Sexual stimulasiyanın tarixi: qədim dövürlərdən bu günə. Bəzən kişilərin güclərinin çiçəklənən və daim yenilənən dövründə “sehirli” vasitələrdən istifadə etməkləri bir az gülünc və utancverici görünür. Gənc və orta yaşlı kişilər müasir dövürdə sankı daha çox həvəsləndirici yollarla, əlavə müdaxilələrlə potensiyalarının artımına can atır. Güclü cinsin nümayəndələrinin bir çoxu qarşı tərəfə öz sexsual güclərini hər zaman nümayiş etdirməyə, bu yolla onları həvəslndirməyə çalışırlar.

Sexsual stimulyatorların istifadəsi faktını gizlətmək və ya bildirməmək hər kəsin öz işidir. Ancaq bəlkədə bu günki məqaləmizdən sonra sizin “sehirli” həblərə qarşı fikirləriniz dəyişər. Nəticədə təhlükəsiz və təbbi potensiya artırıcı vasitələrdən istifadəyə başlayarsınız. Elə isə gəlin birikdə viagranın kütləvi istehlakına başlamamışdan öncə köhnə kişilərin nə işlə məşğul olduqlarına nəzər yetirək.

Hindular

Deyilənlərə görə hindular sex mövzusuna aid məslələrə olduqca ehtiyyatlı və ciddi yanaşmışlar. Cinsi əlaqəyə daxil olmamışdan öncə yeniyetmələr, cavanlar imtahan verməli idilər. Məhs bu yolla yeniyetmə kişilik sərhəddini keçərək həyata hazır olduğunu nümayiş etdirməli idi. Ancaq, tarixi faktlarda imtahanı keçə bilməyənlərin aqibəti haqqında heç bir məlumat verilmir. Bəzi fikirlərə görə onlara ümumiyyətlə sexlə məşğul olmağa qadağa qoyulurdu və ya “sexsual həzz” almaq imkanları məhdudlaşdırılırdı. Hər halda onlar nəyinki bu cür qəribə imtahandan keçməli olurdular, həm də vaxt aşırı müxtəlif bicliklərə əl ataraq öz potensiyalarını yüksək səviyyədə saxlamağa cəht göstərirdilər.

Yerli sexsual stimulyatorlardan biri çekolatya – içkisi hesab olunur. İçki kakao tumlarından, sudan, çaxırdan, açı bibərdən və vanildən hazırlanır. Sonradan tərkibə şəkərdə əlavə edildi. Düşüncələrə görə sözü gedən içki bədəni cavanlaşdırır, sexsual həvəsi artırır və ağlı itiləşdirir.

Bu gür içkini içmək yalnız qəbilənin güclü, sözü keçən kişilərinə və qəbilə başçılarına icazə verilirdi. Bəs digər kişilər xilas yolunu nədə tapırdılar? Bu məsələ hələdə qaranlıq qalır. Maraqlısı isə ondadır ki, astek imperatoru Moktesuma gün ərzində 50 fincan çokalatya içırdi. Bu yolla qəbilənin bütün zərif qadınlarını razı salmağa cəht göstərirdi. Müasir dövürdə bu cür həvəs yəqinki sexsual terarist kimi qiymətləndirilər.

İçkinin təsiri və dadı ilk baxışdan yüngül görünür. Utanmaq hissini aradan qaldırır, qorxu, narahatlıq hissini unutdurur. Məhs bu keyfiyyətlərin bir çox hallarda sexsual yaxınlığı qəlizləşdirdiyi təxmin edilir.

Bəzi hallarda isə hindular bitkilərin şirələrini qəbul edirdilər – damiane. Çokolatlyadan fərqli olaraq damianedən istifadə qəbilənin bütün kişiləri üçün yol verilən idi. Bu içki də müəyyən qədər sexual dopinq hesab olunurdu.

Qədim Roma və Yunanıstan

Hər iki ölkənin insanlarının fikrincə potensiyanın yüksəlməsi müxtəlif heyvanların fərqli hissələrinin yeyilməsi ilə bağlıdır. Sehirli ərzaq məhsulları kimi kişilər ilan əti, keçi və xoruzun cinsi orqanlarını qəbul edirdilər. Ancaq ən çox təsirə malik afrodiziak yeni doğulmuş oğlan uşaqlarının üzlərində olan ət xalı hesab olunurdu.

Bu vasitələr kişilərə yardımçı olurdu, ya yox – bu tam dəqiqliyi ilə məlum deyil. Ancaq bu məsələlərdə həvəsin və inamın necə böyük rol oynadığını hamımız yaxşı bilirik.

Bu səbəbdən də, bəlkədə bu müasir dövürdə ağıla sığmaz və qorxunc görünən vasitələr çox gümanki həqiqətən də bir işə yarayırdı.

Çin

Qədim Çində kişi cinsi həvəsin artırılmasında ən yaxşı vasitə jenşen hesab edilirdi. Çinlilər bu bitkinin sehirli gücünə inanırdılar və bu səbəbdən də yeməklərə əlavə etməyə çalışırdılar. Onun şirəsini çəkir, çayını dəmləyirdilər. Eyni zamanda çin kişiləri akapunkturanı da təcrübədən keçiridilər. Nəticədə bədənin müxtəlif nöqtələrinə iynə batırma yolu ilə damarları genişlətmək, fəaliyyətini yaxşılaşdırmağa cəht göstərirdilər. Qan dövranı sürətləndirilirdi. Deyilənlərə görə akupunkturadan sonra kişilər əsl vəhşiyə çevrilirdilər.

