Sex həyatını zənginləşdirən kəşflər. Təəcüblü olsada, hələdə insan anatomyasında elmə məlum olamayan naməlum məsələlər qalmaqdır. Lakin, vaxt var idi, bunlar daha çox idi. İnsanlar dəqiq bilmədikləri şeylər haqqında düşünməyə başlayırdılar. Həkimlər klitorun lazımlı tərəfləri haqda ağıla gəlməz iddialar sürməyə başlamışdılar. Qadın orqaniminin örgənilməsi ilə bağlı təcrübələrə cəhtlər göstərilirdi. Elə isə gəlin, sex sahəsində inanılmaz anatomik yeniliklər və kəşflərlə yaxından tanış olaq. O insanlar bizim bu günki məlmatlanmamız üçün az əziyyət çəkməmişlər.

“Toxuma həşəratları” spermazoitin incələnməsi

Sex həyatını zənginləşdirən kəşflər

Spermanın mövcud olma məsələləri həmişədən məlumdur. Lakin, onun canlı toxumalardan ibarət olması bütün elm dünyası üçün şok yenilik hesab edildi. İlk dəfə spermazoitlərin tərkibi barədə Niderland alim-mikroskopist Antoni van Levenquk 1677-ci ildə məlumat vermişdir. Lvenquk mikroskopun fanatı hesab edilirdi. Ona maraqlı gələn hər şeyin yaxından incələnməsinə səy göstərirdi: göz yaşları, qan, tüpürcək və nəhayət sperma.

Nəticədə, alim həyat yoldaşının vaginasından spermanın nümunələrini götürərək, şüşə altında böyüdərək maraqla incələmişdir. Məhs bu zaman maye  spermanın canlı toxumalardan ibarət olduğunu görmüşdür. Lakin, bu yeniliyi o “spermazoitlər” deyə adlandırmamışdır. Termin sonradan yaranmışdır. Antoni isə, öz növbəsində yeniliyə daha incə ad verərək “toxuma həşəratları” (animalcules) adlandırmışdır.

Bu yenilik həkimləri insan reproduksiyası ilə bağlı bütün fikirlərə yenidən baxmağa məcbur etdi. Britanya krallığının elm dairələri müəyyən qədər narahat olmağa başladılar. Bu zaman, Levenquk daha da irəli gedərək məhs bu “həşəratlar” nəticəsində nəsl artmanın baş verdiyini dilə gətirdi. Əlbətdə bu fikirlər qeyri ciddi qəbul edildi və gülüş hədəfinə tuş gəldi.

Bundan sonrada, növbəti əsr boyunca alimlər spermatozoidlərin spermada parazit olduğunu zənn edirdilər. Spermatozoitlərin hamiləliyə təsiri italyan alimi Ladzaro Spallansani tərəfindən sübut edilmişdir. “Spermatozoid” termini isə XIX əsrdə formalaşmışdır.

“Veneranın sevgisi və şirinliyi”: klitorun geniş tarixcəsi

Sex həyatını zənginləşdirən kəşflər

Qadınların ayaqları arasında isti və rahatlığı təmin edən yuva haqqında da uzun zaman idiki bilirdilər. Hipokrat bunu “columella”, Avisenna “albatra” və ya “virga” adlandırmışdır. ərəb həkimi Abulkasis isə ümumiyyətlə “tentigo” (gərginlik) adını vermişdir. Lakin, klitor haqqında məlumatlı olan və onun örgənilməsinə kifayət qədər zaman ayıran ilk kişi həkim italyan cərrahı Realdı Kolumbus olmuşdur. 1559-cu ildə o yüzdən artıq xanımın klitorunu incələmiş və toxunuşdan sonra daxildən bərkiməsini müəyyən etmişdir.

“Bu orqanın təfərrüatlarını məndən öncə araşdıran olamdığından və funksiyalarını sadalamadığından icazənizlə mən ona “Veneranın sevgisi və şirinliyi” adını vermək istərdim.” – deyə o yazmışdır. Əgər uğur tam olaraq onun tərəfində olsaydı, araşdırmalarının şəkil hissələri Mielanjelo tərəfindən çəkilmiş olacaqdır.

