Sexsual anoreksiya: sexsual həvəsin itməsi. Siz ümumiyyətlə sex istəmirsiniz və hər cəhtlə sexdən qaçmağa çalışırsınız? Əgər siz xəstəsinizsə, ya qanınız qaradırsa, keyfiniz yerində deyilsə bu normaldır. Ancaq əgər həvəsin olmaması adətə çevrilirsə bu anomaliyadır. Mütəxəsislərin fikrincə sexsual anoreksiya — hər şeyin icazə verilməsi səbəbindən yaranır. Yəni, heç bir sexsual tərbiyyə mövcud olmur. Ancaq, biz hər gün ekran qarşısından sex, sexsual irgənclik və sexsual təzyiq izləmiş oluruq.

Bəs sexsual anoreksiya necə müəyyən olunmalıdır? Bu cür kənarlaşmanın səbəbi nədə gizlənə bilər və bundan necə yaxa qurtarmaq mümkündür? Bu gün bu qaranlıq məqamlara bir balaca işıq salmaq istədik.

Anoreksiya nədir?

“Anoreksiya” termini demək olarki hamıya tanışdır. Bu ifadəni həzm prosesinin pozğunluğu zamanı daha çox işlədirlər. Adətən bilərəkdən bədən çəkisinin aşağı salınması zamanı tədbiq olunur.

Sexsual anoreksiya isə biraz fərqli formada kənarlaşmadır. Bu anlayışı gündəmə doktor Patrik Karns gətirmişdir. Termin altında sexsdən yayınma, imtina, bir sözlə sexsual problemlər və cinsi əlaqə zamanı uğursuzluqlar cəmlənmişdir. Karnsa görə sexsual anoreksiya sexsual həvəsin olmaması, daha doğrusu sexsual asıllığın bir növ formasıdır. O müxtəlif yollarla özünü göstərə bilər: yaxınlıqdan öncə qorxu, venerik xəstəliklkərə tutulma, sexsual həzzin alınmasından qorxma, sexsə soyuq yanaşma, öz bədəninə nifrət etmək, utanmaq.

Kənarlaşma həm qadınlarda, həm də kişilərdə baş verə bilir. Bir çox hallarda xəstəliyə düçar olanlar sexsual zorlanmaya məruz qalanlar, ciddi-qapalı baxışa sahib aillərdə böyüyənlər və tez-tez sexdən imtina cavabı alan insanlar rastlaşmış olurlar. Eyni zamanda sexsual anoreksiyadan əziyyət çəkən insanların fərqli problemləri də ola bilir. Onların bəzi asıllıqları yarana bilir. Psixoloqlar bunu psixi vəziyyətin gərginliyi ilə izah edirlər.

Bundan başqa, sexsual anoreksiyalı insanlar arasında özlərini mədəni, dini, müxtəlif sosial quruplarda görən insanlar ola bilir. Qoşulduqları qruplar və inanclar zamanı onlar uzun müddətli sexsual qadağalar və represiyalarla üzləşmiş olurlar. Nəticədə yorğunluq və həvəssizlik xroniki hal almış olur.

Lakin, təcrübəyə əsaslansaq kənarlaşmaya sahib insanlar bəzən sexlə məşğul ola bilir, hətda ailə həyatı qururlar. Düzdür, sexdən sonra anoretiklər özlərinə bəzən xəsarətdə yetirə bilirlər. Bəzən düşünürlər ki, onlar bu cür həzzə laiq deyillər.

Bu cür problemdən əziyyət çəkən insanlara yardım etmək olduqca çətin məsələdir. Kənarlaşmanı hiss etmək və anlamaq demək olar ki, mümkünsüzdür. Eyni zamanda, nəzərə alın ki, bu olduqca şəxsi məsələdir və demək olar ki, heç kim tərəfindən dilə gətirilmir. Onlar sexsual həzzi yaşamaqdan utandıqları kimi, bunu dilə gətirməyə də çəkinirlər. Əgər siz sex zamanı özünüzü ifadə etməkdən çəkinirsinizsə və ya portnyprunuzda fərqli nələrsə hissi edirsinizsə, ondan intim yaxınlıq zamanı daim yox cavabı alırsınızsa, ən yaxşısı təcrübəli sexsopotoloqa müraciət etməyinizdir.

