Saqqal haqqında 15 maraqlı fakt

  • Gəlin birazda rəqəmlərdən danışaq. Orta hesabla saqqal il ərzində 14 santımetrə qədər uzana bilər. Təxmini 30 000-ə qədər tükdən ibarətdir. Əgər bir insan anadan olandan ölənə qədər üzünü qırxmazsa, onun saqqalı 70 sm-ə qədər uzana bilir.
  • Dünyanın ən uzun saqqalı 43 sm-ə qədər qeydə alınıb. Saqqalın xöşbəxt sahibi 1927-ci ildə vəfat etmiş Xans Lanqset olmuşdur. Ölümündən sonra saqqalını Smitson inisitutuna hədiyyə etmişdir.
  • Qadınlarında üzləri tüklənir. Onu adətən “tüklü ərik” adlandırırlar. Lakin, hormonal pozuntu hallarında bəzən kobud, qalın tüklər yarana bilər. Bu məsələ üzrə rekord ölçü 25 santımetr təşkil edir. Sahibəsi 1993-cü ildən etibarən anasının ölümündən və 3 uğursuz ailə münasibətlərindən sonra həyatdan küsərək üz tüklərinə əl vurmamışdır.
  • Tükr dilində “köse” keçəlləşmiş üz mənasını verir. Bildiyiniz kimi bu ölkədə kişinin saqqallı olması onun olduqca xarizmatik görünməsi mənasına gəlir. Türkiyə klinikalarında saç əkimi ilə birlikdə üzə saqqal (tük) əkimi prosedurlarıda həyata keçirilir.
  • Sizin şəxsi bəyənmə, seçim imkanlarınız heç bir önəm daşımır. Bu qənaətə Yeni Cənub Uels Universitetinin (Avstraliya) alimləri gəliblər. Onlar 351 qadın və 177 kişi arasında kişi sağlamlığı, kişi yaraşıqlığı və valideyin bacarıqları ilə bağlı sorğu keçirilib. Nəticədə saqqallı və üzü tüklü kişilərin sadalanan məsələlərdə nəticələri daha yüksək olduğu müəyyənləşmişdir.
  • Adətən üzdəki saqqalın rəngi bədəndəki digər tüklərin rəngindən fərqlənir. Lakin, gün işığının təsiri, stress halları, vitamin çatışmamazlığı tük folokullarının piqmentlənməsinə mane ola bilər. Hər bir follinul eumelinin (qara və ya şabalıdı rəng) və feomelanin (qırmızı və ya sarı rəngli) unikal birləşməsindən ibarətdir. Bu fərqli kombinasiyalar saqqalın rəngində bəzən rast gəlinən ləkələrin (qırmızı və ya tünd) səbəbidir.
  • Diqqət! 1700-cü ildə prussiya ordusunda qərar verilmişdir. Sıx saqqal saxlaya bilməyən əsgərlər həmin saqqalı üzlərində qələmlə çəkməli idilər.
  • İnsanların saqqala görə vergi ödəmələri sizə inandırıcı gələr? 17-ci əsrin sonlarında Rus imperiası saqqalın uzadılması üçün saqqal vergisi tətbiq etmişdir. Vergi bütün saqqal növlərinə şamil edilirdi. Saray əyyanları isə bunun üçün xüsusi lisenziyaya sahib olmalı idilər.
  • İngilis dilinin Oksford lüğətinə əsasən “out of print” çirkli saqqal jarqonu mənasına gəlir. “Ziff” sözü isə Avstraliyada saqqal deməkdir.
  • Qədim misirdə üzdə saqqal aşağı sosial status hesab edilirdi. Yalnız xüsusi hallarda faraonlar yalançı saqqaldan istifadə edirdilər. Saqqal iplə üzə bağlanırdı və canlı allah statusunu təmin edirdi. Hətda dahi qadınlar belə, Xatşepsut kraliçası kimi qadınlar kral şəkillərində yalançı saqqalla çəkilmişdir.
  • Daimi pivə içən və onu son damlasına qədər dəyərləndirən insanlar üçün saqqal məsləhət görülmür. 2000-ci ildə Genesin araşdırmalarına görə hər il 92 370 saqqallı və bığlı kişilərin saqqalında 81 359.5 litr pivə itkiyə gedir.
  • 1970-ci ildə Briqama Yanq universiteti saqqala qadağa qoydu. Bığa toxunulmadı. Məqsəd öz tələbələrini fərqləndirməkdən ibarət idi.
  • Avstralyanın Cənub Kvinsland Universitetinin araşdırmalarına əsasən sıx saqqal 90-95 faiz günəş şüalarının qarşısını ala bilir. Nəticələrdən məlum olmuşdur ki, saqqal üz dərisinin xərçəngi riskini bu vasitə ilə azaldır.
  • Poqonofobiya – bu saqqala qarşı qorxu və ciddi nifrət hissini ifadə edən tibbi termindir. Eyni zamanda saqqal sevənləridə poqonofil adlandırırlar.
  • Saqqal bakteriyaları qorxu içində saxlaya bilir. “Xəstəxana infesiyaları” jurnalının araşdırmalarına görə üzləri təraş olunmuş kişilər 3 dəfə saqqallılardan çox infeksiya daşıyıcısı olurlar. Araşdırmada iki nəzəriyyə irəli sürülür: 1) ülgücdən təkrar istifadə və təraş zamanı xırda kəsiklər bakteriyaların çoxalmasına və dəriyə nüfuz etməsinə səbəb ola bilir, 2) əgər saqqal təmiz saxlanılarsa, infeksiyalarla mübarizə hallarına rast gəlinir.

Qadınlar hansını bəyənir – saqqallı ya saqqalsız?Qış aylarında kişi üz dərisini qorumaq-10 sualın cavabı

Fikirlərinizi bildirin.