Sex üçün lubrikantların qısa tarixcəsi

366
Sex üçün lubrikantların qısa tarixcəsi

Sex üçün lubrikantların qısa tarixcəsi. Librikant – sexual mövzuda olduqca dəyərli bir kəşfdir. Lakin, kəşf düşündüyünüz kimi 10 il əvvələ deyil, daha da qədim tarixə təsadüf edir. Əlbətdə ki, qədim insanlarda bizdəki kimi rəngarənglik olmasa da, proses zamanı nələrdən istifadə etməli olduqlarını, nələri sürtməli olduqlarını yaxşı bilirdilər.

Eramızdan 350 il əvvəl zeytun yağı

Məlum olduğu kimi sex qədim yunanıstanda böyük hörmətlə icra olunan yaxınlıq idi. Bu məsələdə yaxşı sürüşkənlik əldə etmək üçün zeytun yağından istifadədə təəcüblü heçnə yoxdur. Onu isətilən yerdən daxil olmaq üçün istifadə edirdilər. Aristotelin qeydlərinə görə yağ eyni zamanda kontraseptik vasitə kimi qəbul olunurdu. Ancaq biz artıq müasir dövürdə bu fikrin yanlış olduğunu əminliklə bilirik. Yağı indi də lubrikant yağ əvəzinə istifadə etmək mümkündür. Ancaq bu zaman lateks prezervativlərindən və sex oyuncaqlardan istifadə edilməməlidir.

Min il əvvəl dəniz yosunu

Yaponiya, Koreya və Çin sakinləri karaqinan qarışığı əldə etmək üçün müxtəlif növ dəniz yosunlarını qaynadırdılar. O öz funksiyasının öhdəsindən pis gəlmirdi. Maddə hal-hazırda da bəzi müasir lubrikantlara əlavə edilir. İlkin məlumatlara görə o herpes xəstəliklərinə tutulmaya qarşı müsbət təsir göstərir.

XVII əsr yam (şirin kartof)

Yaponlar ondan xüsusi krem hazırlamaq qərarına gəlmişlər. Hal-hazırda bu kimi lubrikant istifadə olunmasa da, hazırlanma resepti saxlanılmışdır.

XVII əsr qərənfil yağı

Yaponların daha bir kəşfi. Bu yağ olduqca çətinliklə alınsa da, rahatlaşdırıcı və sakitləşdirici effekt bəxş edir. Bu səbəb dən də yağdan hələdə istifadə olunmaqdadır.

Tüpürcək

Bundan bütün dövürlərdə istifadə edilmişdir. İndi də bir çoxları tərəfindən həm pulsuz, həm də təbii lubrikant kimi istifadə edilir.

1872-ci ildən etibarən vazelin

Vazelinin ilk patentləşdirmə anından etibarən müxtəlif məqsədlərlə olduqca tələbatlı məhsula çevrilmişdir. Onu indi də krem kimi istifadə edirlər.

Keçən əsrin əvvəlləri – Ky Jelly

Bu maddə gleserin tərkiblidir və cərrahi əməliyatlar üçün nəzərdə tutulmuşdur. Ancaq özünü sevgi münasibətlərində də olduqca qabarıq göstərə bilmişdir. Bir müddət sonra isə fertilliyin azaldılması kimi təsirə malik olması məlum olmuşdur.

Penisin 7 önəmli erogen nöqtəsiBürclərə görə kişilərin erogen nöqtələri

Əvvəlki məqaləKişilər üçün sex oyuncaqlar – şəkillərlə
Növbəti məqaləKinoindustriyada TOP 10 ən bahalı rollar

Fikirlərinizi bildirin.