Siqareti tərgitməyin asan yolu – Carr Allen

Allen Karrın iyirmi il əvvəl bir şüarı vardı: “Dünyanı siqaret çəkməkdən xilas etmək”.

Allen Karr 2 sentyabr 1934-cü ildə çox siqaret çəkən bir atanın övladı kimi İngiltərədə dünyaya gəlib. Atasını ağ ciyər xərçənginə görə itirməsinə baxmayaraq, 16 yaşında ikən siqaret çəkməyə başlayır. Bir neçə il içində gün ərzində 100 ədədə yaxın siqaret çəkir. Bir çox adamlar kimi o da bir neçə dəfə siqareti tərgitməyə çalışır, ancaq bacara bilmir. Əsrin dörddə biri boyunca siqareti əlindən yerə qoymayan Allen Karr 1983-cü ildə özünün siqareti tərgitməsi üçün bir üsul kəşf edir və nəhayət, siqaretdən qurtulur. Bu dəfə siqareti tərgitməsi əvvəlki cəhdlərinə heç bənzəmir.

Çox rahat, asan, ağrısız-filansız və zövqlə siqareti tərgidir. Nə kökəlir, nə də gərgin günlər yaşayır. Bu fövqəladə təcrübəsini ətrafdakı siqaret çəkən insanlarla paylaşmağa başlayır və beləliklə, yavaş-yavaş dünya miqyasında qəbul edilmiş və sınaqdan çıxmış metodunu inkişaf etdirir. Fərdi görüşləri artdıqca qrup seansları verməyə başlayır. Londonda açdığı ilk klinikasındakı seanslara dünyanın hər yerində on minlərlə insan qatılmağa başlayır. Qrup seans tələblərini təkbaşına öhdələyə bilmədiyi üçün həm özü kimi mütəxəssislər yetişdirməyə, həm də siqareti tərgitmək mövzusunda kitab yazmağa başlayır.

Yazıçı olmadığı üçün kitabını yazmağa şübhə və qayğıyla başlayır, ancaq kitab milyonlarla insan tərəfindən oxunur və 25 dilə çevrilir. Dünyada 50-yə yaxın klinikası fəaliyyət göstərir. Allen Karr hələ də mütəxəssis yetişdirir, siqaret və onu tərgitməyə həsr olunmuş konfranslara və televiziya proqramlarına mütəxəssis kimi dəvət olunur. Hazırda müxtəlif mövzularda kitablar yazır.

Siqaretsizliyə bir şans verin

Siqaret çəkərək təkcə sağlamlığımızı çox böyük bir təhlükəyə atdığımızı deyil, eyni zamanda ağzımızdan nə qədər pis qoxu gəldiyini, dişlərimizin nə qədər saraldığını, simamızın nə qədər pis olduğunu, səhərlər ağzımızda axşamdan qalan nə qədər iyrənc bir dadın olduğunu, pillələri çıxarkən nə qədər əziyyət çəkdiyimizi, tənbəlliyə alışaraq özümüzü dinc hiss etməkdən nə qədər uzaqlaşdığımızı bilir, bu bəyənmədiyimiz həqiqətləri fikrimizdən çıxarmağa çalışırıq.

Siqaretsiz yaşamaqdan qorxduğumuz və həyatın siqaretsiz zövq verməyəcəyini sandığımız üçün bütün bu həqiqətlərə qatlaşır, siqareti heç cür tərgidə bilmirik. Cəsarətimizi toplayıb həyatımızı daha gözəl bir hala gətirməyin, ən vacibi də, özümüzü və ətrafımızı zəhərləməkdən imtina etməyin zamanı hələ gəlmədimi?

Bu da sizə bir fürsət: Siqaretin sağlamlığa verdiyi zərərlərin ayrıntılarına əhəmiyyət vermədən siqareti psixoloji təsirlərlə əlinə alan, siqaret düşkünlərini alçaltmamaq yerinə hadisəni onların baxış bucağından anladan bir kitab. İnsanların siqaretə necə başladıqlarını, hansı hallarda, nə üçün siqaret çəkdiklərini, nə üçün siqaret çəkməyə davam etdiklərini, siqareti tərgitməyə nə üçün çətinlik çəkdiklərini və siqaretsiz həyatdan nə üçün hürkdüklərini, qısası, siqaretə aid hər şeyi anladan, sonda da oxucusuna siqaretsiz həyatın zövqünə varmağa kömək edən, nə olursa olsun siqaret çəkən və ya siqaret çəkən bir yaxın adamı olan hər kəsin mütləq oxuması vacib olan bir kitab.

Xalqların və kütlənin psixologiyası – Gustave Le BonBəhanələrə yox! – Brayan Treysi

Əvvəlki məqaləUğurlu ərə getməyin 49 sadə qaydası
Növbəti məqaləKişilərin kitabı – Osho

Fikirlərinizi bildirin.