Saunaya gedirsiniz? Sauna haqqında 14 fakt. Bir çox kişilər üçün sauna və ümumilikdə hamam bir ritualdır. Bu ritual zamanı stress hallarını aradan qaldırmaq, problemləri unutmaq, xoş və rahat vaxt keçirmək, cismən təmizlənmək, rahatlaşmaq mümkündür. Digər tərəfdən isə sauna müəyyən qədər elmdir. Bu elmdə yalnış həllər və yanlış yanaşma kifayət qədər ciddi ziyanlar vura bilər. Ekspertlərin köməkliyi ilə sauna və hamam haqqında 14 faktı diqqətinizə çatdırmaq istərdik.

Dözümlülüyü artırmaq

Saunaları tez-tez ziyarət etmək eritropoetinin ifrazını sürətləndirir. Qeyd edək ki, bir çox idmançılar bu elementi əlavə dopinq şəklində qəbul edirlər. Yarım saat müddətində 30 dərəcə selsindən yuxarı tempraturda saunada otursanız hormonun səviyyəsi yüksələcək, nəticədə bədənin dözümlülük bacarığı artacaq.

Toksinlərin bədəndən xaric olması

Möhkəm tərləmə bədəndə olan ziyanlı toksinlərin bədəndən xaric olmasını təmin edir. Lakin, bu məsələyə diqqətlə və düzgün yanaşmaq lazımdır. Belə ki, saunadan çıxan zaman soyuq deyil, isti duş alın. Əgər soyuq suya daxil olsanız və ya buzlu suyu başınızdan töksəniz bütün açılmış məsamələr bağlanacaq. Nəticədə əziyyət çəkərək çıxardığınız toksinlər təmizlənməyərək dərinizdə qalacaq.

Həddi keçməyin

Yüksək tempratur bir müddətlik reprodiktiv funksiyanı tezləşdirir. Təbiət əbəs yerə spermotozoidləri və testestron mənbəyi olan kişi yumurtalarını xüsusi kisə daxilində yaratmayıb. Yumurtalar üçün ən optimal tempratur 33 selsi dərəcə hesab edilir. Diqqət yetirdiyiniz kimi, qeyd edilən dərəcə insan bədəninin istiliyindən aşağıdır. Bu səbəbdən də yaxın müddət ərzində ata olmağı düşünən, planlaşdıran kişilərə tez-tez saunaya getmək məsləhət görünmür.

Streslə mübarizə aparın

Preferik qan dövranı işinə cavabdeh damarlar daxili orqanlara və dəri toxumalarına qan axınını sürətləndirir. Nəticədə sauna bədənin, əzələlərin boşalmasına və sterslə mübarizə aparmağa imkan yaradır.

Ehtiyyatla nəfəsalın

Bəli, saunada olan zaman nəfəs yolları yana və ya xəsarət ala bilər. Ancaq hamamda bu halın olma ehtimalı azdır. Orda tempratur daha azdır. Boğaz nahiyyənizdə və nəfəs borunuzda çətinlik, narahatlıq hiss etsəniz saunadan çıxmaq və təmiz, sərin hava udmağa çalışın. Sonra isə ağızı və burununuzu soyuq su ilə yuyun.

Yalnız meyvə yeyin

Əgər aclıq hiss etsəniz meyvələrdən, tərəvəzlərdən və çaydan istifadə edin. Nəzərə alın ki, möhkəm və çoxlu qida qəbul edən zaman bədəniniz bu həcmi həzm etmək üçün xeyli enerji istifadə edir. Nəticədə ürəyin fəaliyyəti aktivləşir. Eyni zamanda aktiv fəaliyyət yüksək istiliyin təsiri altında bütünlüklə ürək-damar sistemində də baş verir. Bu halda saunanın orqanizm üçün xeyri deyil, normadan artıq işlədiyinə görə ziyanı dəymiş olur.

Saunaya gedirsiniz? Sauna haqqında 14 fakt

Daxil olarkən oturmayın

Saunaya daxil oldunuz – uzanın və ayaqlarınızı divara qaldırmağa çalışın. Əgər daxil olarkən ayaq üstə qalsanız baş nahiyyənizlə ayaqlarınızda olan tempratur 40-45 selsi dərəcə təşkil edər. Bu cür fərqin birdən baş verməsi isə orqanizm üçün ziyanlıdır.

