Sirkə pəhrizi – hər gün su ilə sirkə içsək nələr baş verər? Sirkə pəhrizi arıqlama metodu hesab edilir. Pəhriz zamanı hər gün alma və ya limon sirkəsi suya qarışdırılaraq içilir. Mövcud nəzəriyəyə görə qədim zamanlarda bu pəhrizdən olduqca geniş istifadə edilmişdir. Bəzən isə bu metoda “Kleopatra pəhrizi” də deyirdilər.

Son illərdə qarışıq olduqca məşhurluq qazanmışdır. Bu gün sizə nutrisioloqların pəhrizlə bağlı fikirlərini diqqətinizə çatdırmaq istərdik.

Beləliklə pəhriz nə dərəcədə effektivdir və nə üçün gərəklidir?

Alma sirkəsi və limon şirəsi qəbulunun məqsədi mədənin turşuluq səviyyəsinin artırılması üçün hesablanmışdır.Bu eyni zamanda mədə tərəfindən qidanın tez çeynənilməsində yardımçı olur.

Bundan başqa sirkə maddələr mübadiləsini sürətləndirir, yemək həvəsini azaldır. Turşu ortamı xəstəlik yarada biləcək bakteriaları azaldır, mikrofloranı normallaşdırır. Eyni zamanda, təbii alma sirkəsində olduqca xeyli sayda gərəkli elementlər mövcutdur. Misal olaraq: maqnium, kalsium, kalium, dəmir və natrium.

Alma sirkəsi soyuqdəyməyə qarşı gözəl məlhəm hesab edilir.

“Sirkə pəhrizi” nə dərəcədə effektivdir?

Pəhrizi təcrübədən keçirənlərin bəziləri onu olduqca təsirli vasitə hesab edirlər. Bu şəkildə artıq kiloları aradan qaldırmaq mümkündür. Alma sirkəsinin səliqəli və məntiqli istifadəsi ekspertərin fikrincə həqiqətən də effektivdir. O yemək istəyini azaldır, piyləri yandırır, eyni zamanda selyulitdən azad edir.

Bununla yanaşı orqanizminizi stress halları ilə üz-üzə qoymaq lazım deyil. Yəni, fərqli qida məhsullarından birdən imtina etmək, ac qalmaq, özünü ağır məşqlərlə yormaq düzgün hesab edilmir.

Arıqlamaq üçün sirkəni suda aşağıdakı ölçülərlə qarışdırıllar: bir çay qaşığı sirkə, bir stəkan suda. Qarışıq 30 kiloqram bədən çəkisinə bir stəkan su ölçüsü ilə içilməlidir. Yəni, 90 kiloqram çəkiyə sahib insan gün ərzində üç stəkan su içməlidir.

Pəhriz nə ilə təhlükəlidir?

Olduqca ehtiyyatlı olmaq gərəklidir. Mədə-bağırsaq xəstəlikləri zamanı sirkə və limon şirəsi istifadə edilməməlidir. Lakin, siz buna baxmayaraq yenə də sınaqdan keçirmək istəyirsinizsə, nutrisioloqlar borucuq vasitəsi ilə suyu içməyi məsləhət görürlər. Eyni zamanda qəbuldan sonra ağız yaxalanmalıdır. Diş emalı turşuluğa qarşı mənfi reaksiya göstərmiş olur.

Unutmayın ki, bu arıqlamağın möcüzəvi üsulu deyil. Yalnız ona güvənmək düzgün deyil. Bu cür pəhrislər ideal bədən quruluşuna doğru atdığınız digər addımlara əlavə ola bilərlər.

Fikirlərinizi bildirin.