Sexsual anoreksiyanın səbəbləri və nəticələri

Ən əsas səbəb – fiziki və mənəvi yaxınlıqdan qorxudur. Problemin kökü daha çox uşaqlıq yaşlarından qaynaqlanır. Adətən qız uşaqlarına böyüklər tərəfindən “kişilərə yalnız bir şey lazımdır” fikri yeridiləndə, o şüuraltı olaraq hər zaman yaxınlıqdan qaçmağa çalışacaqdır.

Və əgər gənclik illərində bakirəlik təmizlik, toxunulmazlıq mənasına gəlirdisə, il keçdikcə bir yükə çevrilir və uzun müddətli özünü saxlama sexsual anoreksiyaya səbəb olur.

Mövcud statistikaya inansaq müasir kişilər öz bakirliklərini daha çox 30-35 yaşlarına qədər saxlamalı olurlar. Onlar sanki o yaşda özlərinə daha çox inamlı olurlar. Kişilər üçün sexsual üstünlük cəmiyyətdə tutduqları mövqe, status, maddi durumun dayanıqlığı ilə asosiasiya olunur. Bunun isə səbəbini araşdırmaq istəsək, müasir qadınların seçdikləri insandan gözləntilərinin artdığında görə bilərik. Nəticə etibari ilə, kişilər gülünc mənbəyinə çevrilməkdən qorxullar. Əgər haçansa onları qeyri ciddi qəbul edilmədiklərini hiss etsələr məntiqli olraq bütün orqanizimləri özünü müdafiə rejiminə keçmiş olar. Nəticədə həmin insanla, tədricən isə ümumiyyətlə əks cinslə sexlə məşğul olmaq həvəsi sönər.

Sexsual anoreksiya: sexsual həvəsin itməsi

Bəzi sexsual anoreksiyalar erotik yorğunluq fonunda baş verə bilir. Əvvəl aktiv sexual həyat tərzi keçirməkləri səbəbindən müxtəlif texnikaları təcrübədən keçirmiş, yuzlərlə portnyor dəyişmiş, istənilən pozanı və oyunları təcrübədən keçirmiş kişi və ya qaındlar zamanla sexsə marağı itirmiş ola bilər. Bu zaman onlar sadəcə fərqlilik tapmaq məsələsində çətinlik çəkirlər.

Sözü gedən anoreksiya aradan qaldırıla bilir. Ancaq bunun üçün mütləq uyğun mütəxəsisə müraciət edilməlidir.

Lakin, əgər məsələ yeni başlama dövründədirsə, bu zaman insan özü-özünə belə yardımçı ola bilər. Bu zaman yarana biləcək səbəbləri analiz etməklə onları aradan qaldırmaq gərəklidir. Yox əgər məsələ göründüyündən də qəlizdirsə, və müddəti illərlə davam edirsə, bu zaman seksoloq və psixoloq olmadan mümkün deyil.

Unutmayın ki, sex harmonal münasibətlər üçün olduqca vacib ünsürdür. Bəli, intim yaxınlıqdan başqa münasibətlər zamanı daha böyük hislər, maraqlar, qarşılıqlı anlayış, qayğı, sevgi, kömək, dayaq olmaq kimi hislərdə olmalıdır. Ancaq, sexsin olmaması gec və ya tez istənilən münasibətləri korlaya, cütlüyün birlikdə olmasına zərbə vura bilir.

Sexual stimulasiyanın tarixi: qədim dövürlərdən bu günəYaxın dostla SEX – 5 səbəb, 5 film

Fikirlərinizi bildirin.