Sızanaqlara qarşı 20 üz maskası

720
Sızanaqlara qarşı 20 üz maskası

Sızanaqlara qarşı 20 üz maskası. Sızanaqlar – demək olar ki, bütün yeniyetmələrin probleminə çevrilmişdir. 18-yaşdan sonra bu problem adətən aradan qalxmış olur. Lakin, bəzən keçid dövründən sonra belə sızanaqlar az problem yaşatmır. Bu halda sizə ev şəraitində hazırlanan müxtəlif maskalar kömə edə bilər.

Tərkiblər

Sızanaqlara qarşı ev şəraitində hazırlanan maskalar əsasən kosmetik gillərdən, baldan, zülaldan, çörəkdən, mayadan, aspirindən, bodyagu, kalendula dəmləməsi, soda və aloe bitkisindən istifadə edilir. Bütün əlavələr soyuqdəyməyə qarşı müalicə xüsusiyyətinə malik olub, qurutma təsiri bəxş edə bilirlər. Bu səbəbdən də, sızanaqlara qarşı olduqca təsirli hesab edilirlər.

Gil

Gildən hazırlanan sadə maska. Sızanaqlardan azad olmaq üçün daha çox qara gil uyğun hesab edilir. Onu quru toz halında rahatlıqla münasib qiymətə almaq mümkündür. Müəyyən qədər ölçülü gil süd və ya su ilə qarışdırılır, düyünlər olmasın deyə əzilir. Qarışıq fırça ilə üzə çəkilir və quruyana qədər gözlənilir. Qurumuş maska ilıq və ya sərin su ilə üzdən yuyulur. Təmizlikdən sonra üzə mütləq problemli hissələrə toxunmadan krem çəkilməlidir.

Bundan başqa, fərqli reseptlər də mövcutdur. Bir xörək qaşığı kaolin, yaşıl və ya mavi gilə bir xörək qaşığı təzə sıxılmış limon şirəsi əlavə edilir. Eyni ölçüdə kalendul qarışığı və qaynadılmış su əlavə edilir. Xamaya bənzər qarışıq quru və təmiz üzə çəkilir, 20 dəqiqə saxlanılır və quruması gözlənilir. Maska quruduqdan sonra isti su ilə yuyulur. Prosedurlar həfdədə iki dəfə həyata keçirilir.

Zülal

Yumurtanın ağı ilə sarısı ayrılır. Ağını ayrı qabda yaxşı qarışdırdıqdan sonra pambıq yastıqla üzə çəkilir. 20 dəqiqə saxlanıldıqdan sonra yuyulur. Maska məsamələri təmizləyir, kirlənməyə qarşı proflaktik tədbir rolunu oynayır, qızartı və sızanaqlardan dərini azad edir.

Bal

Balın tərkibində xeyli sayda mikroelementlərin olduğu çoxdan məlumdur. Onun soyuqdəyəmə əleyhinə təsirləri isə müxtəlif ev maskalarında geniş istifadə edilir. Məhsul sonradan yarana biləcək sızanaqların qarşısını almaqla yanaşı artıq mövcud sızanaqları da aradan qaldırır.

Maska üçün eyni ölçüdə bal, zeytun yağı və yumurta sarısı götürülür. Yaxşı qarışdırıb, eyni qarışıq halına salındıqdan sonra üzə çəkilir. 20 dəqiqə saxlanıb ilıq və ya sərin su ilə yuyulur. Maskanın mütamadi istifadəsi üz dərisinin rəngini açır, hamarlaşdırır və yağlı dərini qurudur.

Soda

Ya bir, ya da iki xörək qaşığı sodanı sabunlu su ilə qarışdırın. Ev şəraitində maska üzə çəkilməmişdən öncə derma ciddi təmizlənməlidir. Qarışıq yüngül, dairəvi formada üzə sürtülür və 20 dəqiqə saxlanıldıqdan sonra sərin su ilə yuyulur.

Eyni zamanda desert qaşığı soda ilə duzu və sabun tərkibli kremi qarışdırmaq mümkündür. Üzdə tam quruyana qədər saxlanılır və yuyulur. Sonradan üzə krem çəkilir. Sızanaqlar yalnız yeniyetmələri narahat edən məsələ deyil. Müasir şəhərlərdə hava təmiz olmadığından ətrafda olan çirk və normadan artıq tozlanma sağlam dəriyə mənfi təsirlər göstərir. Nəticədə, dəridə sızanaqlar olmasa belə, qıcıqlanma halllarında da bu kimi maskalardan istifadə olduqca effektiv hesab edilə bilər.

