Sexsə münasibətiniz TEST

Bu test sizin sexsə olan həvəsinizi və münasibətinizi müəyyənləşdirmək üçün tərtib edilmişdir. Çalışın bacardığınız qədər səmimi cavab verin. Bu sizin dəqiq nəticə almağınıza təsir edəcək nüyansdır.

1. İdeal qadının (kişinin) olduğuna inanırsınızmı?
2. Sevgidə daimilik sizə xas xüsusiyyətdirmi?
3. Fikrinizcə qız ailə qurana qədər bakirəliyini qorumalıdırmı?
4. Bəs oğlanlar necə? Onlarda ailə qurana qədər bakirliklərini qorumalıdılarmı?
5. Bu günə qədər hər hansı bir qadın (kişi) sizin xatirənizdə silinməz izlər sala bilmişdirmi?
6. Sevdiyiniz insanın müsbət xasiyyətlərini önəmsəməyə meyillisinizmi?
7. Onu keçmiş sevgilisinə qısqanırsınızmı?
8. Sevdiyiniz insanı təhqir etmək halı yaşanıbmı?
9. Birlikdə olduğunuz qadının (kişinin) kənarda eşq yaşamasını bilərək münasibətlərinizi davam etdirə bilərsinizmi?
10. Qadının (kişinin) yanında olarkən əxlaqsız lətifə danışa bilərsinizmi?
11. Öz sevgi qələbələrinizi kiməsə danışmaq sizi həvəsləndirirmi?
12. Gözəl qadına (kişiyə) nələri bağışlaya bilərdiniz?
13. Necə bir qadın (kişi) xəyal edirsiniz?
14. Sevmədiyiniz insana sevgi etirafı etmək sizdə hansı hisləri oyadır?
15. Hansı xəyanət daha pisdir?
16. Fikrinizcə eyni anda ərlə (arvadla), məşuqun (məşuqənin) olması ...
17. Küləkli havanı sevirsinizmi?
18. Fiziki işlə və ya idmanla məşğul olarkən həzz alırsınızmı? Xoşunuza gəlirmi?
19. Öz üzərinizdə narkotik maddələrin təsirini hiss etmək istərdinizmi?
20. Ekzotik qadınlar (kişilər) xoşunuza gəlirmi?
21. Qadınlar (kişilər) sizi tez bezdirir?
22. Mənfur planlarınıza görə məşuqənizdən (məşuqunuzdan) ayrılardınızmı?
23. Homoseksuallıq sizdə əsəb və nifrət yaradımı?

Xarakter (yun. χαρακτηρ — əlamət, fərqləndirici xüsusiyyət, işarə) — şəxsiyyətin münasibət və davranış xüsusiyyətlərini müəyyənləşdirən davamlı, nisbətən daimi psixi keyfiyyət strukturu. Xarakter konkret şəxsiyyət üçün tipik olan fəaliyyət və ünsiyyət prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibətilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlər məcmusudur.

Xarakter bir növ insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti şəxsiyyətin hər cür xüsusiyyətlərini deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusu olmasıdır. Digər tərəfdən xarakteri bir psixi fenomen kimi fərqləndirən başlıca cəhət onun həmişə fəaliyyət və ünsiyyət prosesində, insanın onu əhatə edən gerçək aləmə və insanlara münasibətdə təzahür etməsidir. Xarakter həyatda qazanılmış davranış formasıdır. Heç kim tənbəl və ya işgüzar, kobud və ya mehriban, qəddar və ya humanist, səliqəli və ya pinti, təvazökar və ya qeyri-təvazökar doğulmur. Bu kimi keyfiyyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbiyəsinin təsiri altında qazanır. Bu əlamətlər həmin insanın xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır.

Bütün bunlarla bərabər insan xarakteri onun dünyagörüş və əqidəsilə də sıx bağlıdır. İnsanın münasibətlər sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər-istəməz onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır. Adətən, xarakter formalaşdıqdan sonra bu və ya digər davranış tərzini həyata keçirməyə təhrik edir.

Psixoloqların apardıqları tədqiqatlar belə bir qənaətə gəlməyə imkan vermişdir ki, şəxsiyyətin münasibətləri xarakter əlamətlərinin fərdi özünəməxsusluğunu iki cəhətdən müəyyənləşdirir. Birincisi, insanın düşdüyü hər bir tipik şəraitdə emosional həyəcanların fərdi özünəməxsusluğu şəxsiyyətin münasibətlərindən asılıdır. Həyati faktlar xarakterin hər bir xüsusiyyətinin məhz bu cür tipik şəraitdə özünü büruzə verdiyini göstərir. İkincisi, hər bir tipik şəraitdə şəxsiyyətin təzahür edən davranış fomasının özünəməxsus fərdi xüsusiyyətləri də onun münasibətindən asılıdır.

Psixoqeometrik testSexsual anoreksiya: sexsual həvəsin itməsiKişilər və qadınlar üçün sexsuallıq nə deməkdir?Özgüvəni olan şəxsin simiclik etməyəcəyi 10 məsələAktivlik dərəcəsi-nə dərəcədə aktiv birisiniz?Başqaları haqqında düşüncələriniz nə dərəcə obyektivdir?

Fikirlərinizi bildirin.