SEX-simvol statusundan imtina etmiş məşhurlar

668
SEX-simvol statusundan imtina etmiş məşhurlar

SEX-simvol statusundan imtina etmiş məşhurlar

Scarlett Johansson

Gənc yaşlarında Scarlett Johansson-u dəfələrlə Hollivudun ən sexual aktrisası kimi təqdim etmişlər. Bu zaman xanım bu kimi fikirlərə qarşı çıxmırdı. Lakin, 30 yaşını haqladıqdan sonra heçnəyin dəyişmədiyini anladı. Müxtəlif müsahibələr zamanı bu haldan narahat olduğunu söyləmişdir. “Mən bundan sonra bunu istəmirəm. Cazibəli, istəkli görünmək xoşuma gəlirdi. Ancaq, hər zaman bu nöqtədə ilişib qalmaq istəmirəm” – deyə aktrisa bildirmişdir.

Jessica Alba

SEX-simvol statusundan imtina etmiş məşhurlar 2

“Günahlar şəhərində” filminə çəkildikdən sonra Jessica inanılmaz sexuallıqla tərənnüm edildi. Daimi olaraq fərqli fotosessiyalara dəvət aldı. Albaın özü bundan razı deyildi. “İlk çəkilişlərim yadımdadır. O zaman mənə müəyyən edilmiş formada şəkil çəkdirmək tapşırıldı və o zaman düşündüm: “Hə, əlbətdə. Mənim 19 yaşım var. Hələki bakirəyəm.” Onların nə haqda danışdıqlarını anlamırdım. Bütün bunlar olduqca narahat hislər idi”.

Keanu Reeves

1994-cü ildə efirlərdə “Sürət” filmi nümayiş etdirildi. Bundan sonra dünyada milyonlarla qadın Keanu Reevesə vuruldu. Aktyorun özü bu haldan heç razı qalmır və nəticədə sexual qəhrəman obrazından çıxmaq üçün əlindən gələni etməyə çalışır. “SEX-simvol termininə nifrət edirəm. Ümumumiyyətlə SEX-simvol olduğumu düşünmürəm. Belə görünmürəm.” – deyə Keanu müsahibələrinin birində bildirmişdir. Reevesin yaxın yoldaşları onun bu sözləri təvazökarlıq xətrinə demədiyini təsdiqləmişlər. “O həqiqətən özünü adi insan hesab edir” – deyə Dina Meyer fikirlərini əsaslandırmışdır.

Rihanna

SEX-simvol statusundan imtina etmiş məşhurlar 4

“Sexual görünməyim barəsində nələrsə eşitdikdə düşünürəm ki, qulağa xoş gəlir, ancaq narahatlıq bəxş edir” – müğənni jurnalistlərə fikirlərini belə çatdırmışdır. Rihannanın sözlərinə görə cazibəli görünmək fikri onun üçün heç vaxt prioritet olmamışdır. Müğənni səmimi qəlbdən inanır ki, nə zamansa öz pərəstişkarları üçün SEX-simvoldan daha böyük insan ola biləcək. “Bizim çatışmamazlıqlarımız bizim şəxsiyyətimizin bir hissəsidir”.

Megan Fox

Açıq, sexual geyimlərinə baxmayaraq Megan heçdə özünün SEX-simvol kimi çağrılmasından məmnun deyil. Məşhurun sözlərinə görə bu halda xanım özünü tam müdafiyəsis hiss edir və hamının yalnız xarici görünüşü ilə maraqlandığını düşünür. “Bu status mənim digər şəxsi keyfiyyətlərimi kölgədə qoydu. Sankı məni ucuzlaşdırdı. Heç kim oldum. Sadəcə bir şəkil kimi görünməyə başladım”.

Harry Styles

SEX-simvol statusundan imtina etmiş məşhurlar 6

Siz nə zamansa Harrynin konsertində olsanız onun üçün hər şeyə hazır olan pərəstişkar sayından təəcüblənərsiniz. Styles özü bu haldan xöşbəxtdirmi – sualı olduqca qəliz sualdı. Bir tərəfdən o xanımlarla xoş rəfdarını davam etdirir, digər tərəfdən isə, müsahibələrdə SEX-simvol titulunun diskomfort hissini yaratdığını bildirir. “Bu həqiqətən narahatlıq yaradan haldır. Bu haqda bacardıqca az düşünməyə çalışıram”.

Marilyn Monroe

Sexuallıq ilk baxışdan Marilynin önəmli keyfiyyətlərindən hesab edilir. Məhs buna görə hələdə dünyanın ən çox arzulanan qadınları siyahısında liderlik edir. Lakin, aktrisanın özü məşhurluğuna göründüyündən daha az həvəslə yanaşırdı. “Mən heç vaxt SEX-simvol sözünün nə demək olduğunu anlamamışam. Problem ondadır ki, SEX-simvol hər zaman əşya kimidir” – deyə aktrisa məsləhətlər verməkdən çəkinmirdi.

Eva Mendes

SEX-simvol statusundan imtina etmiş məşhurlar 8

Hollivudun ən sexual ulduzlarından biri olan Eva titulu “Məşq günü” filmindən sonra qazanmışdır. Lakin, bu formada olan məşhurluq xanımı sevindirmir, əksinə qorxuzur. “Artıq hər zaman sexual hesab edilməkdən yorulmuşam. Bu ada işimi müəyyənləşdirməyə izin verdim. Sexuallıq mənim bütün keyfiyyətlərim deyil, sadəcə bir hissəmdir. Mən yalnız bundan istifadə etməyi bacardım”.

Dünyanın ən məşhur qadın sex-turistik nöqtələriQızlardan ayrılandan sonra oğlanlara keçid alan məşhurlar

Əvvəlki məqaləFutbolka və kostyum yaradıcı biznesə səyahət – David Parish
Növbəti məqaləAyrılıq zamanı bürc nümayəndələrinin reaksiyaları

Fikirlərinizi bildirin.