Bəzi çinlilərin fikrincə potensiyanın güclənməsinə it əti də müsbət təsir göstərir. Onlar bu əti bitki yağı və tısbağa qanı ilə hazırlayırdılar. Bu cür ritual quraban vermə halı kimi görünə bilir. Ancaq deyilənlərə görə, bu potensiyanın artırılması üçün olduqca güclü vasitədir.

Vikinqlər

Bu kişilər xanımları təmin etmək bacarıqları ilə seçilirdilər. Bu səbəbdən də bir çox zəirf cinsin nümayəndələri bu qəbilədən olan skandinaviya erkəklərinin onların torpaqlarına gəlib çıxmaqlarını arzulayırdılar. Beləliklə, potensiyanın artırılması üçün sərkərdələr yemək rasionlarında xeyli miqdarda balıq ətindən istifadə edirdilər.

Müxtəlif ərazilərə və xalqlara hücum zamanı vikinqlər özlərini gücləndirmək üçün daima yeni vasitələr kəşf edirdilər.

Misal olaraq, romalılara hücüm zamanı onlardan qaranquş dilindən paştetin hazırlanması sirrini, yunanlılardan keçi və xoruz cinsi orqanından hazırlanan yeməklərin reseptlərini, slavyanlılardan yumurta və baldan hazırlanan sehirli qarışığı və krəvizlə cəfrinin potensiyaya təsiri nüyanslarını, franklardan molyuskaların qidaya əlavəsi zamanı həvəsin artımına təsirini, almanlardan kətan toxumu ilə gicitikanın qarışığından içkinin hazırlanmasını örgənmişlər.

Afrika və yaxın şərq

Xalq nağıllarına əsasən Şeba şahzadəsi və Salomon sevgi və ehtiras bitkisi kimi Zallouh istifadə etmişlər. Əgər müasir araşdırmalara əsaslansaq bu bitki həqiqətəndə hər iki portnyorun sexsual sağlamlığına və həvəsinə müsbət təsir göstərir. Afrikada bu bitki daha çox başqa adla tanınır – “Vuka Vuka”. Bitikinin adının tərcüməsi “Qalx, qalx!” kimi anlaşırılır. Afrika kişiləri bu bitkini yemək yeyərkən qəbul edir və nəticədə uzun müddətli potensiyaları ilə fəxr edirlər.

Bu gün isə apteklərdə “Vuka Vuka” adlı həblərə rast gəlmək mümkündür. Ancaq onun afrika bitkisi ilə heç bir əlaqəsi yoxdur. Hətda tərkibində belə bitkidən əsər-əlamət yoxdur.

Bundan başqa, Afrikada yoxumben ekstraktı işlədilirdi. Vasitə yoximbe ağacının qabığından əldə olunur. Bitki bəzi damarları sıxır, nəticədə qan cinsi orqanın ətrafında toplanır ki, bu da öz növbəsində sexsual ehtiraslanmaya səbəb olur. Sadəcə məsələ bəzən səbəbsiz yerə ehtiraslanmadan da gedə bilər.

Sexual stimulasiyanın tarixi: qədim dövürlərdən bu günə

Brazilya

Brazilyalılar bu məsələyə olduqca diqqətlə yanaşmışdır. Və hələdə diqqətdən kənarda qoymurlar. Onlar hər zaman qəliz anlardan çıxış yolu tapmağa çalışmışlar. Afrodiziak tədbirlərdən biri isə muirasitin bitkisi hesab olunur. Onun effekti afrika yoximbeninə bənzəyir.

Ancaq, sözü gedən sexsual dopinqə brazilyalılar həmdə kərgədan buynuzuda əlavə edirlər. Onu qurudub, xırdalıyıb, toz halına gətirərək içki düzəldirlər.

Bununla yanaşı Brazilyada daha məşhur olan vasitələrdən biridə zəncəfil kökü, şüyüd, qara lobya, balqabaq, malt, zəfəran, qara bibər, bal, kişmiş, göbələk, akonit kök, portağal toxumu, ağac qabığı, üzümdən şərab, yabanı otlar-çiçəklər və nar hesab edilir.

Hindistan

Bu ölkədə isə sexsual pozuntuları aradan qaldırmaq və fəaliyyəti yaxşılaşdırmaq üçün Ashwagandu və Mumiydən istifadə edilir. Bu vasitələr spermanın keyfiyyəti yüksəldir, orqanizmi ümumilikdə cavanlaşdırır, sex zamanı həzz artırır, dözümlülüyü artırır, sex zamanı güc verirdi. Yaş keçsədə sadalanan keyfiyyətlər sönmək bilmirdi.

Almaniya

XIII əsrdə katolik rahib Albert Velikiy kişi gücünün olduqca ağır bərpa prosesindən “De Animalbus” adlı əsərində yazırdı.

Resept: erkək canavarın cinsi orqanını odda bişirmək, xırda-xırda doğrayıb yemək lazımdır. Bu yeməyin ən kiçik ölçüsü belə sexsual həzzin artımının həmin dəqiqə hiss olunmasına kifayət edər.

Bali

Balinin bəzi xalqlarının nümayəndələri sevişməmişdən öncə qadının cinsi orqanına xüsusi bitki mənşəli maddə sürtürdülər. Bunun nəticəsində orqazm daha rəngarəng olurdu. Onların fikrinci ən yüksək təsirli vasitə Datura, qulançar, Bella Donnanın zəhərli şirələridir. Bu bitkilərin şirələri sidik ifrazı edən orqanlarda qıcıq yaradır. Nəticədə güclü sexsual effekt yaranmış olur.

Stimulasiya olmadan belə qadın həyatında yaşamadığı orqazmı yaşaya bilər.

Fikirlərinizi bildirin.