Sexdən sonrakı 48 saat həyatın ən gözəl anlarıdır

260
Sexdən sonrakı 48 saat həyatın ən gözəl anlarıdır

Sexdən sonrakı 48 saat həyatın ən gözəl anlarıdır. Məlumdur ki, sevdiyiniz insanla sexlə məşğul olduğumuz zaman bədəndə “xöşbəxtli harmonu” – endorfin və oksitosin ifraz edilir. Bəs yaranmış eyforiya nə qədər davam edir? Alimlərin dediklərinə inansaq ehtiraslı toxunuşlardan əldə edilən müsbət effekt yalnız ani orqazmla yekunlaşmır. O daha iki sutka ərzində şəxsi və profesional münasibətlərə təsir göstərə bilir.

Florida Universitetinin alimləri münasibətlər zamanı daimi sex yaşayan iki yüz cütlük arasında araşdırma aparıblar. Eksperimentin gedişatı zamanı onlar daimi və ya tez-tez yaxınlıq edən cütlüklərin xöşbəxtlik səviyyəsini ölçməklə yanaşı sexin karyeraya, sosial əlaqələrə və maddi vəziyyətə təsiri aspektlərini incələməyə çalışmışlar. Bütün çəkilən əziyyətlərdən sonra sexin bizə 48 saat müddətində çox şeylər bəxş etdiyi məlum olmuşdur.

Biz daha məhsuldar oluruq

Bir çox inancalara görə sevgi yaşayan insan daha çox havalarda uçur. Lakin, fantastik sex bizləri xöşbəxt etməklə yanaşı bizim məhsuldarlığımızı minimum 12% artırmış olur. Biz işimizi daha sürətli, daha keyfiyyətli görüb daha az yoruluruq. Qəliz və gündəlik işlərin öhdəsindən daha rahat gəlib, profesional münasibətləri qurmaqda əziyyət çəkmirik. Karyeristlər mütləq nəzərə almalıdılar ki, sizə və ya sizin partnyorunuza vacib işlərdən və qərarlardan öncə “endorfin enerjisi” gərəklidirsə, o zaman bir gün öncədən ehtiraslı gecə yaşamağa çalışın. Nəticədə uğur şansınızı dəfələrlə artırmış olacaqsınız.

Bir-birimizə daha çox güvənirik

Bədənimiz üçün hər bir cinsi əlaqə “nəsil artırma” yolunda atılmış daha bir cəhtdir. Bugünki partnyor sabahın anası ola biləcəyindən ona güvənmək və etibar etmək gərəklidir. Eyni araşdırma zamanı Florida Universitetinin alimləri sexual yaxınlıqdan ötən 48 saat ərzində partnyora inam məsələsi dəfələrlə artır. Harmonal təsirlər bitdikdən sonra biz yenidən əvvəlki qısqanclığa və şübhələrə qayıda bilirik.

Biz əsəbləşmirik

Orqazm zamanı göstəriciləri dəyişən xöşbəxtlik harmonları uzunmüddətli qanadlandırıcı təsirə malikdir: biz qəliz vəziyyətlərdə daha tez sakitləşir, əsəb sistemimizi stabil vəziyyətdə saxlaya bilirik. Kənar təsirlərə daha dayanıqlı müqavimət göstərib, stress hallarına qalib gəlirik. Deməli sevgi gecəsi bizə ən azından iki sutka ərzində antideprsant rolunu oynaya bilir.

Daimi münasibətdə olanlar üçün bəd xəbər“Only sex” münasibətləri üçün 12 qayda

Fikirlərinizi bildirin.