SEX zamanı ağrılar – niyə qadınlar əziyyət çəkirlər? Biz hamımız sexsin həzz verməli olduğu barəsində yaxşı bilirik. Lakin, bəzi qadınlar sevişən zaman xoşa gəlməz hislər yaşamalı olurlar. Əlbətdə, ilk başdan onların ağıllarına qorxuducu fikirlər gəlir və onlar bunu nəyinki portnyorları ilə müzakirə etmirlər, heç ginekoloq qəbuluna da yazılmırlar. Zamanla çıxış yolunu özləri tapmağa çalışır, sosial şəbəkələrdə, saytlarda, jurnallarda məsləhətlər oxumağa başlayırlar. Lakin, bu heçdə zarafata salınacaq məsələ deyil.

Bəli dostlar, statistika olduqca ciddi nəticələri ortaya qoyur. Hesablamalara görə hər ikinci qadın sex zamanı ağrı yaşaya bilir. Daha dəqiq desək, Böyük Britaniyada aparılan araşdırmalar zamanı 7000 qadın tədqiqata cəlb edilmişdir. Nəticədə onların hər onuncusunun sex yaşadığı hal daima ağrı ilə rastlaşdığı müəyyən olunmuşdur. Bu səbəbdən də, yarana biləcək istənilən narahatlıqlar zamanı həkimə müraciət etmək mütləqdir. İndi isə gəlin yaranma səbəblərinə nəzər salaq.

Fizioloji və psixoloji problemlər

Hər bir insanın özünə məxsus bədən quruluşu mövcutdur. Beləliklə, əgər qadının cinsi orqanı bel hissəyə həddindən artıq yaxın məsafədədirsə, ağrı hisləri qaçılmazdır. Bu zaman cinsi yaxınlığın sayca birinci və ya yüz birinci olması önəmli deyil. Ağrı ilk başdan möhkəm olsada, zamanla, daimi sex səbəbindən azala və ya daha da arta bilər. Bu qadınlarda olduqca uzun müddətli ola bilir. Bu zaman nə etməli: sakit durmamaq, portnyorla narahatlığı bölüşmək və sex zamanı pozaları dəyişmək.

Əgər qadın dözməyə davam edərsə, sexdən heç bir həzz almaz və zamanla cinsi əlaqəyə qarşı soyuyacaq. Bu isə daxili orqanların mexaniki zədələnməsinə səbəb ola bilər.

Olduqca dar cinsi orqan cinsi aktı ağrılı prosesə çevirə bilər. Bu halda qadının təcrübəli olmasının bir önəmi yoxdur. Ancaq, uzun müddətli fasilələr məsləhət görülmür. Problemin həlli daimi sex, portnyorun diqqəti və qadının maksimal rahatlığı ola bilər. Bu zaman portnyor olduqca ehtiyyatlı davranmalı və gözlənilməz hərəkətlərə yol verməməlidir.

SEX zamanı ağrılar - niyə qadınlar əziyyət çəkirlər

Qadının kifayət qədər ehtiraslanmaması

Sözü gedən hal sex zamanı xoş olmayan vəziyyətlər yarada bilər. Daha doğrusu, qadın sexlə məşğul olmaq istəmədiyi zaman portnyorun xətrinə dəyməmək üçün bunu etməli olursa onun cinsi orqanı yetəri qədər maye ifraz etmir və nəticədə kişi cinsi orqanının sürtünməsi zamanı ağrı yarana bilir. Bu halda qadın ya kişiyə “yox” deyə cavab verməlidir, ya da lubrikant kremlərdən istifadə etməlidir.

Lakin, maye ifrazının yetərli olmamasının səbəbi yalnız sexsə qarşı həvəssizlikdə deyil. Bu hal qadının hormonal təblər, hamiləlik əlehinə təblər qəbulu, uşaq əmizdirmə olan zaman, menopauza zamanı və ya müxtəlif psixoloji problemlər səbəbindən yarana bilir.

Yeri gəlmişkən, qadınlarda cinsi orqanın təbii yolla maye ifraz etməsi 30 yaşından sonra azalmağa başlayır. Bu azalma ehtiraslanmanın səviyyəsindən aslı olmadığından sex zamanı kremlərdən istifadə daha məsləhətli hesab edilir.

İnamsızlıq və utanmaq

Portnyorun qollarında tam şəkildə rahat ola bilməyən qadın öz bədənini gizlətməyə çalışır. Beləliklə onun fikirləri kənar şeylərə dağılır və prosesdən həzz almır. Bu halda cinsi əlaqə zamanı ağrılar yarana bilir. Səbəb isə yalnız beyində və düşüncələrdə axtarılmalıdır. Əks halda heç bir köməkci vasitənin önəmi olmaz.

