SEXting və ya pornoqrafiya: incə sərhəd. İlk başdan təəcüblü gələ bilər sizə, ilin-günün bu vaxtında biz niyə artıq çoxdan yaranmış terminlə bağlı yazı dərc edirik? Lakin, təəcüblü olsada, yazını yazmamışdan əvvəl ətrafımdakı insanlara “SEXtinglə bağlı yazmağa dəyərmi?” deyə müraciət etdim. Fikrlərini örgənmək istədikdə isə, cavabında təəcüb içərisində – “bu ümumiyyətlə nə deməkdir?” cavabı ilə rastlaşdım.

SEXsting nə deməkdir?

SEXting – 2005-ci ildən etibarən yaranmış termindir. Hər şey Yeni Zellandiyadan başlamışdır. Məhs həmin il yetkinlik yaşına çatmayan qız uşağı tanışlıq saytında intim xarakterli şəkillərini yerləşdirmişdir. Əlbətdə, bu internetin ilk əlamətdar hadisəsi deyil. Lakin, termin məhs sözü gedən hadisədən sonra tədbiq edilməyə başlanıldı.

SEXting özündə intim xarakterli mətn mesajlarını və foto şəkillərini cəmləyir. Bu sanki bir çox avropa ölkələrində olan telefonla sex kimidir. Sadəcə səs əvəzinə həriflərdən istifadə edilir. Bu cür yazışmaların bir mənalı məqsədi qarşılıqlı ehtiraslanmadan ibarətdir.

Əgər söhbət zamanı sexsə və ya sexsual mövzulara toxunulsa, insan çox gümanki hislərini açıq şəkildə bildirməkdən çəkinər və ya ümmiyyətlə söhbətdən uzaqlaşar. Lakin, yazışmalar zamanı məsələ olduqca fərqlidir. Biz bu məsələlərə biraz sonra qayıdacağıq.

Çox gümanki, bir insana növbəti intim xarakterli mesaj göndərən zaman insanlar öz sexsuallıqlarını daha rahat dilə gətirirlər. Ancaq, diqqətli olmaq lazımdır, bu halda 14 yaş və ya yeniyetməlik məsələsi ciddi şəkildə gözlənilmədir. Əks halda, siz uşaq pornoqrafiyasının yayılması iddihamı ilə üzləşə bilərsiniz.

“Məni ehtiraslandır” başlığı altında oyunlar adətən yaxın münasibətdə olan insanlar arasında gerçəkləşir. Yazışma zamanı çəkilən və göndərilən şəkillər isə sadəcə cinsi orqanın nümayişi üçün nəzərdə tutulmur. Bu halda şəkil olduqca yaradıcı və həvəsləndirici çəkilməlidir. Bir sözlə tam olaraq pornoqrafiya effekti bəxş etməməlidir.

SEXting və ya pornoqrafiya incə sərhəd 3

Pornoqrafiya

Aralarındakı fərqi tam anlamaq üçün bu abzası mütləq oxuyun.

Pornoqrafiya – əxlaqsız, zövqsüz, xüsusi fərqlilik düşünülmədən çəkilmiş görüntüdür. Başqa dillə desək, sankı cinsi əlaqənin və ya cinsi orqanın tam çılpaqlığı ilə sexsual həvəs məqsədi ilə təqdim edilməsidir. Bu zaman ehtiraslanmış şəxsin fantaziyaları, istəkləri, həzz anına qədər düşündükləri dilə gətirilmir və qarşı tərəfə təqdim edilmir. Yazışma zamanı siz rahatlıqla istəklərinizi və maraqlarınızı yazırsınız, sanki qarşı tərəfə yaxınlıq zamanı bunları etməli olduğunu anlatırsınız. Bu isə tam normal proses kimi qəbul olunur.

SEXting, yoxsa pornoqrafiya?

Əgər insanlar sadaladığımız səbəblərdən əziyyət çəkirlərsə, hər zaman bu kimi suallarla bağlı mübahisə etməli olacaqlar:

  • həddindən artıq komleksə sahibdirlərsə;
  • öz bədənlərini qəbul edə bilmirlərsə;
  • və ya bu terminlərin ümumiyyətlə nə demək olduğundan məlumatsızdırlarsa.

Anonim aparılan rəy sorğusu zamanı bu günə qədər yazılan elmi məqalələr əsas götürülərək bəzi suallar hazırlanmışdır.

Beləliklə, oğlanlardan – sextingin portnyorla daha sıx münasibətlər qurmaq üçün yardımçı ola bildiyi barədə soruşulur. Rəyi soruşulanlardan hamsı qızlarla intim mövzuda yazışmaları olmuş və həmin qızlarla münasibət yaşamış insanlardırlar. Cavablaın bir çoxunda bu halların səbəbi adətən iki nəfər arasında uzaq məsafənin olması və bu səbəbdən də birlikdə sexlə məşğul ola bilməmək göstərilmişdir. Bəzilərinin fikrincə isə, bu kimi danışıq tərzi münasibətlər zamanı fərqli qığılcım alovlandıra bilir. Bir sözlə, portnyorlar bu yolla bir-birilərini qıcıqlandırır və həvəsləndirirlər. Bu bəlkədə uzun müddətli münasibətdə olan insanlar üçün gözəl alternativ hesab edilə bilər.

SEXting insanın daha rahat, sərbəst olmasına və qarşı tərəfi daha yaxşı tanımasına yardımçı olur.

Qızlar üçün sexting təhlükəli oyun ola bilər

Rəylər zamanı qızlardan yazışmalardan sonra şantajla, hədə-qorxu ilə qarşılaşıb-qarşılaşmadıqları soruşulmuşdur. Hər halda intim şəkillərin yayılması sonradan şəxsi reputasiya məsələlərinə ciddi zərbə vura bilər.

Məlum olmuşdur ki, bəziləri həqiqətəndə çətinliklərlə üzləşmişlər. Bəzilərinin şəkilləri hətda sosial şəbəkələrdə belə yayılmışdır. Ancaq, polisə nadir hallarda müraciət edilir. ABŞ-da 18 yaşına çatmayan insanlar arasında sexting məsələləri həbslə nəticələnə bilər. Beləki, məsuliyyəti hər iki tərəf çəkmiş olur – bir tərəf pornoqrafiyanın yayılmasına görə, ikinci tərəf isə – saxlanılmasına görə.

Risk etmək istəyənlər üçün əsas qaydalar:
  • Üz düşməməlidir;
  • Əgər tatoolarınız və ya xallarınız varsa çalışın onlar kadra düşməsin;
  • Yalnız tanıdığınız və güvəndiyiniz insanlara şəkilləri göndərin;
  • Göndərən zaman qorunmuş proqramlardan istifadə edin;
  • 18 yaşınıza qədər belə şeyləri təcrübədən keçirməyin.

Spornosexsual: kişilərin yeni tərzi?Sex zamanı gülüş: necə xətrə dəyməmək olar?

Fikirlərinizi bildirin.