Sapioseksuallar kimlərdir və onlarla görüşsəniz nə etməlisiniz?

1599
Sapioseksuallar kimlərdir və onlarla görüşsəniz nə etməlisiniz 1

Sapioseksuallar kimlərdir və onlarla görüşsəniz nə etməlisiniz? Bir çox yeni dəb hobbilərindən fərqli olaraq, bu, seksuallıq növü uzun müddətdir ki, mövcuddur.

İdeal partnyorunuzu təsəvvür edin. Əvvəla, heyrətamiz bir görünüş və ya inanılmaz intellekt haqqında düşünürsünüz? Yataqda salto və ya dəlicəsinə maraqlı söhbətləri təsəvvür edə bilərsinizmi? Sonuncu seçim sizi daha çox cəlb edərsə, onda siz sapioseksual ola bilərsiniz.

Lisenziyalı evlilik mütəxəsisi və ailə psixoterapevti Şadin Frensisin dediyinə görə, özünü sapioseksual kimi tanıdan insan daim zəkaya artan cazibə yaşayır. Bunun cins və ya cinsi oriyentasiya ilə heç bir əlaqəsi yoxdur.

Francis deyir ki, özünü sapioseksual kimi tanımaq təkcə akademiklərlə görüşmək demək deyil. “Bu – məni yalnız nevroloqlar cəlb edir” deyən adam deyil” deyə izah edir. “Sadəcə ağıldan daha çox təsirlənən insanlardır.”

Eyni zamanda, “sapioseksualları” “deseksuallarla” qarışdırmaq olmaz, onlar eyni şey deyillər. Qarışdırdız? Gəlin çözək.

Sapioseksual cinsi oriyentasiyadırmı?

Sapioseksual cinsi oriyentasiya deyil, daha çox “hissinizi necə oyatdığınız və cəlb etdiyinizin bir ölçüsüdür” – Francis izah edir. Sapioseksuallar rastlaşdıqları hər ağıllı insana qarşı avtomatik cazibə hiss etmirlər. “Bu o demək deyil ki, hansısa ziyalı sizi dərhal ailədən uzaqlaşdırsın. Sizin xüsusi əhəmiyyət kəsb edən başqa maraqlarınız və istəkləriniz də ola bilər”.

Sapioseksual olduğumu necə bilə bilərəm?

Frensis deyir ki, keçmişdə niyə müəyyən insanların sizi cəlb etdiyini düşünün. Maraqlı bir söhbət zamanı və ya onların hobbi və ehtirasları haqqında danışdıqlarını eşitdikdə cazibəniz artdı? Əgər belədirsə, onda sapioseksual ola bilərsiniz.

Zəkanın sizin üçün güclü bir həyəcan mənbəyi olduğunu görsəniz, deməli, onlayn tanışlıq istədiyiniz qızı tapmaq üçün mükəmməl bir yol ola bilər.

“Mən bilirəm ki, tanışlıq proqramları tez-tez profilləri səthi gəzdirmək üçün hazırlanmışdır, lakin əslində, şəxsən görüşməmişdən əvvəl orada ciddi söhbət edə bilərsiniz. Bu, sapioseksuallar üçün çox əlverişlidir”.

Sapioseksualla qarşılaşsam nə etməliyəm?

Özünüzü təqdim etməyin ən yaxşı yolu, sizin rahat olduğunuz məkanda görüş təşkil etməkdir. Orda maraqlarınız haqqında əyləncəli bir şəkildə danışa bilərsiniz. Frensis muzeyə, kitab mağazasına və ya üstün olduğunuz başqa yerə getməyi təklif edir.

Misal olaraq, Reddit proqramında sapioseksuallar özlərinə uyğun insanlarla cazibə mənbəyi axtarırlar, fikirlərini bölüşürlər:

“Sevdiyim birinin ehtirası haqqında danışması mənə çox cəlbedici gəlir. Onların inam və bilik dərinliyi nümayiş etdirməkləri çox həyəcan vericidir”.

“Məncə, maraq mütləqdir. Həqiqətən bir şeylə maraqlanmaq və lazımi anda potensial partnyorunuzu üstələyə biləcəyiniz çoxlu məlumat toplamaq üçün bu keyfiyyətə sahib olmalısınız. Problemlərə yaradıcı həll tapmaq bacarığını və ya olduğunuz sənətdə nəyəsə bənzərsiz baxışı göstərmək də yaxşıdır”.

“Bəzi insanların sadəcə dinləmək arzusunda olduqları mövzular var. Kimya, informatika, fiziologiya – bunlar mənim hobbimdir; görsəm ki, kimsə bunu doğrudan da başa düşür, onda hər sözündən asılıram”.

“Sadə bir məsləhət: bir gününüzü Vikipediyada şəxsi maraqlarınız haqqında oxumağa sərf edin. Yaxşı bir şey tapsanız, bacardığınız qədər öyrənin və sonra bu barədə partnyorunuzla danışın.”

“Əgər insan bir şeylə çox maraqlanırsa, bilik əldə etməyə və onu paylaşmağa çalışırsa, o, həmişə valehedici olur. Başqalarının edə bilmədiyi, lakin sizin yaxşı bacardığınız işlərlə məşğul olun. Xüsusilə maraqlandığınız bir şey varmı? Nə qədər yaradıcı və maraqlı olsanız, o, bir o qədər cəlbedici olacaqsınız. Amma sizə xəbərdarlıq edirəm, saxta olmayın. Mənim ən yaxşı məsləhətim odur ki, sadəcə özünüz olun və həqiqətən zövq aldığınız işi edin; çox güman ki, onun sizə olan cazibəsi artacaq”.

Sapioseksual ilə demiseksual eynidirmi?

Yox. Əslində bunlar fərqli anlayışlardır. Demiseksual insan yalnız biri ilə emosional əlaqə qurduqdan sonra cinsi cazibə yaşayır. Ümumiyyətlə demiseksual insanlarda libido azala bilər.

Sapioseksuallarda isə həvəs kimsə öz zəkasını nümayiş etdirəndə oyanır. Bu, cinsi cazibə yaratmaq üçün emosional əlaqə ehtiyacı ilə eyni deyil.

Demiseksuallıq bəzən aseksual spektrin bir hissəsi hesab edilir, lakin Frances deyir ki, o, hələ aseksual sapioseksualla qarşılaşmayıb.

O, yenidən keçmiş münasibətlərinizi təhlil etməyi məsləhət görür: “Bəyəndiyiniz insan sizdə emosional yaxınlıq yaradır? Yoxsa onun sözləri, düşüncələri, zarafatları, ixtiraları sizi maraqlandırır?

SEX terminlərSexə qarşı allergiya, 

Əvvəlki məqaləYuxuda cinsi əlaqədə olmaq niyə təhlükəlidir?
Növbəti məqaləYüklərin daşınması (maddə 57)

Fikirlərinizi bildirin.