Sexsoloqizmi necə tanımaq olar və o nə ilə təhlükəlidir?

1833
Sexsoloqizmi necə tanımaq olar və o nə ilə təhlükəlidir

Sexsoloqizmi necə tanımaq olar və o nə ilə təhlükəlidir? Seks-narkomanlar seksdən heç bir həzz almırlar. Lakin, bundan imtina etməyi də bacarmırlar.

Hipersexuallıq sexsual asıllğın normadan artıq həddi hesab edilir – bütün bunlar sexsual davranışın pozuntusu hesab edilir. Müxtəlif statistik məlumatlara görə dünya əhaləsinin 3-6% hissəsi məhs bundan əziyyət çəkir. Asıllığa tutulanların çox hissəsi kişilərdir. Şəxsən sizdə sexual asıllıq olmasa da, nələri bilməkdə fayda var?

Seksual-asıllıq nə deməkdir?

Cinsi asılılıq və ya cinsi davranışın kompulsif pozğunluğu Ümumdünya Səhiyyə Xidməti tərəfindən təsdiq edilmiş Xəstəliklərin Beynəlxalq Təsnifatına (ICD-11) daxil edilmişdir. ÜST-ün yanaşmasına görə, kompulsiv cinsi davranış – işdə, məktəbdə və ya münasibətlərdə bu kimi fikirlərin və istəklərin idarə edilə bilməməsi, habelə fiziki sağlamlığa mənfi təsir edə biləcək səviyyədə intensiv istəklərə malik olmaq və istəkləri reallaşdırmaq həvəsi kimi qəbul olunur. Seks aludəçiləri kompulsiv davranışlarına görə evliliklərini pozur, işlərini itirir və ya həyatlarında maddi problemlərlə üzləşə bilirlər. Ən acınacaqlısı isə odur ki, təkrarlanan cinsi fəaliyyətlərdən çox az həzz və ya ümumiyyətlə məmnunluq yaşamış olurlar. Bəzi psixoloqların fikrincə, seks aludəçiləri stresdən, təklikdən, cansıxıcılıqdan, kədərdən və digər xoşagəlməz hissləri boğmaq və qarşısını almaq üçün seksdən istifadə edirlər. Sex fərqli hislər yaşamaq üçün deyil, xoşagəlməz hislərin unudulması üçün icra edilir.

Cinsi asılılıq həqiqətən mövcuddurmu?

Qəribədir ki, elm hələ də bu suala birmənalı cavab verə bilmir. Bir tərəfdən, UCLA (Los-Angelsdə yerləşən Kaliforniya Universiteti) araşdırması zamanı özlərini seks aludəçisi adlandıran kişi və qadınların beyin reaksiyalarında kimyəvi aludəçilik yaşayan insanların beyn reaksiyası arasında ortaq heçnəyin tapılması mümkün olmamışdır. Yəni, pornoqrafiya nümayiş etdirilən könüllülərin beyin fəaliyyəti ilə alkoqol və ya tütün asılılığı olan insanların beyin fəaliyyəti üst-üstə düşmür.

Digər tərəfdən, bəzi cinsi asılılıqla məşğul olan terapevtlərin fikirlərinə əsasən, seks və onunla əlaqəli davranışlar digər narkotik vasitələr kimi insan orqanizmində asıllıq yarada bilər. Məsələn, Kembric Universitetinin mütəxəssisləri tərəfindən aparılan digər araşdırma göstərdi ki, porno videolara baxan obsesif cinsi davranışı olan iştirakçılar narkotiklərin görüntülərini görən və narkomaniyadan əziyyət çəkən iştirakçılarla eyni beyin hissələrini aktivləşdirirlər.

Asılılıq niyə inkişaf edir?

Seks aludəçiləri digər, kompulsiv formada həddən artıq yeməyə, alkoqol qəbul etməyə və ya nikotik aludəçili  insanlar kimi obsesif vəziyyətlərə düşdüklərinə görə cinsi əlaqəyə girirlər. Həddindən artıq stress, depressiyaya meyl, öz həyatından narazılıq – bütün bunlar insanları mümkün qədər asan xöşbəxtlik əldə etməyə, sürətli həzz almağa təşviq edir – və məmnunluq hissi yaşayacağına inadırır. Ani də olsa, narahatlıq qorxularından azad edir. Ancaq, bu yardım düyməsini mütamadi basdıqda, həzz müddəti zamanla qısalır, narahatlıq daha da artmış olur.

Kimlər risk qrupu altındadırlar?

Demək olar ki, hər kəs tutula bilər, lakin aşağıdakı amillər şəxsi riskinizi artıra bilər:

  • Siqareti atmaq və ya ən azı siqaretlərin sayını azaltmaq üçün bir neçə uğursuz cəhd;
  • yaxınlarınızdan emosional və fiziki uzaqlaşma;
  • dostlar və ya partnyorlarla münasibətlərdə problemlər;
  • emosional qeyri-sabitlik;
  • işdə və ya məktəbdə problemlər;
  • maliyyə çətinlikləri;
  • depressiya;
  • fiziki sağlamlığın pisləşməsi;
  • maraq doğuran fəaliyyətlərin olmaması.
Müalicəsi varmı?

Hər hansı bir asılılıq kimi: nəzəri cəhətdən onunla mübarizə aparmaq mümkündür, lakin bunun üçün ən azı iki vacib amil mövcud olmalıdır. Birincisi, problemin tam dərk etmək və onu həll etmək istəyi formalaşmalıdır. İkinci, insan sex vasitəsi ilə doldurmaq istədikləri çatışmamazlıqları başqa yollarla doldurmağa çalışmalıdır.

Sexə qarşı allergiyaPsixoloqların fikrincə – kişilərə xöşbəxtlik üçün nə qədər sex gərəklidir

Əvvəlki məqaləSifilis necə ötürülür?
Növbəti məqaləKişilərin sex zamanı buraxdığı 10 yanlışlıq

1 COMMENT

Fikirlərinizi bildirin.