SEX-dən sonra nə etməli: 7 önəmli məsələ. İlk görüş zamanı nə etməli olduğunuzla bağlı xeyli sayda qaydalar mövcutdur. Ancaq bu seçim fərqlilikləri ilə bağlı xaos arasında bir neçə mütləq sayılan qaydalar mövcutdur. Sadaladığımız hər bir nüyans sexdən sonra mütləq nəzarətdə saxlanılmalıdır.

Beləliklə başlayaq:
  • Həz öz yerində, ancaq sexdən sonra yataqda uzanan zaman ilk olaraq siqareti yandırıb, tam rahatlıq əldə etmək lazım deyil. İlk olaraq prezervativinizin zədələnmədiyinə, çırılmadığına diqqət yetirin. Ehtirasınızın coşduğu zaman qoruyucu tədbirləriniz sizi yarı yolda qoya bilər. Bu səbəbdən sonradan xəstəliklərlə mübarizə aparmamaq üçün öncədən tədbirli olun.
  • Sexdən sonra edilməli mütləq məsələ tualetə üz tutmaqdır. Əlbətdə sidiyə çıxmaq sizi infeksiyalardan tam qorumayacaq, ancaq sidik yollarını təmizləyəcək və bədəndə olan toksinlərin, bakteriyaların bədəndən xaric olmasına imkan yaradacaq.
  • Əlbətdəki, duş almaq çox önəmli məsələdir. Ən azından tam olaraq duş almağa zamanınız olmasada yaş salfetlərdən və ya ilıq suda isladılmış dəsmallardan istifadə edin. Bu cür sadə prosedurlar belə sizi mümkün infeksiyalardan qoruya bilər. Eyni zamanda unutmayın ki, sexdən sonra birlikdə duş almağında həzzi və əyləncəsi fərqli olur.
  • Daha çox qucaqlaşma. Kanada alimləri 400 kişi və qadın arasında sorğu keçirərək eksperiment keçiriblər. Eksperiment əsnasında cütlüklərin münasibətlərində nə dərəcədə məmnun olduqları və müəyyən intim xüsusiyyətlərinin bu münasibətlərə təsir dərəcəsini müəyyənləşdirilməyə çalışılmışdır. Nəticədə müəyyən olunmuşdur ki: sex zamanı toxunuşlar və portnyorların bir-birilərinə sıxılmaları, daha dəqiq desək qucaqlaşmaq istəkləri və cütlüklər arasında bağlanmaları artırır. Beləliklə, sexdən sonra daha çox qucaqlaşan, toxunan və öpüşən portnyorlar öz intim həyatlarından daha çox məmnundurlar. Deməli, sexdən sonra çevrilib yatmaq düzgün məsələ deyil.
  • Su için. Sex gözəl məşq kimidir. Sexdən sonra bədən tər səbəbindən əlavə mayeyə ehtiyac duyur. Bədənin su balansını qorumağa çalışın.
  • Yuxarıdakı məsələyə əlavə olaraq yüngük qəlyanaltı. Bu zaman ən uyğun seçimlər: yoğurt, süd məhsulları, qarğıdalı lopaları, ləpə və s. hesab olunur. Sexdən sonra yüngül nələrsə yemək adəti orqanizmi gərəkli vitaminlər və bakterialarla təmin edər, itirilmiş gücü sürətlə bərpa edər.
  • Geyimin dəyişdirilməsi. Əlbətdə siz üstünüzdə hər zaman geyim gəzdirə bilmirsiniz. Ancaq, yuxarıda sadalanan şərtlərin hər birini yerinə yetirdikdən sonra, altgeyiminizi dəyişmək daha doğru olardı. Çalışın dar və sintetik materiallardan hazırlanan geyimlərdən uzaq durasınız. Əks halda dəriniz qıcıqlanar və özünüzü diskomfort hiss edə bilərsiniz.
  • Bu siyahını sonsuza qədər uzatmaq mümkündür. Sex və ondan sonra baş verənlərin hər biri individual məsələlərdir. Lakin, heç bir halda iki əsas məsələ əsla kənarda qalmamalıdır: qoruyucu vasitələr və gigiyena. Uğurlar sizə.

Daxilolma olmadan SEXFilimlərdə SEX səhnələri necə çəkilir?

Fikirlərinizi bildirin.