Şedevr olmuş 6 fahişə rəsmi. Rəssamın əsas istəyi təəcübləndirmək, bəyəndirmək və şoka salmaqdır. Məhs bu səbəbdən xeyli sayda incəsənət adamları gizli mövzularla maraqlanmışlar. Bu mövzularda pulla satılan eşq əsas yerlərdən birini tutur.

Edouard Manet “Olimpiya”

Bu şəkil incəsənət sahəsində həddindən artıq böyük söz-söhbətə səbəb oldu. Şəkildə lüt qadın təsvir edilmişdir. Sol əli ilə o cinsi orqanını örtür, sağ əli ilə isə böyük ağ yasdığa tutunur.

Şedevr olmuş 6 fahişə rəsmi

Şəklin altında “éd Manet 1863” imzası və tarixi qeyd edilmişdir. Manenin Olimpiya gözəlçəsinin modeli rolunda Viktorina Meran iştirak etmişdir. Lakin, digər nəzəryələrə görə Mane əslində Napaleon Bonapartın məşuqəsi Marqarit Bellanjanın şəklini çəkmişdir. Olimpiya adı ilə o zamanlar məşuqələri adlandırırdılar. Şəkildəki simvolikadan xanımın heçdə düzgün həyat tərzi keçirmədiyi aydın olur. Buna saçlarında gül ləçəkləri, boğazındakı bağ dəlalət edir. Onun şübhəli məşğuliyyəti tam göz qabağındadır.

  • Viktorina Meran

  • Marqarita Bellanje

Ancaq ən çox narazıçılığı onun baxışları yaratdı. Baxışlar ciddi, hərəkətlərinə diqqət yetirən xanım obrazını xarakterizə etmirdi. Rəssamın bioqrafı Edmon Bazir yazırdı: “O şəkli öz evlənəcəyi ildə şəkili yekunlaşdırmağı planlaşdırırdı və belədə etdi (1863). Lakin, nümayi 1865-ci ildə təşkil edildi. Dostların inandırmaq istəklərinə baxmayaraq, o çox tərəddüt etdi. Gücünü toplayaraq, səhmana salınmamış yataqda lüt qadını və yanında çələngli zəncini, belini əymiş qara pişiyi çəkdi.”.

Henri de Toulouse-Lautrec, “Tualet” (La Toilette)

Şedevr olmuş 6 fahişə rəsmi

XIX əsrdə rəssam özlərini satan qızlardan dəli olmaqla yanaşı, onların inanılmaz realistik manerada şəkillərini çəkirdi. “Onlarla oyunlar oynayırdı, hədiyyələr gətirirdi, qadınlara öz studyasını göstərir, sirkə, restaranlara, teatrlara dəvət edirdi.”. Toulouse-Lautrec özünü “özünə oxşar arestokratlardan kəsilmiş arestokrat” adlandıraraq hətda bəzi bordellərdə yaşayırdı. Bir neçə uşaqlıqda baş verən zədələnmələrdən və nəsilliklə bağlı xəstəliklər səbəbindən o qısa ayaqları və uzun olmayan boyu ilə seçilirdi. 36 yaşında Anri spirtli içki aludəçilindən və siflis xəstəliyindən vəfat etmişdir.

Bu şəkildə sarışın xanım təsvir edilib. İzləyicilərə kürəyini çevirmişdir. Yarıya qədər soyunmuş, ayaqlarını aralamış vəziyyətdə olduğundan hər hansısa gigiyenik işlərini indicə yekunlaşdırdığı hiss olunur.

Lautrecin modeli kimi Karmen Qoden iştirkat etmişdir. O əslində paltar yuyan işləsə də, vaxt aşırı imkansızlıq səbəbindən fahişəliklə pul qazanmalı olurdu.

Lautrecin bir çox şəkilləri kimi, bu şəkil də fahişələrin sexsual cəlbediciliyii deyil, məişət zəminində yaşadıqları reallıqları ifadə edir.

Henri Gervex, “Rolla”

Şedevr olmuş 6 fahişə rəsmi

Şəkil 1878-ci ildə çəkilib. Əvvəllər Gervexin şəkilləri daha çox mifaloji motivlərlə zənginidisə, daha sonra rəssam paris həyatının səhnələrini, lüt qadınları çəkməyə başladı. Fransanın prestijli sərgilərinin biri Paris salonu onun şəkillərini məmnuniyyətlə əldə edirdi. Ancaq, yeganə “Rolla”-nı almaqdan imtina etdilər. Şəkil ümumi baxışa verildikdən sonra, kifayət qədər böyük maraq yaranmış oldu.Gervexi bu şəklə Alfred de Myussenin eyni adlı əsəri ilhamlandırdı. Bu səhnədə gənc Rolla yetkinlik yaşı çatmayan Mari ilə intimi münasibətə girmək istəyində olur. Onun fahişə olması ilə bağlı səthi məlumatlar mövcutdur. Onun geyimi, uzanma tərzi, bəzəkləri, stolun üzərində olan səliqəsizliklər bu şübhələri yaradır. Rola gənc bədənə sahib olmaq üçün gərgin görünür.

Pablo Pikasso, “Avinon qızları”

Şedevr olmuş 6 fahişə rəsmi

“Avinon qızları” 1907-ci ildə çəkilən və Pikassonun kubik dövrünə düşən ilk rəsmi hesab edilir. Əvvəlcə rəssam rəsmi “Filosofik bordel” adlandırmış, lakin sonradan dostu Andre Salmon tablonun adını “Avinon qızları”-na dəyişdirmişdir. Versiyalardan birinə görə rəsmin süjeti barselonada Karrer dAvino küçəsində olan baredldən götürülmüşdür. Şəkildə fərqli duruş formalarında dayanmış beş qadın təsvir edilmişdir. Məhs sağda dayanmış iki qadının üz cizgiləri sonradan yaranan kubizmin əsası hesab edilir.

Toma Couture, “Maskaraddan sonra şam yeməyi”

Şedevr olmuş 6 fahişə rəsmi

Şəkil Couturun məşhur italyan komedyası del atra aid rəsm seriyasına aid edilir. Uzanan qadın məşhur fransız fahişəsi Alina Ozidir. Yorğun dostların uzandığı yer isə ən dəbəd olan restaran “qızılı ev”-dir.

Egon Schiele, “Cırılmış donla qara saçlı qız”

Schiele – avstrya qrafikaşünasi və rəssamıdır. XX əsrin ən məşhur ekspreeionisti hesab edilirdi. 1912-ci ildə Schieleni az yaşlıları yoldan çıxartığına görə iddiham edərək həbs etmişlər. Axtarış zamanı isə evindən onlarla pornaqrafik şəkil aşkarlanmışdır. Lakin, cəzası qısa müddəti oldu. Onun şəklindəki qara saçlı qız Schwarzhaariges Mädchen mit hochgeschlagenem Rock qızarmış, ayaqları geniş aralanmış, istəyənlərin hər birinə öz genetalyasının bütün xırdalıqlarını göstərmiş şəkildə uzanmışdır. Şəkildəki fahişə az yaşlıdır. İndinin özündə belə onun rəsmləri təəcüb yara bilir.

Taun xəstəliyinin qorxuları : qara ölüm zamanı sexSexlə bağlı 10 tarixi fakt

Fikirlərinizi bildirin.