Siflis-peşmançılıq yarada bilər – Cinsi yolla keçən xətəliklər adətən orqanizimdə bərpa olunmaz problemlərə yol açır. Zamanla insan toxumalarına təsir nəticəsində xəstəliklər daha ağır formala ala bilir. Eyni zamanda qeyri düzgün müalicə üsullarının tədbiqi bəsən sonradan qazanılan şikəstliklə nəticələnir. Bu səbəbdən də, xəstəliyin ilkin mərhələlərində həkimə müraciət etmək və müalicəyə diqqətlə yanaşmaq vacib nüyanslardan biridir.

Siflis cinsi yoldan keçən təhlükəli bakterial infesksiyadı. Orta əsrlər dövründə xəstəliyin yayılması milyonlarla kişi və qadının həyatına son qoymuşdur. Xəstəliyin çarəsi və müalicəsi orta əsrlərdən etibarən məlum olduğundan, müasir dövrdə ölüm hallarına demək olar ki, rast gəlinmir. Ginekoloqlar və Veneroloqlar müayinə zamanı tez bir zamanda xəstəliyi aşkar edir, labarator analizlər aparır, müalicə tədbiq edirlər.

Siflis haqqında daha geniş

Tibb ədəbiyyatında siflis daxili orqanlara yayılan, əsəb sistemi, dəri və digər anatomik strukturlara təsir edən sistemli xəstəlik kimi təsvir edilir. Patalogiya insan orqanizminə bakteryanın daxil olmasından illər sonra yarana bilir. Xəstəliyin davam etmə sikli proqressiv axına sahibdir və hər mərhələ özünə uyğun şəkildə klinik göstəriciləri əks etdirir. Gizli halda mövcud olan siflis aydın görünə bilən simptomları hiss etdirməyə bilər. Lakin, zaman keçdikcə, daxili orqanlara yayıldıqca dəridə ilk simptomlar görünməyə başlayır. Epidemioloji məlumatlara əsasən siflis xəstəliyi adətən 20-30 yaş qadın və kişilərdə rast gəlinir.

Siflis-peşmançılıq yarada bilər

Bir çox işarətlər sahib olduğundan onu digər xəstəliklərin ağır formaları ilə qarışıq belə salırlar. Müasir dövrdə tibbi inkişaf səviyyəsinə baxmayaraq, hələdə bu xəstəlik yayılma sayına və yarada biləcək ağırlaşma hallarına görə aktib araşdırma mövzusu hesab edilir.

Patoqenoz

Siflisin cinsi yolla yayılma səbəbi solğun treponemlərin selikli qişa vaistəsi ilə insan orqanizminə sürətlə yaılmasıdır. Eyni zamanda bu cür yayılma dəridə olan mikroskapik yaralar, çatlar və kəsiklər vaistəsi ilədə ola bilər. Bir neçə saat ərzində bakteriyalar qanın limfatik sisteminə daxil olur və nəticədə sistemli infeksion proses başlayır. Xəstəliyin inkubatsiya dövrü xəstəliyin yayılma sürətindən aslı olaraq 10-90 gün ərzində baş verə bilər. Müasir araşdırmalar müəyyən etmişdir ki, solğun treponem qanın limfatik sistemində artıq 30 dəqiqədən sonra belə görünə bilər.

İnfeksiyalı bakteriya mərkəzi sinir sisteminə siflisin ilkin mərhələlərində artıq daxil olmuş olur. Lazımı müddət ərzində müayinə aparılmasa bakteryanın daxili orqanlara yayılma müddəti 5-20 il ərzində baş verir. Əgər aşkar olunma gec baş verərsə, treponem mərkəzi əsəb sistemini zədələyə və neyrosiflis yarada bilər.

Siflisin dalğavari inkişafı bakteryaların orqanizmdə yayılma etaplarından və imun sisteminin vəziyyətindən aslıdır. İnsanın imun sisteminin güclü olması özlüyündə xəstəliklə mübarizədə yetərli sayılmır. Nəticədə qoruyucu sistemlər zaman keçdikcə zəifləyir və xəstəliyin sonuncu etabında imun çatışmamazlığı yaranır.

Yaranma səbəbləri

Xəstəliyə tutulma hallarını müəyyən etmək üçün ilk növbədə onun əsas bəlirtilərini anlamaq lazımdır. Xəstəliyin bakteriyası sayılan solğun treponem açıq havada mövcud ola bilmədiyindən adətən artıq xəstəliyə tutulmuş insanlar vaistəsi ilə yayılır. Bakteriya nadir hallarda uyğun tempraturda və uyğun ortamda sərbəst şəkildə mövcud ola bilər.

