Saqqal haqqında 7 mif

Mif 1.

Saqqalın uzanması üçün müxtəlif sehirli maddələr və əlavələr mövcutdur.

Reallıq: Təəsüfki, dermatoloqların fikrincə əlavələr, müxtəlif yağlar və aktiv üz masajı yalnız dəri zədələnmələrinə səbəb olur. Nəticədə saqqal nahiyyəsində tüklərin uzanması gecikə bilər. Bu halda sizə yardımçı ola biləcək yeganə şey testesron ifrazının artmasıdır.

Bəlkədə bu harmonun sizin bədənizdə az olması səbəbi düzgün pəhriz saxlamamağınızla bağlıdır. Bu halda sink, maqnium və D vitaminləri ilə zəngin yeməklərin qəbulunu artırmağa çalışın: yumurta, ciyər, qırmızı ət, brokkoli, badam, toyuq əti və toyuq bulyonu.

Bundan başqa testestron miqdarını fiziki hərəkətlər və sexual baxımdan istəkləri saxlamaqla artıra bilərsiniz. Bu ifadə ilə biz sizə sexdən uzaq qaçmağı demək istəmirik, sadəcə həqiqət belədir. İnsanın bir müddət öz sexual həvəslərini təmin etməməyi bədəndə testestron miqdarını artıra bilir.

Mif 2.

Əgər saqqalınız 20 yaşınıza qədər formalaşmayıbsa, insan genetik baxımdan bundan sonra da normal saqqala sahib ola bilmir.

Reallıq: Alimlər tərəfindən müəyyən edilmişdir ki, bəzi kişilərdə saqqalın tam formalaşması 40 yaşa qədər davam edə bilər. Ola bilər ki, sizin saqqalınız 40 yaşda 30 yaşa nisbətən tamami ilə fərqli görkəm almış olsun. Yaşınızdan aslı olmayaraq saqqal eksperimentini apara bilərsiniz.

Saqqal haqqında 7 mif

Mif 3.

Qırxılan və ya mütamadi düzəldilən saqqal zamanla daha tez uzanır və gur halda olur.

Reallıq: Araşdırmalara görə bu fakt heç cür sübut olunmamışdır. Lakin, ekspertlərin sözlərinə görə yeni kəsilmiş tüklərdən sonra saqqal daha cod görünür ki, bu da ona sıxlıq effekti verir.

Mif 4.

Saqqal qaşıntı verir.

Reallıq: Üzü tüklü olan insanın qaşınma hissiyatı təxmini iki həfdədən sonra aradan qalxır. Əgər daimi yuyularsa və bu zaman kondisioner şampunlardan istifadə edilərsə bəlkədə ümumiyyətlə narahatlıq hissi olmaz.

Mif 5.

Saqqal koryera yüksəlişinə mane olur.

Reallıq: Karyeralarının başlanğıcında saqqallı kişilər daha çox aqressiv və təcrübəli görünərək vəzifə yüksəlişini daha sürətli əldə edirlər. Lakin, sonrakı etabda, yəni iş yerində həmkarlarını öz tərəfinə çəkərək proyektlər hazırlama anında nədənsə saqqalsızlar, üzlərini tez-tez təraş edənlər qalib gəlirlər.

Mif 6.

Saqqalın bütün tərəfləri eyni sürətlə böyüyür.

Reallıq: Adətən yanaqlarda olan tüklər daha gec böyüyürlər. Çənəaltı hissə isə əksinə, daha tez. Buna görə də, özünə hörmət edən saqqal saxlayanlar trimerdən istifadə edirlər.

Mif 7.

Əgər siz yeni işə qəbul olunmaq üçün görüşə gedirsinizsə, çalışın tamami ilə təraş olunun.

Reallıq: Əslində statistikaya görə səliqəli və qulluq olunmuş saqqal kadrlar şöbəsində sizin seçim üçün şanslarınızı artıra bilər. Saqqalla kişi daha təcrübəli və özgüvənli görünür. Lakin, əgər yaşınız sözü gedən vakansiya üçün kritik həddə yaxınlaşmışsa və siz daha gənc görünmək istəyirsinizsə, bu zaman üzünüzü təraş etməyiniz daha yaxşı olardı.

İslamda bığ və saqqal məsələləriSaqqal haqqında 15 maraqlı fakt

Fikirlərinizi bildirin.