu 1920-ci ildən bu günə qədər yaradılmış ən gözəl 100 maşın siyahısını tərtib etmişdir. Seçim mərhələsində dizaynerlərdən, tarixçilərdən, konsern rəhbərlərindən, jurnalistlərdən, mühəndislərdən, avto yarış iştirakçılarından ibarət beynəlxalq səviyyəli 55 mütəxəsisin fikirləri nəzərə alınmışdır. Məhs bu siyahıya əsaslanaraq hər bir onillik ərzində hansı maşına böyük rəğbətin olduğunu görmək mümkündür.

Sürətə və dəbə doğru

Bir növ 1920-ci illərin ortalarına qədər avtomobillər at ekibajını xatırladıdılar. Lakin, yolların təmir edilməsi və asvalt örtüklə örtülməsi eleqant və alçaq altlığa sahib avtomobillərin yaranmasına şərait yaratdı. Bu inkişaf “iyirmiliyin sıçrayışı” adlandırmaq mümkündür. Həmin illərin ən gözəl seçimi Bugattinin iki modeli olmuşdur.

Bugatti Type 35 eyni zamanda Pur Sang adı ilə də tanınır. Balaca, əsrarəngiz yarış maşını mövcud olduğu yeddi il ərzində 1800 yarışda qalib gələrək, 47 rekorda imza atmışdır.

Son 100 ilin ən gözəl avtomobilləri
Bugatti Type 35

İkinci model isə Bugatti Type 41 Royale hesab edilir. Şirkət bu avtomobildən yalnız 6 nüsxə istehsal etmişdir. Uzunluğu 6.4 metr olmaqla dünyanın ən böyük sərnişin avtomobili hesab edilir. Ford Expedition cipin uzunluğu 5.76 metr təşkil edir. Avtomobilin həcmi onun göstəricilərinə təsir etmirdi. Saatda 300 km sürətə sahib idi.

Bugatti Type 41 Royale
Yarışmada rəqib qismində Alfa Romeo 6C, Delage D8 və Horch 8-də iştirak edirdilər. Bütün modellər kuzov ölçülərinə görə uzun və Qetsbi əsrinin dizaynına sahib idilər.
Gələcəyə zərbə

1930-cu ildə mühəndislər aerodinamikanın üzərində ciddi cəhtlə çalışırdılar. Nəticədə onilliyin sonunda stream-line tərzi formalaşdı. Dövrün şah əsəri Lincoln Continental və yenədə Bugattinin Tyupe 57 modeli hesab edilirdi.

Son 100 ilin ən gözəl avtomobilləri
Bugatti Type 57

Eyni zamanda iki çox möhtəşəm avtomobil təqdim edilmişdir. İlk olaraq 1934-cü ildə tək nüsxə Rolls-Royce-Phanton I Jonckheere Coupe olmuşdur ki, həmin ildə Kanda eleqand yarışmasında ilk yeri tutmuşdur. İkinci xüsusi avtomobil Phantom Corsairdir. Altı yerlik cupe ümumiyyətlə istehsala buraxılmasada qapı tutacaqlarının elektron olması, işığın və radionun söndürülüb-yandırılması və futuristik dizaynına görə çox sevilmişdir.

Hər iki avtomobil unikal dizaynına görə hal-hazırda muzeydə sərgilənməkdədir.

Rols Royce
Son 100 ilin ən gözəl avtomobilləri
Phantom Corsair
Pontom tərzində

İkinci dünya müharibəsi avtomobil dizaynında xüsusi innovasiyaya səbəb oldu. Bazarda Ponton tərzində ilk maşın 1946-cı ildə sovet istehsalı olan “Pobeda-20” görünməyə başladı. Bundan başqa Porche 356 və Cisitalia 202 üstün görünürdü.

Son 100 ilin ən gözəl avtomobilləri
Cistalia 202

Eyni zamanda xüsusi olaraq müharibə dövründə istehsal edilən və digərlərindən ciddi cəhdlə seçilən Willys MB-nin adını çəkmək istərdik.

Willys MB
Aerostil və ya Detroid sayağı barakko

Bu tərzin avtomobilləri yırtıcı görünüşləri ilə və fara, bamperlərin qabarıqları ilə seçilirdilər. Sanki kosmik əsrin gəlişi təsvir edilirdi bu dizaynlarda. Sözsüz ki, ən öndə gələn nümunə Cadillac Eldorado hesab edilirdi. Ancaq ən çox məşhurluq 1958-ci ilin istehsalı Plyumouth Furyyə aid idi.

