Sevgililərinin sex səhnələrində çəkilməsinə ulduzların münasibəti. Bizim sevgilimzin və ya qız dostumuzun başqası ilə sexlə məşğul olmasını gördüyüyümüzdə, keçirəcəyimiz hisləri heç təsəvvür belə etmək istəməzdik. Bu insanlar isə daimi olaraq bu halla rastlaşırlar. Hərdəfə də sevgililərinin portnyorları dəyişməli olur.

Amelia Warner “Bozun 50 çaları” filminə baxmaqdan imtina edib.

Sevgililərinin sex səhnələrində çəkilməsinə ulduzların münasibəti

Cristian Qrey rolunun ifaçısı olmuş aktyor Jamie Dornanın həyat yoldaşı. Jamie US Magazinə verdiyi müsahibəsində “Xanımım o filmə baxmaq istəmir” deyə bildirmişdir. “- O məni və mənim işimi dəstəkləməyə çalışır. Onun yerinə olsaydım məndə bacarmazdım. Bu səbəbdən də onu məcbur etmirəm. Orda baş verənləri təsəvvür edə bilər, ancaq bu kimi şeylərə baxmaq istəməz”

Channing Tatum və Jenna Dewan-Tatum birlikdə bir-birlərinin sex səhnələrini izləmişlər

Bu cütlük ekranda romantikanı nümayiş etdirən zaman bir-birlərinə vurulmuşlar. Onlar birlikdə olan zaman partnyorlarının iştirak etdiyi sex səhnələrini ciddiyə almamağa çalışdıqlarını bildirmişlər. Channing Tatum Redbook magazinə verdiyi müsahibəsində bu cür epizodları izləmək onların keflərinin artmasına səbəb olduğunu bildirmişdir. “O çox sexsualdır. Mənim onunla olduğumun səbəblərindən biridə budur. Əlbətdə səbəblər çoxdur, ancaq bu sıralamanın önündə gələn səbəbdir. O da mənim iştirak etdiyim sex səhnələrinə baxır və bunu birtəhər qəbul etməyə çalışırıq. O mənim gözlərimi bağlıyır, məndə onun.

Cütlük böyük məmnuniyyətlə birlikdə olduqları səhnələrədə baxırlar: “Bu çox maraqlıdır. Baxırsan və birdən xatırlayırsankı, “Bu bizim ilk öpüşümüzdür.” Çəkilişlər bitdikdən sonra yenidən Los_Angelsə qayıdaraq birlikdə yaşamağa davam edirik. Artıq doqquz ildiki ayrılmırıq”.

Qeyd edəkki, artıq bu ilin aprel ayında rəsmi boşandıqları haqda mətbuata məlumat vermişlər.

Jada Pinkett Smith öz ərindən heyrandır

Sevgililərinin sex səhnələrində çəkilməsinə ulduzların münasibəti

“20 yaşdan sonra… Bilirsiz necə olur….” Will Smithin həyat yoldaşı Extra jurnalı üçün danışmağa başlayanda aktyor xanımının sözünü kəsərək “O bundan sadəcə valeh olur ” deyə cavablandırmışdır.

Bundan sonra Jada onun düz dediyini və “Öz ərini bu çəkildə qəribə vəziyyətdə görmək bir növ voyeuristic həzdir. Bu tamam başqa söhbətdir”.

Yeri gəlmişkən, cütlük artıq özlərini cütlük adlandırmırlar. Onların fikrincə münasibətləri yeni bir mərhələdədir. Will Smithin jurnalistlərə bu söhbəti unutmağa və öz işləri ilə məşğul olmağa çağırır.

Pierce Brosnanın həyat yoldaşı bunu “leqal xəyanət” adlandırır

Bond rolunun ifaçısı müxtəlif qadınlarla sex səhnələri yaşamalı olur. Və bu əlbətdəki, yoldaşı Keely Shaye Smith üçündə sirr deyil.

