SEX üçün ideal zaman. 23:00, günorta, yoxsa səhər saat 7-də? Beləliklə alimlər günün hansı saatında sevişmənin daha uyğun olduğunu müəyyənləşdirməyə çalışmışlar.

2016-cı ildə Britaniya araşdırmaçıları 2300 cütlük arasında sorğu keçirmişlər. Cütlüklər on ölkəni təmsil etmişlər. İlk sorğunun nəticələri bir çoxlarının təxminlərini təsdiqləmişdir: həyatımızın ən maraqlı epizotları statistikaya əsasən demək olarki həfdə sonlarına, yuxudan oyanmanın ilk dəqiqələrinə təsadüf edir. Bu eyni zamanda yuxuya getməmişdən bir neçə dəqiqə əvvəl baş verə bilər.

SEX üçün ən yaxşı vaxt

Bəyənilmə sırasına əsasən

  • Bazar günü, 9:00,
  • Şənbə günü, 22:30 və ya 23:30,
  • Cümə günü, 22:30,
  • Şənbə günü, 10:30 və ya 11:30,
  • Bazar günü, 22:30

Maraqlısı ondadır ki, yuxarıda təqdim edilən misallar müəyyən mənada portnyorlar üçün uyğun zaman və seçim variantı hesab edilir. Araşdırmalar əsasında müəyyən olunmuşdur ki, kişilərin və qadınların sexsual ritimləri demək olarki sutka ərzində bir-birlərinə qarşı eyni olmur. Qadınların fikrincə sexsin yaşanılacağı ən uyğun zaman 23:21, kişilərin fikrincə isə, ən ehtiraslı vaxt səhər saat 7:54-dür. Başqa vaxt kişilər bu qədər tezdən oyanmağı sevməzlər. Eyni zamanda rəyi soruşulanların 60%-nin fikrincə sevişmək qrafikinin üst-üstə düşməməsi olduqca böyük narazıçılıqlar və problemlər yarada bilir.

Alınmış cavablar xronobioloqlar tərəfindən nəzərdən keçirilmişdir. Xronobioloqlar  – bizim bioritimlərimizi örgənən, müxtəlif adətlərimizin formalaşma səbəblərini araşdıran alimlərdir. Aşağıdakı siyahıya diqqət yetirsəniz siz də portnyrunuzun və özünüzün hansı xronotipə aid olduğunuzu müəyyənləşdirə bilərsiniz.

  • Delfin: bu sexsual kastaya, bölgüyə aid olan insanlar hər zaman səhərlər daha ehtiraslı olurlar. Səhər idmanından əvvəl və ya sonra sevişməyi çox sevirlər.
  • Şir: günün birinci yarısında sexsi sevir. Lakin, delfinlərdən fərqli olaraq həzz anlarını günorta yeməyinə qədər uzada bilirlər.
  • Ayı: mütləq olan 7-8 saatlıq yuxudan sonra zəngli saatın zəngindən sonra sexsi sevirlər. Yəni səhər ereksiyasının ilk dəqiqələrində.
  • Canavar: bir balaca sevişməni ertələyən insanlardırlar. Onlar mütləq oyanmalı, dişlərini yumalı, duş qəbul etməli, bir sözlə tam olaraq özlərinə gəldikdən sonra sexsə həvəs göstərərlər.

Lakin, saat 00:30-dan 02:00-a kimi sexsual oyanış və həvəs zamanı hesab edilmir. Səbəb? İlk olaraq, bizlərin bir çoxu bu zaman özümüzü çox yorğun və yuxulu hiss edirik. İkincisi isə sex yuxusuzluq yarada bilər. Bu isə müasir zamanda istənilməyən bir haldır.

Sexsə münasibətiniz TESTSpornosexsual: kişilərin yeni tərzi?İnsan həyatı boyunca sexsə nə qədər zaman ayırır?

Fikirlərinizi bildirin.