Sizin yeniyetmənin xətrinə dəyəcək 10 ifadə. Yeniyetmələr – bir balaca yüksək səs tonu ilə və ya kobudluqla deyilən sözlərdən tez inciyən insanlardırlar. Ancaq, bəzən biz böyüklər də yararan anlaşılmazlığı alovlandırmaqdan çəkinmirik. Nəticədə narazılıqla artır. Buna görə də, valideyinlər övladları ilə mübahisəyə başlayarkən olduqca ehtiyyatlı olmalıdırlar.

Deməli belə!

Sadəcə kənardan özünüzü müşahidə etməyə çalışın. Söhbət əsnasında nə qədər əmr edici formada və sərt şəkildə danışmağa başlayırsınız? “Deməli belə”. Adətən bu sözlər heçdə yaxşı məna vermir, əksinə sizin övladınızla bağlı narazılığınızı dilə gətirir, itdiham edici şəkildə səslənir. Nəticədə yeniyetmə övladınız kəlməni eşidən zaman özünü müdafiyə yolunu seçərək, hər sözünüzə inadkarlıqla yanaşacaqdır. Əgər əksinə, mübahisə deyil, dialoq istəyindəsinizsə, söhbətə “Düşündümki”, “Birdən ağlıma gəldiki” ifadələri ilə başlayın.

Mənim evimdə

“Mənim evimdə belə etmirlər”, “Mənim evimdə qərarları mən verirəm”, “Mənim evimdə corabları yerə atmırlar”. Əlbətdə, bu sözü deyərkən ev tamami ilə sizə məxsusdur kimi fikir bildirmək istəyində deyilsiniz. Çox gümanki, bu yolla evdə kimin aparıcı olduğunu və kimə qulaq asmalı olduğunu xatırlatmaq istəyirsiniz. Ancaq onun eşitdikləri və anladığı: “Ev onun deyil, onun fikri heç kimə maraqlı deyil, bütün qərarları valideyin verə bilər” kimi formalaşır. Əlbətdəki, nəticədə inciklik yaranır. Bir sözlə yaşadığınız ev, mənzil ümumidir və bütün ailə şəklində yaşayırsınız. Ailə olaraq isə bir-birinizdən narahatsınız. Məhs bu kimi fikirləri övladınıza aşılamağa çalışın.

Nə olsun ki, sən istəyirsən

Bu əslində olduqca yanlış ifadədir. Bir çox hallarda valideyinlər tərəfindən düşünülmədən işlədilir. Öz uşaqlığımızdan bizə qalan bu kimi adətlər uşaqlarımızda böyük şübhələr yaradır. Onlar düşünürlər ki, onların fikirləri sizə ümumiyyətlə maraqlı deyil. Bu halda sizin yeniyetməniz vəziyyti bu cür anlayır: “Sənin istəklərin mənə önəmli deyil, mən onlara qeyri ciddi yanaşacam və qulaq ardına vuracam. Deməli heç səni də ciddi biri sanmıram”. Münasibətlər nəticədə ciddi şəkildə korlana bilir.

Cəl et

Misal olaraq, dərslərini. Və ya otağının təmizliyini. Və ya əlindəki işləri kənara qoy və cəld mən dediyimi et. Əgər siz bu sözləri yad və böyük insana desəniz, o sizi düzgün anlamaz. Yeniyetmə də, fikrinizcə sizin əmirlərinizə tez reaksiya verərək icra etməlidirlər? Bəli, dəfələrlə xahişinizə rəğmən narazı şəkildə onun hərhansısa işi görməsi sizi qıcıqlandıra bilər. Lakin, siz istənilən halda onun fikirlərinə hörmtlə yanaşmalısınız.

Səbəbi mənə maraqlı deyil

Siz əsəbisiniz, qanınız qaralıb, sonuncu yanlış hərəkətin aqibətinin təsiredici olmasını istəmirsiniz. Ola bilər ki, bu dəqiqə səbəbi sizə maraqlı olmasın. Ancaq bacardıqca ifadəni “Mən bunun səbəbini örgənmək istərdim” kəlməsi ilə əvəzləməyə çalışın. Bu hal birinci variantdan fərqli olaraq dialoqlara yol aça bilər.

Özün qərar vemək üçün hələ böyüməmisən!

Əgər siz hər zaman bunu ona xatırlatsaz, övladınız heç qərar vermək üçün böyüməyəcəkdə. Qərar vermək üçün ağıla sahib olmadığını ona dedikcə siz onun daxilindəki inamı və güvən hissini boğmuş olursunuz. Əgər övladlarımızın müstəqil olub, öz ayaqları üzərinə durmasını istəyiriksə, ilk cəhdlərinin qarşısını almamalıyıq. Bir çox hallarda valideyinlərin fikrincə yeniyetmə uşaqlar olduqca böyük səhflərə yol verirlər. Lakin, sərbəst olmaqları üçün təcrübə gərəklidir. Bu halda isə, səhflər qaçılmazdır. Ən yaxşısı söhbətə “Fikrimcə bu məsələni birlikdə həll etməliyik” deyə başlamaq daha doğru olardı.

Sənin işin yaxşı oxumaqdır

Bununla yanaşı onun işi dünyanı tanımaqdır. ətrafı araşdırmaq, cəmiyyətdə tuta biləcəyi mövqeni örgənməkdir. Bu səbəbdən də, bütün fikirlərinizi onun təhsilinə yönəltməyiniz ilk növbədə onda inciklik yaradır, sonda isə özünüzün dar çərçivədə olduğunuzu nümayiş etdirir. Bu halda uşaq sizinlə başqa mövzuda söhbət etməyə maraq göstərmir. Digər tərəfdən isə, “yaxşı” anlayışı mücərrət məsələdir. Dərslər zamanı müsbət qiymətlər almaqla, iş, peşə barəsində biliklər və informasiya əldə etmək fərqli şeylərdir. Ən yaxşısı onun dünya görüşü barəsində ciddi düşünün.

Mənimlə bu cür danışmağa cəhd göstərmə

Bəli, siz artıq dalaşırsınız. Əsəbi olan zaman insanlar bir-birilərinə xoşagəlməz xeyli sözlər deyə bilərlər. Lakin, unutmayın ki, yaşca böyük sizsiz, və siz özünüzü nəzarətdə saxlamalısınız. Onun ətrafı və düşüncə tərzi tam formalaşmadığından, daha səbirli olacaq tərəf sizsiniz. O istəsə də, çox vaxt özünü saxlaya bilmir. Bu onun yaşı və təbiəti ilə əlaqədardır. Mütləq nəzərə alın.

Çünki mən belə qərar verdim

“Niyə?” sualına heçdə uyğun olmayan cavabdır. Yeniyetmələr həqiqətdə sizin səbəblərinizi eşitməyə ehtiyac duyurlar. Onlar bununla razılaşmasalarda eşitməkləri daha doğru olardı. Bu halda övladınız ona uşaq kimi yanaşmadığınızın, həmyaşıdi kimi müzakirələrə hazır olmağınızı anlayar.

Sən məni bezdirdin

Əmin olun, onlar özləri də bezirlər. Lakin, valideyin olaraq sizi arxalarında dayaq və möhkəm divar kimi görmək istəyərlər. Bu səbəbdən də, hansısa hərəkətləri sizi həqiqətəndə bezdirdikdə belə, dilə gətirməyin.

Müxtəlif ölkələrdə uşaqlara sex necə anlatılırUşaq sexsopotologiyası. Valideyinlərin nəzərinə

Fikirlərinizi bildirin.