“Mənim yoldaşım bu səhnələri “leqal xəyanət” adlandırır – deyə aktyor bildirir. – Gecələrin birində ondan bu hadisələrə münasibətini soruşanda o belə cavablandırmışdı.”

Ben Affleckin həyat yoldaşı ərinin iştirak etdiyi intim səhnələrə baxmayıb

Sevgililərinin sex səhnələrində çəkilməsinə ulduzların münasibəti

Ben Affleck “İtirilmiş” filmində öz cinsi orqanının azacıq bir hissəsini göstərmiş və xeyli izləyicini şoka salmışdır.

Jennifer Garnerin dediyinə görə “Biz danışdıq. O evə gəldi və mənə dedi: “Bu gün işdə Fincher mənə duşdan çıxmalı olduğumu dedi.” Əladıkı – deyə mən münasibət bildirdim – Yəqinki səni geniş ekranla çəkiblər”

Ancaq, sonda bu səbəbdən olmasada, boşandılar.

Stephen Moyer Anna Paquinin iştirak etdiyi filmin rejisoru olub

Cütlük məşhur “Əsl qan” serialının çəlişlərində tanış olublar. Yaraşıqlı vampir rolunu oynayan Stephen Moyer ofisiant Sookie Stackhousa vurulur. Lakin, 7-ci sezonda baş qəhrəman çox aludə olduğundan məsələ yalnız Billə yekunlaşmadı. Bu zaman Moyer özü məsələyə girişməli oldu.

“Elə vaxtlar olurduki, Annanın iştirakı ilə sevgi səhnələrinə baxıb deyirdim: “Joo əllərini yuxarı, Annanın döşlərinə qaldır.” Annaya isə “Bu andan həzz al” deyirdim.

Ewan McGregorun həyat yoldaşı qısqanırdı

Sevgililərinin sex səhnələrində çəkilməsinə ulduzların münasibəti

Eve Mavrakis hıyatında yalnız bir anda qısqanclığının olduğunu və onun “İynə üstə” filmində aktrisa Kelly Macdonaldla səhnədən sonra yarandığını gizlətməmişdir. “”Mən Klaraya hamilə idim, Kelly isə gənc, tər gülə bənzəyirdi. Bəlkədə məsələ hormonlarla bağlı idi, ancaq mən həmin səhnəyə yalnız doğuşdan sonra baxa bildim.”.

Sonradan məlum olduki, qızsqanclığı digər qadına, Mary Elizabeth Winstead qarşı olmalı idi.

Keith Urban Nicole Kidmanı qorumaq istəyir

Nicole Kidman “Böyük kiçik yalan” filmində Alexander Skarsgårdın aqressiv səhnələrindən biraz xoşlanmışdır. Ondan ərinin fikrini soruşan zaman “Heç kim öz arvadını Skarsgårdla görmək istəməz. İnanın mənə heç kim.” cavabını vermişdir. Kobud səhnələrlə bağlı isə demişdir: “Bilirsiz, bu çətin idi. Rolun öhdəsindən gəlmək qəliz idi. Mən evə göyərmiş zədələrlə gəldiyimdən ərim mənə xeyli emosyanal dəstək göstərmiş oldu.”

Blake Lively “Dedpul” filmini izləməyi işgəncə adlandırdı

Sevgililərinin sex səhnələrində çəkilməsinə ulduzların münasibəti

Aktrisa ümumiyyətlə öz əri Ryan Reynoldsu açıq-saçıq səhnələrdə görmək istəmirdi. Jimmy Fallonla müsahibə zamanı bunun bir işgəncə olduğunu bildirmişdir. “Mən təyyarədə uçurdum və hara baxırdımsa ərimin oynadığı sex səhnələrini görürdüm. Hamı təyyarədə “Dedpul”-a baxırdı.”.

Məşhur mafia başçılarının xanımlarıKişi məşhurlar-plastik cərrahiyyədən sonra

Fikirlərinizi bildirin.