Sex alergiyadan azad edə bilərmi? Bu məsələdə fikirlər ciddi şəkildə haçalanmışdır. İnanın, bizdə bilmirik kimin tərəfini tutaq.

İran alimləri əmindilər ki, sex sizi toza olan alergiyadan müalicə edə bilər. Lakin, bu açıqlamadan həmən sonra məsələyə amerikdan olan kollegalar qarışır və fikirlərini bildirməyə başlayırlar. Gəlin nəticələrə birlikdə nəzər salaq.

Təbriz tibb universitetinin alimləri insanın reproduktiv sistemi ilə burnu arasında əlaqənin olduğunu müəyyən etmişlər. Onların fikrincə sex burunda və gözlərdə olan qan damarlarını genişləndirir, bloklanmanın qarşısını alır və nəticədə düzgün nəfəs almanı təmin edərək sulanmanı azaldır. Ancaq, səsləndirilən fikirlər yalnız hipotezdir. Bu haqda heç bir kliniki araşdırmalar aparılmamışdır. Buna baxmayaraq, elmi işləri ciddi tibb dərgisi sayılan Medical Hypotheses-də dərc edilmişdir.

Məqalədə qeyd olunanlara əsasən alergik halın aradan qaldırılması yalnız kişilərdə və yalnız ereksiya zamanı baş verə bilir.

“Burun tutulmasının qarşısının alınması üçün xəstə əl ilə də rahatlaşa bilər. Ümumiyyətlə simptomların ağırlığından aslı olaraq o sexual təminatı özünə uyğun planlaşdıra bilər” – deyə araşdırma aparan LadBible nevroloqlarından biri Sin Zarrintan bildirmişdir.

Lakin, heçdə hamı bu ideyaya maraq göstərmir. Zarrintanın kollegası Mohammad Amin Abolhassami Fahre “eyakulyasiyanın burun tutulmasında müalicə məqsədli istifadəsi” halında bəzi uyğunsuzluqların olduğunu bildirmişdir. Onun fikrincə metod evdən kənarda və portnyorsuz çalışmayacaqdır.

Amerikalı alimlər daha da irəli gedirlər. Pensilvaniya xəstəxanasının alergiya bölməsinin rəhbəri Mark Holdshteyn bu cür xəstələrin ümumiyyətlə sexual həvəslənmələrinə şübhə ilə yanaşmışdır.

“Alergiyalı insanlar çox vaxt pis yatır və yorğunluq hiss edirlər. Bu isə cinsi istəyi zəiflədir” – deyə həkim bildirmişdir.

Amerikalı həkimin digər nəzəriyyəsinə əsasən alergik insanın ilk öncə özünə portnyor tapması gərəklidir. Çox az insan daim burnu axan, öskürən, burun suyunu silən adamla birlikdə olmaq istəyər.

Klivlend klinikasının otolarinqoloqu Maykl Benningerin əlavələrinə görə sex daimi alregiya ilə düzgün mübarizə üsulu deyil.

“Mən adətən alergiyanı alergik halın başlamasına 2-3 həfdə qalmış antiqistamin həblərlə və ya intranazal vasitələrlə müalicəsini təklif edirəm. Alergiyanı nə qədər tez müalicə etməyə başlasanız, o qədər mövsüm müddətində az əziyyət çəkmiş olarsımız” – deyə hikim əminliklə bildirir.

Son illərin 5 ən uğurlu sexual elmi kəşfləriCinsi orqan uzadıcısı nədir və necə istifadə edilir

Fikirlərinizi bildirin.