Xəstəliyə tutulma yolları
  • Cinsi əlaqə. Bakterialar xəstənin selikli qişasında mövcud olur və rahatlıqla digər insanın dərisinə keçə bilir. Dərinin xırda zədələri və hiss edilməyəcək olan kəsikləri belə bakteriaların hərəkətinə zəmin yaradır.
  • Transfuzion ötürmə-digər şəxsin orqanizmə qan köçürmə vaistəsi ilə daxil olur. Nadir xəstələnmək formasıdır. Adətən narkomanyanın fəsadları zamanı baş verə bilir.
  • Gigiyena əşyalarının birlikdə işlədilməsi zamanı.
  • Hamiləlik dövründə dölün infeksiyası.

Yayılmış yoluxma hallarından başqa digər risk faktorları da mövcutdur. Bu hallar adətən narkomaniya və imun sisteminin zəifliyi ilə əlaqəlidir.

Xəstəliyin axını

Artıq qeyd edildiyi kimi, siflis xəstəliyi proqressif inkişaf xüsusiyyətinə malikdir. Hər bir mərhələ özünə məxsus fərqliliklərə malikdir. Bu səbəbdən də, həkiminizə mərhələnin müəyyənləşdirilməsi üçün labarator müayinələr və bədəninizdə hiss edilə biləcək dəyişiklikləri izləmək mütləqdir. Eyni zamanda nəzərə alın ki, müxtəlif xəstələrdə inkişaf axını müxtəlif olduğundan, mərhələni müəyyən etmək analizlər olmadan mümkünsüz olur.

Siflisin birinci mərhələsi

Xəstəliyin birinci mərhələsi inkubasiya mərhələsindən sonra başlayır. Yoluxmadan bir neçə həfdə sonra xəstələrdə siflisin ilk işarətləri görünməyə başlayır. İşarələr ilk öncə cinsi orqanın üzərində, anal deşiyin ətrafında, ağız kənarında görünə bilər. Nadir hallarda barmaqlarda və sinədə də hiss olunur. Adətən bu işarətlər özünü 5 millimetr böyüklüyündə sızanaqlar kimi göstərməyə başlayır. Bu mərhələdə ağrı və narahatlıq olmadığından bəzən xəstələr bu əlamələri görməməzlikdən gəlirlər.
Mümkün əlamətlər:

  • Baş ağrıları;
  • Ağız boşluğunda fərqli xoşa gəlməz fərqliliklər;
  • Bədən hərarətinin yüksəlməsi;
  • Əzələ və sümük ağrıları;
  • Əhvalın aşağı düşməsi.

İlkin mərhələdə bakterialar aktiv çoxalmağa başlayır. Bu səbəbdən də, mərhələ təxmini iki ay davam edə bilir.

Siflis-peşmançılıq yarada bilər

Siflisin ikinci mərhələsi

İkinci mərhələ təxmini 2-3 aydan sonra başlayaraq bir neçə il davam edə bilir. Bu mərhələdə daxili orqanların siflizə tutulma prosesi start götürür. Dəridə yaralar çoxalır, Lakin, mərhələ olduqca dalğavari hesab edilir. Nəticələr yarna və itə bilər.
Mümkün əlamətlər:

  • Dəridə pataloji qızartıların olması;
  • Saçın tökülməsi;
  • Baş ağrıları;
  • İctahın olmaması;
  • Əzələ halsızlığı;
  • Bədən hərarətinin yüksəlməsi;
  • Çəkinin azalması;
  • Eşitmə və görmənin zəifləməsi.
Siflisin üçüncü mərhələsi

Nadir hallarda xəstələrə bu mərhələni aid edirlər. Bu mərhələ əsəb sisteminin və bütün daxili orqanların zədələnməsi mənasına gəlir. Bu mərhələdə imun sistemi xəstəliyə tap gətirə bilmir, nəticədə dəridə yara izləri hədindən artıq çoxalır və eybəcər görkəm alır.
Mümkün kliniki əlamətlər:

  • Ağır nevroloji pozuntular: görmənin və eşitmənin zəifləməsi;
  • Psixi pozuntu və ağılın zəifləməsi;
  • Nəfəsalma prosesində çətinlik;
  • Danışıq qabiliyyətinin itməsi;
  • Daxili qanaxma;
  • Yüngül toxumaların və sümüklərin deformasiyası.
Proflaktik tədbirlət

Bu sinfdən olan bütün xəstəliklərin rahat proflaktika yolları mövcutdur. Lakin, vaksin mövcut deyil. Sadəcə bəzi qabaqlayıcı tədbirlərdən istifadə edərək xəstəlikdən yaına bilərsiniz. İlk növbədə intim münasibətlər zamanı ehtiyyatlı olmaq gərəklidir.
Tədbirlər:

  • Qoruyucularla sex. Bir çox hallarda prezervativlər bakteriyaların dəriyə nüfuz etməsinin qarşısını alır.
  • Bir dəfəlik, ötəri intim görüşlərdən vaz keçin. Bir portnyordan cinsi əlaqə riski azaldır.
  • Ciddi şəkildə gigiyenaya diqqət yetirin. Xəstəliyə tutulan şəxslə bir evdə yaşayırsınızsa, risk faktoru artmiş olur.

Anal sex zamanı yarana biləcək xəstəliklər.

Fikirlərinizi bildirin.