Bundan sonra, klitor mövzusu qısa zaman müddətində kölgədə qaldı. Sonrada bu məsələlərlə bağlı qadınlar maraqlanmağa başladı. Yalnız 1966-cı ildə psixiator Meri Jeyn Şerfi “Qadın sexsuallığının təbiəti və evolyusyası” adlı kitabında bu məslə haqda ətrflı söz açmışdır. 1975-ci ildə isə 9 qadın tərəfindən “maraqlarla bağlı dərnək” təşkil edilmişdir. Onlar öz bədənləri haqda daha çox məlumat almaq və yaşadıqları həzzi artırmaq qərarına gəlirlər. Bu səbəbdən də, birlikdə yığışaraq, donlarını soyunaraq masturbasya etməyə başlayırlar. Öz cinsi orqanlarını müqayisə edərək, artıq yazılmış həqiqətlərin doğru olub-olmadığıni araşdırırlar. Qadınlardan biri, Syuzann Qreyj anatomya dərslərinə qulaq asraq, ilk dəfə bütün 18 hissə görünməklə klitorun şəklini çəkmiş olu.

Təəcüblü olsada, klitor barədə araşdırmalar hal-hazıra qədər davam edir. Alimlər hələdə, klitorun həzdən başqa nəyəsə yaradığı barədə suallara cavab tapa bilmirlər.

“Tarixi paroksizm” və ya qadın orqanizmi haqqında həqiqətlər

Sex həyatını zənginləşdirən kəşflər

Qadın sexsuallığının tarixi uzun müddətli, əziyyətli və bəzəndə qanlı nəticələr toplusudur. XIII əsrin alimləri qadın orqazmı ilə hamiləliyi eyniləşdirirdilər. Onlar əmin idilər ki, orqazm olmadan, qadın hamilə qala bilməz.

O düvrlərdə insanlar inanırdılar ki, qadın cinsi orqanı və orqazm kişidəki kimi formlaşıb. Sadəcə qadında bu orqan tərsinə çevrilib. Lakin, bu fikirlərin əsasında zorlanma nəticəsində müəyyən problemlər ortaya çıxdı. İnanclara əsaslansaq, deməli zorlanma ilə üzləşən qadın zorlanmadan sonra hamilə qalarsa, deməli başına açılan hallar onun xoşuna gəlib.

XIX əsrin əvvəllərində qadınları “özündən çıma, əsəbləşmə” hallarından müalicə edirdilər. Xəstəliyin simptomları xroniki yorğunluq, həssaslıq, baş ağrıları, qarında ağırlıq və narahatlıq hesab edilirdi. Həkimlərin fikrincə problemin səbəbi “gəzən uşaqlıqla” bağlı idi. müalicə üsulu kimi isə, qadınlar arasında mışhurlaşan cinsi masaj hesab edilirdi. Bu eyni zamanda sexsual həzz hesab edilmirdi. Sadəcə ona görə ki, bu halda heç bir sex yaşanmırdı.

1940-cı ildə alim Alferd Kinsi axır ki, sex və sexsuallıqla bağlı geniş sorğu keçirdi. Nəticədə qadınlarında masturbasya etdiyi və bundan orqazm yaşadıqları məlum oldu.

“Uippl qıdığı”: G nöqtəsi

Sex həyatını zənginləşdirən kəşflər

G nöqtəsinin tarixi alman anatomiki Ernst Qrafenberqdən başlamışdır. Öz araşdırmalarında düvründə o qədərdə maraqlı olmayan qadın sexsuallığına toxunmuşdur.

Bir dəfə Qrafenberq vaginada on divara yaxın, təxmini girişdən 7 sm uzaqlıqda olan hissiyatlı nöqtənin olduğunu anlayır. Müasir dövrdə bu nöqdə G nöqtəsi kimi adlandırılır. O zamanlar isə, alim bu nöqtəyə ad qoymağı düşünmədən öz qeydlərində bu haqda belə yazmışdır: “bəlkədə klitordanda vacib ən əsas və vacib nöqtə”. Qrafenberqi təcübləndirən məsələ həmin nöqtəni sığallayan zaman qaının orqazm yaşaması idi.

Yenilik elm dünyasını maraqlandırmadı. G nöqtəsinə maraq yalnız 30 ildən sonra yarandı. 1981-ci ildə Baverli Uippl və Jon Perri adlı alimlər Qrafenberqin fikirlərini təsdiqləmiş və vaginanın daxilində eroqen nöqtəsinin olduğunu bildirmişlər. “Məm yoldaşıma bizim yeniliyimiz haqqında danışanda, o bu nöqtəni “Whipple Tickle” (Uipp qıdığı) adlandırmağı məsləhət gördü.”- deyə Uippl yazırdı. Mən düşündüm və qərarlaşdırdım ki, Qrafenburqa borcu qaytarmaq lazımdır. Nəticədə bu nöqdə “G nöqtəsi” adlandırıldı.

Sex-oyuncaqlar düzəldilən materiallarŞam yeməyindən sonra sex: rahatlaşdıran 4 duruş

Fikirlərinizi bildirin.