Sexin dəri üçün xeyri. Vitaminlər, təmiz hava, bulaq suyu, düzgün qidalanma, dərin yuxuya dalma və s. Bəli, bütün bunlar sizin dərinizə müsbət təsir göstərir. Ancaq, siyahıya daimi sex əyləncələrini əlavə etməyi unutmayın. İngilislərin atalar sözlərinə görə – gündə bir alma yesən, həkimə ehtiyac duymarsan. Sexsoloqlar da eyni fikirləri orqazm haqqında səsləndirirlər. Bu gün sizə onların təkidlərinin səbəblərini açıqlamaq istərdik.
Üz dərisi parlaqlıq əldə edir
Sex qan dövranını sürətləndirdiyindən, üz dərisi daha çox oksigenlə zənginləşir və parlaqlıq əldə edir. Eyni zamanda orqanizimdən toksinlər xaric olduğundan dodaqlar daha çox toppuşlaşır.
Sızanaqlar itir
Sex harmonal balansı bərpa edir, üz dərisi təmizlənir, saçların vəziyyəti yaxşılaşır.
Sex qocalmanın qarşısını alır
Daimi yaşanan sex sizi bir neçə il cavan göstərəcəkdir. Kollagen ifrazı aktivləşir, dəri sallanmaları aradan qalxır, dəridə ləkələrin yaranmasının qarşısı alınır.
Çox sex az qırış deməkdir
Bütün bunlar yenə də kollagenin hesabına mümkün olur.
Dəri nəmliyini qoruyub saxlayır
Bu cavanlarla yanaşı artıq kifayət qədər həyat təcrübəsinə sahib insanlara da şamildir. Fəsil dəyişkənliyi, stress halları zamanla üz dərisini qurudur. Qadınlarda isə dəri quruması adətən menopauzadan sonra baş verə bilir. Lakin, sex qan dövranını sürətləndirdiyindən, problem zamanla aradan qalxmış olur.
Dəri məsamələri təmizlənir
Əgər siz sexlə məşğul olarkən tam ehtiraslana bilirsinizsə, deməli intensiv şəkildə tərləyirsiniz. Bu isə bir növ üz dərisinin təmizlənməsi ilə nəticələnir. Tər vasitəsi ilə dəri məsamləri gündəlik təmizliyin belə təsir etmədiyi çirki və kiri üzə çıxarır.
Kişilərin çoxu ilk görüşdə sexdən imtina edirlərmiş, Çox real görünüşlü sex gəlincikləri