Şəxsi brendlərini təsis edən və bu işdə uğur qazanan məşhurlar

194
Şəxsi brendlərini təsis edən və bu işdə uğur qazanan məşhurlar

Şəxsi brendlərini təsis edən və bu işdə uğur qazanan məşhurlar. Bir müddət öncə amerikalı müğənni, bəstəkar və fotoqraf Frank Ocean Homer adlı şəxsi brendinin startına başladığını bəyan etmişdir. Onun ilk kolleksiyası qızıl və gümüşdən ibarət zinyət əşyaları, ipək dəsmallar olmuşdur. Əlavələr Oceanın pərəstişkarları tərəfindən çox sevilmişdir. Görəsən Homerin də aqibəti digər musiqiçilərin markalarının uğru kimi sonlanacaqmı?

Şəxsi brendlərini təsis edən və bu işdə uğur qazanan məşhurlar

Frank Ocean öz Homer adlı brendinin təqdimatında

Hər bir insanın vaxtaşırı öz işini qurmaq istəyi formalaşır. Kofe məkanı, əyləncə mərkəzi və ya olduqca böyük risk tələb edən geyim brendləri və s. Dünyaca məşhur musiqiçi də, sahibkarlıq ambisialarına sahibdir. Bəziləri prodakşn-sduia qursalarda, beauty-marka yaratsalar da, sözü gedən məşhur fashion-industriyaya qatılmaq istəmişdir.

Victoria Beckham

Dəb səhnəsində yer alan musiqiçilərdən biri və ilki Posh Spice adı altında brendini təqdim edən və bununla da musiqi koryerasına son vermiş Beckham olmuşdur. Brend sahibəsi adını ilk vaxtlar brend üzərində özününküləşdirməmişdir. Spice Girls-un keçmiş solsiti əvvəllər kolleksiyasına Rock & Republic markasından olan yapon denim cinslərini əlavə etmişdir. Məhs başgicəlləndirici populyarlıq qazandıqdan sonra brend Victoria Beckham adı ilə tanıdıldı.

Hal-hazırda Victorianın işləri o qədər də yaxşı getmir. Hər il rəqabət olduqca yüksəlir və Beckham ailəsinə maraq azalır. Maliyyə itkilərinə rəğmən dizayner qollarını sallamır. Bu səbəbədən də, xanım məhsulların qiymətini 40% endirmiş, növbəti istehsal proseslərində parçanın keyfiyyətini azaltmış və prosesin özünü rahatlaşdırmışdır. Eyni zamanda o digər şirkətlərlə iş birliyini də unutmur. Belə ki, sonuncu dəfə idman brendi olan Reebok-la Victoria Beckham müştərək layihə təqdim etmişlər.

Rihanna

Əgər Rihanna yaxın zamanlarda yeni albom buraxmasa, yəqinki çoxları onun musiqiçi olduğunu unudacaqdır. Artıq onu daha çox uğurlu sahibkar kimi qəbul edirlər. Riri brend portfelində günbə-gün çiçəklənən beauty-marka Fenty Beauty olduqca geniş rəng seçiminə görə alıcılar tərəfindən sevilməkdədir.

Şəxsi brendlərini təsis edən və bu işdə uğur qazanan məşhurlar 3

Lakin. Rihanna öz, sayca üçüncü lifestyle-biznes-markasını və Fenty aksesuarlarını xilas edə bilmədi. Rəsmi mənbələrin açıqlamasına inansaq, uğursuzluğun səbəbi karonakrizis olmuşdur. Los-Angelsdə bağlı qapılar arxasında qalan müğənni Fenty-nin Paris studiasını idarə edə bilmir və nəticədə satış səviyyəsi aşağı düşür.

Virgil Abloh

Louis Vuitton-nun kişi xətti üzrə keçmiş kreativ direktorunun və Off-White markasının təsisçisinin musiqili keçmişi əks tərzlərin diametrik vəhdətindən xəbər verir. Stritvir ofis dress-coduna adaptasiya olunur. Ciddi xüsisi qonaqlıq gecələrində geyinilən kostyumlar isə gündəlik rahat və komfortlu geyimlərə çevrilir. Məsələ ondadır ki, Virgil profil təhsilinə sahib olmayan dizayner olmaqla yanaşı, həm mühəndisdir, həm Kanye Westin art direktoru, həm də dijeydir.

Müsahibələrinin birində Virgil Abloh musiqini dəbi sevdiyi kimi güclü məhəbbətlə sevdiyini bildirmişdir. Bu güclü hissin yaranma səbəbi onun bütünlüklə koryera yolu sayəsində mümkün olmuşdur: Fendi-də təcrübə keçən zamandan başlayaraq Off-White-ın yaranmasına qədər. Dijey fəaliyyəti ilə məşğul olmaqdan savayı elektrik musiqi tərzinə böyük həvəs göstərir və bu janrdan olan musiqiçiləri təqdimat mərasimlərinə bəzən qonaq, bəzən isə model qismində dəvət edir.

Beyoncé

Beyoncénin Ivy Park brendi müğənninin adidas şirkəti ilə birgə iş birliyindən öncə fəaliyyətə başlamışdır. Pop-divanın idman markasının ilk kolleksiyası 2016-cı ildə təqdim edildi. O zamanlar Ivy Park-ın əsas partnyotu Topshop hesab edilirdi. Birgə işin sonlanmasının əsas səbəbi ticarət markasının sahibi Flipp Qrinin adının sexual təzyiq və maliyyə fırıldaqçılığında hallanması ilə bağlı olmuşdur.

Şəxsi brendlərini təsis edən və bu işdə uğur qazanan məşhurlar 5

Beyoncé və onun komandasına yeni portnor tapmaq qəliz olmur. Topshop-la münasibətləri pozduqdan sonra 2019-cu ilin yazında Ivy Park adidasla birləşir. Markaların artıq birgə 3 dropu çıxmışdır.

Təmizlik dəlisi olan məşhurlarUlduzlar hansı sex oyuncaqlardan istifadə edirlər?

Əvvəlki məqaləBu bürc nümayəndələrini aldatmaq mümkün deyil
Növbəti məqaləBurundakı tüklər niyə lazımdır və onu götürməyə dəyərmi

2 COMMENTS

Fikirlərinizi bildirin.