Şampan şərabının kəşvi: üzümçünün səhvi. Şampan adlı ərazi fransa torpaqlarında yerləşir və campania, campus olub, latın dilindən tərcümədə ərazi, sahə deməkdir. Şampan vilayəti böyük yol kəsişmələrində yerləşir. Min illiklər boyunca müharibələr zamanı müxtəlif dövlətlərin əsgərləri həmin məkandan sağdan sola, soldanda sağa hərəkət etmişlər. Məkanın mərkəzi sayılan Reyms dəfələrlə yenidən qurulmuşdur. Epernenini isə ümumiyyətlə xəritədən silmişlər. XVII əsrdən etibarən Şampan əla növ qırmızı şərabların vətəni hesab edilmiş və yalnız şərablar barəsində burqund şərablarından geri qalmışdır.

Təxmini məhs həmin zamanlarda üzümülər arasında ağ şərab növü olduqca məşurluq qazanırdı. Rəvaətlərə görə məhs benedikt kahini və Eperne yaxınlığında yerləşən Otviller vilayətinin üzümçüsü Per Perinoninin ailəsi fransız kral sarayının rəğbətini qazana bilmişdir. O 1670-ci ildə qara pino nuar üzümdən ağ şərabın hazırlanma texnalogiyasını yarada bilmişdir. Üzüm dənələrindən şirə çəkilir, sonra qıcqırdılırdı. Lakin, sözü gedən texnalogiyanın bir çatışmamazlığı mövcud idi.

Şampaninin iqlimi Fransanın şimalında yerləşdiyindən olduqca soyuq yer hesab edilir. Bu isə öz növbəsində çaxır istehsalı üçün qısa zaman bəxş etmiş olur. Üzümün yığılması və şirəsinin çəkilməsi olduqca gec vaxta başa gəlirdi.

Nəticədə qışın yaxınlaşması üzümün qıcqırma prosesinin sona qədər baş verməməsi ilə nəticələnirdi. Yazın gəlişi və qarların əriməsindən sonra qıcqırma prosesi davam etdirilirdi. Lakin, bu vaxta qədər şərab adətən qablara süzülür və alıcılara göndərilirdi. İkinci qıcqırma prosesi zamanı karbon qazı ifraz edilir. Bir çox hallarda qazın toplanması ilə şüşələrin qapaqları atır, bəzən isə ümumiyyətlə şüşə partlayırdı.

İsənilən halda karbon qazının şərabda yaratdığı hava dənəcikləri onun keyfiyyətsiz olması kimi qiymətləndirilirdi. Perinonun evi isə sözü gedən problemin aradan qaldırılması üçün olduqca böyük zaman və vəsait ayırmalı oldu. Onun təcrübələri uğurla yekunlaşmasa da axtarışları zamanı prosesin qanunauyğunluğunu müəyyən edə bilir. Eyni zamanda bir neçə şərab növlərini qarışdıraraq müxtəlif tamlı maraqlı içkilər yaradır.

Şampan şərabını kəşf edən Per Perinon evi karbon qazının şərabda işarəsini və qazlı olmasını keyfiyyətsizliyin işarəsi kimi qəbul etmişlər və onun aradan qaldırılması üçün bir neçə il mübarizə aparmışlar.

Buna baxmayaraq, bir müddət sonra şüşə qablaşdırmanın partlayışlarına səbəb olan şərabı alan alıcılar nəyinki üzümçülərə şikayətlənməyə tələsmədilər, onlar əldə etdikləri içkinin dadına heyran oldular.Bir mənalı olaraq dillərinin ucunda olan qıcıqlanma həzzini “ulduzların dadı” kimi adlandırdılar.

Bundan sonra üzümçülərin araşdırmaları məhs həmin effektin saxlanılması yönündə davam etdirildi. Şüşşələrin ağzının bağlanması üçün isə ispan palıd ağacından istifadə edildi. Qonşu Mon-de-Şalo abadlığının sahibi Jan Udar şərabın rənginin onun keyfiyyətinə birbaşa təsir etdiyini anladıqdan sonra şüşələri tünt rəngli şüşələrlə əvəzləməyi təklif etdi. Məhs bu iki abadlıq XVII əsrin sonlarında şampan şərabı texnalogiyasını müəyyən etmiş oldu. Hər iki abadlıq oynaq şampanın vətəni hesab edilir.

Spirtli içkilər haqqında maraqlı faktlarSexdən əvvəl spirtli içki içməyin 8 ziyanı

Fikirlərinizi bildirin.