Son 100 ilin ən gözəl avtomobilləri
Cadillac Eldorado

Bununla yanaşı avropalı dizaynerləridə unutmaq olmaz. Amerika ölçülərin böyüdülməsinə çalışdığı zamanda avropa əksinə kompakt və ekonom formalara üstünlük verirdi. 50-ci illərin ən gözəl maşınları “mələk ləqəbli” Citroen DS və fərqli yuxarı açılan qapıları ilə Mercedes 300SL idman modeli hesab edilirdi.

Citroen DS
Aerodinamikaya əlvida

Okean laynerlərinə bənzəyən avtomobillər 1960-cı ildən etibarən öz yerlərini daha ekomik modellərə verməyə başladılar. Nəticədə ABŞ bazarında gənclər üçün nəzərdə tutulan qiyməti münasib pony carsların istehsalı başladı. Ən məşhur nümunəsi isə Ford Mustang və Chevrolet Camaro hesab edilirdi.

Avropada bu dövrün ən gözəl avtomobilləri Alfa Romeo (Cunguro, Junior, 33 Stradale) Ferrari (250 GTO və 512 berlinetta Speciale) şirkətinin avtomobilləri və Porsche-911 hesab edilirdi.

Son 100 ilin ən gözəl avtomobilləri
Alfa Romeo Canguro

Jurnalın 1960-cı illərin reytinqinə əsasən Jaguar E-Typeda kifayət qədər xal qazanmışdır.

Jaguar E-Type
Zövqə uyğun rənglər

1970-ci illərdə neftlə bağlı çətinliklər avtomobillərin görünüşünə təsir etməyə bilməzdi. Nəticədə econom maşın istehsalına ABŞ-da keçməli olur. Ciddi xətlər və iti bucaqlar artıq dizayn norması kimi qəbul edilməyə başladı.

Porshe 911 satışa çıxarılan kimi 39 rəngdə təklif edildi.

1970-ci illərdə gözəllik etalonu kimi Monte Verdi, De Tomaso Mangusta və Lancia Stratos HF hesab edilirdi.

Son 100 ilin ən gözəl avtomobilləri
De Tomaso Mongusta
Metal karobkalar

1980-cı illərdə “karobka” dizayn əsri başladı. İlk olaraq təhlükəsislik və yanacağın qənaəti problemləri yaranmağa başladı.

Məhs bu dövürdə əlvan rənglər solmağa, daha boz rənglərlə əvəzlənməyə başladı. Dövrün ən sevimli modelləri Fiat Panda, Ferrari Testarossa və Lombarghini Cauntach hesab edilirdi.

Lamborghini Cauntach
Rasionallıq qənaəti

Növbəti onillik ərzində modellər renessans dövrünü yaşamağa başladı. Bu dəyişiklik əsasən Porsche 911 və Mazda Miata kimi bahalı idman maşınlarında hiss edilirdi.

Maşın dəbi geyim dəbi kimi sürətlə dəyişirdi. Tələbat eleqant görünüşə yaranmışdır. Aerodinomik tərzə qayıdış nəzərdən keçirilirdi. 90-cı illərin klassik avtomobillər serialarında Audi TT, Aston Martin DB7 və BMW-nin 8-ci seriyası eyni zamanda Z8 daha çox bəyənilirdi.

Son 100 ilin ən gözəl avtomobilləri
Aston Martin DB7
Qarışıqlıq

2000-ci illərdə bütün model dizaynlarının qarışıqlığı sevincə səbəb oldu. Bu illər bir tərəfdən 1930-cu illərin tərzində olan Lexus RX, digər tərəfdən də 1970-1980-cı illərin tərzində olan Range Rover marağa səbəb oldu.

Ən məşhur rənglər isə ağ, qara, gümüşü və boz hesab edilirdi. Əlbətdəki, bir mənalı olaraq Aston Martin DB9.

Aston Martin DB9
Bizim günlər

Top 100-lüyün bu günki nümunələrinə isə Bentley Continental Convertible, Corvette Stingray C7, BMW i8, Rolls Royce Wraith və Jaguar E-Tyupe aid edilir.

Son 100 ilin ən gözəl avtomobilləri
Rolls Royce Wraith

6 təkərli 16 avtomobilAvtomobil haqqında 50 maraqlı fakt

Fikirlərinizi bildirin.