Spirtli içki qəbul etməyin və arıqlayın

Saunada həqiqətən çəki atmaq mümkündür. Bu hal orqanizimdən artıq mayenin xaric olması və yüksək enerji sərfiyyatı ilə bağlıdır. Lakin, saunada spirtli içki qəbul etsəniz arıqlama prosesi baş verməyəcək. Yəni, içki əks təsirə malik olur və maddələr mübadiləsini gecikdirir. Eyni zamanda spirtli içki ürək-damar sistemini gücə salır.

Dərinizin rənginə diqqət yetirin.

Sauna və hamam dəri üçün xeyirlidir. Proferik damarlar genişləndiyindən dəri toxumalarına qan daha rahat çatmış olur. Ancaq, dərinizin rənginə diqqət yetirin. Üz dərisi bərabər qızartılıqda olmalıdır. Qırmızı ləkələr yaranmamalıdır. Eyni zamanda, kimləsə möhkəm dalaşmısınızsa davadan sonra saunaya getməyin. Əgər dəriniz zədələnib, cızılıbsa isti həmin nahiyyəni dahada qızardacaq və ləkənin, izin dərinləşməsi ilə yekunlaşacaq.

Soyuqdəymə zamanı saunaya getməyin

Soyuqdəymə və bədən hərarətinin yüksəlməsi orqanizm üçün ekstremal vəziyyətdir. İki qat ektremal vəziyyət orqanizmə çox ağır olur. Eyni zamanda infeksiyalı xəstəliklə (məsələn: ağır bronxit və ya pnevamniya) saunaya getmək, hamama daxil olmaq xəstəliyi dahada ağırlaşdırar. Qeyd üçün bidirək ki, viruslar və bakteriyalar isti, nəmişli mühütdə çoxala və yayıla bilirlər. Bir sözlə, sauna sağalmaq üçün düzgün yer deyil.

Siqareti tərgizin

Saunada ağcaqayın yarpaqları (budaqları) (bəzən buna hamam süpürgəsidə deyirlər) bədənə yaxşı təsir edir və təri özünə çəkir. Əgər siz siqaret çəkənsinizsə və ya yenicə tərgizmisinizsə o zaman ağcaqayın yarpaqlarının qoxusu yayılmış hava bronxlarınızı təmizləyər və yığılmış zərərli maddələrin ifrazına yardımçı olar.

İstədiyiniz anda çıxın

Əgər saunadan çıxmaq istəyiniz yaranıbsa, çıxmaq lazımdır. Hamam kiməsə dözümlülük sübut etmək üçün uyğun yer deyil. İlk narahatlıq anı yüksək ürək döyüntüsü (dəqiqədə 110-dan artıq) sayılır. Eyni zamanda baş gicəllənməsi, ürək bulantısı, özündən getmə halları yarana bilər. Ürəyiniz bulanarsa başınıza soyuq su vurun və tünd şirin çay için.

Saunaya düzgün daxil olun

Mütləq orqanizminizə yüksək tempraturlu ortama daxil olarkən zaman verin. İlk saunaya daxil olmaq, oturmaq 5-6 dəqiqədən, növbəti dəfə isə 7-10 dəqiqədən çox olmamalıdır. Fasiləni isə minimum 10 dəqiqə planlaşdırın.

İstiyə canatmayın

Yüksək istiliyə canatmaq lazım deyil. Bizim bədənimiz üçün 40-45 dərəcə də kifayət edir. Saunada 120 dərəcə istilik olsa belə, bu dərinizdə 60 dərəcə kimi hiss olunacaq. 60 dərəcədən yuxarı tempraturda orqanizm ehtiyyat hiss edir və ordan çıxmanızı beyinə siqnal vaitəsilə ötürür.

Ata olmaq istəyirsənsə noutbuku dizlərindən götürSperma haqqında 6 fakt

Fikirlərinizi bildirin.