Şkolad tamlı öpüş – Barak və Mişel Obama

300
Şkolad tamlı öpüş – Barak və Mişel Obama

Şkolad tamlı öpüş – Barak və Mişel Obama. ABŞ-ın keçmiş birnci xanımının 2022-ci il yanvar ayının 17-də 58 yaşı tamam olur. Xanım ABŞ-ın 44-cü prezidentinin həyat yoldaşıdır. İllər öncə Barak Obama təklifində israrlı olmasaydı, xanım sözü gedən statusa sahib ola bilməzdi.

Hər şey necə başladı

1989-cu ildə Barak Obama hüquq bürosuna staj dövrü keçməyə yollanır. Bu zaman onun təhkimçiliyi Mişelə həvalə olunur. Sözü gedən illərdə gələcək siyasətçi yenicə Kolumbiya Universitetini bitirir və kuratorunun da bitirdiyi Harvard Hüquq Məktəbində mühazirələr dinləmək hüququ əldə edir.

Barak ilk baxışdan Mişelə vurulsa da, xanım qarşılıq verməyib. Nəticədə gənc həlledici hücuma keçməyi qərarlaşdırır: dayanmadan məktublar yazır, güllər və şirniyyatlar göndərir. Lakin, xanımı çətin vəziyyətə salan səbəblərdən ən başlıcası gənc oğlanın bir növ müdiri olması ilə bağlı idi. Bu cür iş-sevgi münasibətləri yol verilməz hal kimi qəbul oluna bilərdi. Sonda Mişel təslim olur və mister Obamanın onun qeydinə qalmağına razılıq verir.

İlk görüşlərində kinoya gedir, ilk öpüşləri isə Çikaqoda kafelərin birində baş tutur. Hal-hazırda həmin küçədə və həmin məkanın qarşısında Barakın sözləri ziyarətçiləri həvəsləndirməkdə davam edir: “Mən onu öpərkən şkolad tamını hiss etdim”.

Evlilik təklifi

1991-ci ildə sevgililər restoranda görüşür və müvəfəqiyyətlə Harvarddakı imtahanları verməklərini qeyd etmək istəyirlər. Sən demə, bu eyni zamanda istədiyi qızı yenidən görmək üçün bir bəhanə imiş. Mişel diserti gətirən zaman nimçədə ona ünvanlanan üzüyü görür və hər şeyi anlayır. Gələcəyin prezidenti dizini yerə ataraq təklif edir və sevinc hissi ilə razılıq alır. Növbəti il cütlük unudulmaz toylarını qeyd edirlər.

Valideyin olma həvəsi

Müsahibələrində Mişel 90-cı illərdə uşaq düşürdüyünü boynuna almışdır. Cütlüyün ilk qız övladları Maliya 1998-ci ildə dünyaya gəlir. 2001-ci ildə isə ikinci qızları Saşa doğulur. Təəssüf ki, ailə münasibətləri narahatlıqlardan kənarda qalmır. Barak o zamanlar az qazanır. Mişel analıq məzuniyyətinə gedəndə imkansızlıq xüsusi ilə nəzərə çarpmağa başlamışdır. Nəticədə xanım iddialı siyasətçini yenidən hüquq sahəsinə qayıtmağa razı salmaq istəyir. Bu iş daha gəlirli sahə kimi görünürdü.

Şkolad tamlı öpüş – Barak və Mişel Obama 3

Kiçik qızın dünyaya gəlməsindən sonra ailədə vəziyyət daha da gərginləşir və boşanma düşüncələri formalaşmağa başlayır. Üç aylıq Saşa soyuqdəymə səbəbindən xəstəxanaya yerləşdirilir. Üç gün ərzində qızcığaz həyatla mübarizə aparır. Hadisədən sonra Mişel Baraksız yaşa bilməyəcəyini anlayır.

Ağ evdə yaşananlar

2008-ci ildə Obama Amerika prezidenti seçilir. Sözü gedən vəzifədə 2016-cı ilə qədər çalışır. Ərinin dəstəyi üçün xanım siyasi arenada aktiv şəkildə iştirak etməyə çalışır. İmkansız ailələrdən olan qızların təhsil alması üçün kampaniya təşkil edir və düzgün qidalanma mövzusunda seminarlar aparır. 2017-ci ildə cütlük prezident iqamətgahını tərk edir və hər zaman arzularında canlandırdıqları həyatı yaşamağa başlayırlar. Mişel və Barak bütün zamanlarını özlərinə və xüsusi ilə qızlarına həsr etməyə çalışırlar.

Barack Obama həyat qanunlarıMixail Qorbaçov həyat qanunları

Əvvəlki məqaləSürücülük vәsiqәsi (maddə 34)
Növbəti məqaləQırışlara qarşı 16 ev maskası

Fikirlərinizi bildirin.