Sex zamanı qadın orqanizminin az smazka (sulanma) ifraz etməsinin səbəbləri

874
Sex zamanı qadın orqanizminin az smazka (sulanma) ifraz etməsinin səbəbləri

Sex zamanı qadın orqanizminin az smazka (sulanma) ifraz etməsinin səbəbləri. Vagina – qadın bədəninin mistik hissəsi hesab edilir. Anatomik baxımından ilk baxışdan hər şey aydın görünsə də, canlı kontakt zamanı bir çox hallarda biz kişilər təəcüblənməyə bilmirik. Vagina haqqında bir çoxlarımızı düşündürən sual isə budur: – niyə bəzən sex zamanı qadın cinsi orqanı yetərincə sürüşkənlik əldə etmir və rahatlıq imkanı yaratmır?

Sözü gedən ciddi məsələnin səbəblərini aşağıdakı nüyanslarda axtarmaq gərəklidir:

Harmonlar qarışmışdır

Vaginanın quruluğunun ən önəmli səbəblərindən biri – menopauza zamanı estrogenin səviyyəsinin aşağı düşməsi, menopauzadan öncəki müddət, uşaq doğuşundan sonrakı müddət və uşaq əmizdirmə müddətidir. Eyni zamanda kimyavi terapiyalar zamanı da bu kimi narahatlıqlar yaşana bilər.

Sex zamanı qadının öz bədənini yaxşı hiss edə bilməməsi

Əgər qadın yalnız hərəkət edir və gedişatdan həzz ala bilmirsə, bu hal riskin önəmli faktorlarından hesab edilir. Bədən kifayət qədər ehtiraslanmır və nəticədə smazka ifraz olunmur. Bu halda rahatlaşdırıcı və nəfəslə bağlı hərəkətlər təcrübədən keçirilməlidir. Sex zamanı kənar düşüncələrdən və gündəlik məişət problemlərində uzaq olmağa çalışılmalıdır.

Bəzi dərmanların mənfi təsirləri

Alergiya əlehinə vasitələrin tərkibində antigistaminlər, asma əlehinə həblərin tərkibində quruluq yaradan maddələr mövcutdur. Deməli, həlli yolu olduqca sadədir: xanım evdən çıxmasın və asma xəstəliyini unutsun. Əslində isə müalicə aldığı həkimdən bu kimi effektləri yaşatmayan digər dərmanlar və müalicə üsulu yazmağı xahiş etmək lazımdır.

Qadın sexə görə utanır

Əgər qadın kiminlə və hansı formada sex yaşadığına görə utanarsa, bədən beyinə müvafiq siqnallar ötürər və ehtiraslanma yetəri qədər yaşanmaz. Bu problemləri mümkün qədər aradan qaldırmaq gərəklidir. Sexdə həz almağa çalışmaq lazımdır.

Sabun

Bəzi qadınların sabun komponentlərinə və intim təmizlik vasitələrinə qarşı alergik halları ola bilər. Bunu ilk başdan anlamadan, önəmsəmədən sonradan ciddi narahatlıqlarla üzləşmək mümkündür.

Portnyorun o qədər də yaxşı olmaması

Bu cür hallar da baş verə bilir. Bəzən qadının cinsi orqanında olan quruluq kişidən aslı olur. Əgər portnyor gərəkli işləri görmərsə, əgər onun hərəkətləri qadına xoş gəlmərsə, yetərincə smazka ifraz olunmaz.

Əsəbi halların çoxluğu

Qadın stresli vəziyyətdə ehtiraslana bilmir. Bu halda çox vaxt başqa şeylər haqqında düşünür. Əgər zamanla bu kimi hallar aradan qalxmarsa, mütəxəsisə müraciət etmək gərəklidir.

Son illərin 5 ən uğurlu sexual elmi kəşfləriAzadlığın əlli çaları – Erika Leonard Ceyms

Əvvəlki məqaləDünya ölkələrinin kontrasepsiya xəritəsi
Növbəti məqaləNizamlanmayan yolayrıcıları (maddə 77)

Fikirlərinizi bildirin.