Ginekoloji xəstəliklər

Bir çox hallarda sex zamanı qadınların ağrı hiss etmə səbəbi cinsi orqanın yoluxduğu xəstəliklərlə bağlı olur.

Göbələk infeksiyası

Sözü gedən infeksiya yanğı, göynəmə, narahatlıq, normadan artıq hissiyyatlılıq yarada bilərki, bu da ağrılara səbəb ola bilir. Bütün bunlar qadın cinsi orqanında Ph-ın səviyyəsinin artımı ilə əlaqədardır. Göbələk infeksiyaları sex zamanı hər ikinci qadında ağrı yaşada bilir. Qeyd edək ki, xoşagəlməz qoxu heçdə hər zaman hiss olunmur. Bu zaman mütləq həkimə müraciət edilməli və müalicə kursu götürülməlidir.

Fibromioma

Qadın matkasının xoşxassəli şişi mənasını verir. Cinsi akt zamanı qadın ağrı hiss edir, kişi cinsi orqanı daxil olarkən diskmfort hissi yaranır, bel ağrıları baş verir. Ağrılı mensturasiya da fibromiomadan xəbər verir. Lakin, unutmayın ki ən doğru diaqnosu yalnız həkim verə bilər.

Vulvovaqinit.

Xarici və daxili cinsi orqan hissələrinin soyuqlaması. Vulvovaqinit ehtiraslanma zamanı narahatlıq yaradır. Qadın cinsi orqanının təbii sulanması zamanı yanğı baş verir. Eyni zamanda bildirək ki, soyuqdəyəmə zamanı ağrı yalnız sex vaxtı deyil, möhkəm səthin üzərində çox oturduqda və ya gigiyena üçün tamponlardan istifadə zamanı da baş verə bilir.

Endometrioz.

Qadın aybaşı zamanı ağrı hiss etdiyində onda möhkəm bel nahiyyəsində ağrılar yaranır. Bütün bunlar ciddi xəstəlikdən xəbər verir. Vaxtında ciddi mülaicə olunmazsa, zamanla sonsuzluğa gətirib çıxara bilər.

Yumuralıq kistası.

Əgər qadın sex zamanı yan tərəflərinin hansındasa ağrı hiss edirsə, bu yumurtalıqlarda kistanın yaranma ehtimalından xəbər verir. Vaxtından əvvəl qorxmağa dəyməz. Bu zaman həkimə müraciət vэ düzgün diaqnozun nəticəsini gözləmək gərəklidir.

Digər səbəblər

SEX zamanı ağrılar – niyə qadınlar əziyyət çəkirlər?  Nyu-Yorkun məşhur tibb elimləri doktoru və akuşer-ginikoloq Alissa Dyuek qadının sex zamanı ağrı çəkməsinin digər səbəblərini də açıqlamışdır.

İnim bölgələrin təraş olunması.

Tüklərin uzanması, qızartıların yaranması, hissiyyatlılığın artması müəyyən problemlər yarada bilir. Bu narahalıqlar zamanı ehtiraslanma səviyyəsi önəmli olmur. Adi zamanda belə qeyri düzgün aparılmış depilasiya narahalıq hissi yarada bilər. Sex zamanı isə sürtünmə, qızartı və yanğı halları baş verə bilir.

Antigisam həblərin qəbulu.

Alergiyalara qarşı istifadə edilən vasitələr bədənin müəyyən yerində, eyni zamanda qadın cinsi orqanının daxilində belə quruluq hissi yarada bilr. Bu səbəbdən sex zamanı lubrkant kremlərdn istifadə edə bilərsiniz.

Doyumlu yemək qəbulu.

Qarının şişməsi, yemək qəbulu zamanı həddi keçmək sex vaxtı xoşa gəlməz hislərin başlıca səbəbi hesab edilir. Bu səbəbdən, sonra sexdən qabaq çox miqdarda yemək qəbulu məsləhət görülmür.

Hamiləlik.

Qadınların hamiləlik zamanı sexsə ehtiyacları olur. Bu sübutları xeyli sayda ginekoloqlar dəfələrlə vurğulamışlar. Eyni zamanda bildirəkki, bu vəziyyətdə hormonal dəyişikliklər ehiraslanmanı daha da artıra bilir. Lakin, müddətin çox olması zamanı əzələlər sıxıla və ağrı yarana bilər. Problemin aradan qaldırılması üçün pozaların dəyişdirilməsi yardımçı ola bilər.

Anal sex zamanı yarana biləcək xəstəliklər.Taun xəstəliyinin qorxuları : qara ölüm zamanı sexİslamda kişi və qadın sünnəti

Fikirlərinizi bildirin.