Sevgi işarəti: zasosdan qurtulmağın 6 yolu. Hər kəs sevgi gecələri yaşayır. Bəzən isə bu sevgi gecələrinin izləri səhəri gün nəyinki bizim yaddaşımızdan silinmir, hətda ətrafdakılar tərəfindən də anlaşılır. Bunda qəbahətli heçnə yoxdur: zasoslar – göyərtilər və izlər bir neçə günə keçir. Ancaq əgər siz işə çıxmalısınızsa, və heç bir uzun boğzalı geyim bunu gizlədə bilməyəcəksə və ya ümumiyyətlə yay aylarıdırsa, bizim zasosdan can qurtarma məsləhətlərimizi diqqətlə oxuyun.

Artıq qeyd etdiyimiz kimi zasos – bu dəri altında qan kapilarlarının zədələnməsi nəticəsində yaranan adi ləkədir. İlk olaraq bu ləkə tünd-bənövşəyi və ya qırmızı rəngdə formalaşır. Davam etdiyi 4-12 gün ərzində bir çox rənglər ala bilir.

Əgər siz bu ləkələrin tez müddətdə keçməsini istəyirsinizsə aşaıdakı qeyidləri diqqətlə oxuyun.

Qaşıq

Adi xörək qaşığını götürürsünüz, 8-10 dəqiqəlik soyuducuya yerləşdirirsiniz. Qaşıq tam soyumalıdır. Sonra isə qaşığı ləkənin yarandığı yerə toxundurun və saxlayın. Soyuq dəri altı hissədə qan axınını sürətləndirər, nəticədə qanın həmin bölgədə yığılıb qalması zəifləyər. Ancaq nəzərə alın ki, bu aldadıcı manevir zasosun yarandığı yarım saat ərzində edilərsə keçərlidir. Deməli tələsmək lazımdır.

İsti kompress

Artıq iki gün keçib, ancaq hələdə iz hamının gözünə girir? İsti kompresi sınaqdan keçirin. O qan dövranını sürətləndirməli və zədələnməni aradan götürməlidir. Dəsmalı 10 dəqiqə müddətində isti suda saxlayın və ləkənin üzərinə qoyun. Bu tədbiri gün ərzində bir neçə dəfə təkrarlaya bilərsiniz.

Banan

Axmaqcasına səslənə bilər, ancaq mütləq kömək edir. Bananın özünü yedikdən sonra qabığını 10-30 dəqiqə arası ləkənin üzərində saxlayın. Tərkibinəki vitamin B qrupu sayəsində dəri nəmlənir və sağalma prosesini güclənir.

Masaj

Nanə yağı zasosun ölçülərinin kiçilməsində kömək edə bilər. Ancaq istifadədən öncə istifadə etdiyiniz yağın dəriyə çəkilə biləcəyindən və sizdə alergik reaksiya yaratmayacağından əmin olmaq lazımdır. Maskanın hazırlanma qaydası: 12 damcı yağ (kakos və ya zeytun) və 1-2 damcı efir yağı.

Qarışıq hazır olduqdan sonra bir damcı istifadə edərək dərinizin müəyyən nahiyyəsində alergiya yaratmayacağı üçün sınaq keçirin. Əgər hər şey normaldırsa, ləkənin üzərinə sürtüb həmin nahiyyəni masaj etməyə başlayın. Ümumiyyətlə yağınız yoxdursa, diş fırçasının üzərinə diş pastası sürtərəkdə ləkə nahiyyəsini masaj edə bilərsiniz.

K vitamini

Brakkoli, ispanaq, cale – k vitamini ilə zəngindir. Ancaq bütün bunları bir salatda qaışdıraraq yeyə bilərsiniz. Zasos nahiyyəsinə isə göz altı üçün nəzərdə tutulan kremlərdən istifadə etmək mümkündür. Bu kremlərin tərkibində bir qayda olaraq xeyli miqdarda K vitamini mövcutdur.

Onlar istənilən halda yarana bilir

Əgər dəriniz olduqca incə və hissiyyatlıdırsa, incə toxunuş və öpüş belə sizdə bu izləri qoya bilər. Bu zaman sexdən öncə boyun nahiyyəsinə nəmləndirici kremlərdən istifadə etməyiniz daha məsləhətli olar. Dəri nəmli olduğu zaman ləkənin yaranmamışdan öncə çəkilib itmə şansı daha böyükdür.

Sexsə münasibətiniz TESTSpornosexsual: kişilərin yeni tərzi?Sex zamanı gülüş: necə xətrə dəyməmək olar?

Fikirlərinizi bildirin.