Kartof

Kiçik ölçülü kartof süddə qaynadılır və sıyıq halına düşənə qədər əzilib qarışdırılır. Nisbətən isti halda kartof qarışığı üzə çəkilir və 20 dəqiqə saxlanılır. Sonradan ehmalca yuyulur. Dəri həm təmizlənir, həm də incə görkəm əldə edir.

Yulaf

Resept sızanaqları qurudar və dermanı təmizləyər. Hazırlamaq üçün yulaf isti qaynar su ilə qarışdırılır. Yaxşı həll edilib təmiz dəriyə çəkilir. 20 dəqiqə quruyana qədər gözlədikdən sonra ilıq su ilə yuyulur.

Çörək

Çörəkdən maska hazırlamaq resepti olduqca sadədir. Çovdar çörəyinin dilimi xırda hissələrə didilir. Üzərinə isti su əlavə edilir. Alınmış qarışıq üzə çəkilir və 5 dəqiqə saxlanıldıqdan sonra yuyulur.

Aloe

Bitkinin bir neçə yarpağı qaba qoyularaq üzərinə bir stəkan soyuq su əlavə edilir. Bir saat saxlaıldıqdan sonra iki dəqiqə müddətində qaynadılır. Soyudulub əzilir və problemli dəriyə çəkilir. 20 dəqiqədən sonra təmiz, ilıq su ilə yuyula bilər.

Xiyar

Xiyar qaba rəndələnir, üzərinə qaynar su əlavə edilir. Soyuduqdan sonra 20 dəqiqə müddətində üzə çəkilir. Sərin su ilə üz dərisi yuyulur.

Maya

Disert qaşığı kraxmal, maya və yoqurt götürülərək qarışdırılır. Qarışığa 5 damcı limon şirəsi əlavə edilir və yaxşı qarışdırılır. Üzün problemli hissələrinə çəkilərək 25 dəqiqə saxlanılır. İsti su ilə yuyulur.

Meyvə və giləmeyvələr

Böyük qaşıq portağal içliyi və eyni bir neçə qaşıq vişnə götürülür. Vişnəni çiyələk və ya digər giləmeyvələrlə də əvəzləmək mümkündür. Əlavələr blenderdə qarışdırılır. Yenidən üzərinə bir qaşıq kraxmal əlavə edilib yenidən qarışdırın. Quru, təmiz dəriyə çəkilərək 20 dəqiqə gözlənilir və ilıq su ilə yuyulur.

Bodyaga

Bir neçə çay qaşığı kosmetik gilin üzərinə çay qaşığı bodyaga əlavə edilib 3 böyük qaşıq su süzün. Təmizləyici maska üzdə 25 dəqiqə saxlanılır və isti su ilə yuyulur. Sonda üzərindən yüngül krem çəkin.

Şərq maskası

Xurma meyvəsinin içi yumurta sarısı ilə qarışdırılır. Üzərinə böyük qaşıq süd əlavə edilərək təmiz üzə çəkilib 25 dəqiqə gözlənilir. Sərin su ilə yuyulur.

Yapon maskası

İki yüz qram dəniz yosunu 10 dəqiqə müddətində para verilir. Bir çay qaşığı limon şirəsi əlavə edilir. Qarışıq sıyıq halına gələnə qədər qarışdırılır və üç gün soyuducuda saxlanılır. Təmiz dəriyə bərabər şəkil çəkilir və 20 dəqiqə saxlanılır.

Qaynadılmış yumurtanın sarısı

Reseptə əsasən yumurtanın sarısı əzilir və üzərinə turş süd əlavə edilir. Təmiz dəriyə çəkilir və 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulur. Maska məsamələri kiçildər, mikrozədələnmələri müalicə edər.

Aspirin

Bal və su əlavəsi ilə 4 həbin birləşməsindən hazırlanan ən yüngül maska resepti. Kənardan sıyıq formasında görünməlidir. Üzə çəkilib 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulur. Bu cür maska həfdə ərzində 3 dəfədən çox edilməməlidir. Lakin, yaralar, cızıqlar zamanı ümumiyyətlə istifadəsi qadağandır. İstifadədən öncə dərinin həssaslığı ilə bağlı test edin.

Üz təmizlənməsi üçün 18 maska reseptiYumurtalı üz maskaları üçün 23 resept

Əvvəlki məqaləNizamlanmayan yolayrıcıları (maddə 77)
Növbəti məqaləİdmançılar niyə çuğundur şirəsi içməlidirlər?

Fikirlərinizi bildirin.