Sənin istəyindən aslı olmayaraq bədəninin edə biləcəyi 5 qəribəlik. İnsan bədəni hələ də alimlər üçün müəyyən qədər sirr olaraq qalmaqdadır. O eyni vaxtda həm möhkəmdir, həm də zərif, həm gözəldir, həm də çirkin, həm dözümlüdür, həm də zəif. Bir çox hallarda bədəndə problemlər müxtəlif xəstəliklər səbəbindən yaranmış olur. Bəzi xəstəliklər isə zərərli və təhlükəli vərdişlər səbəbindən formalaşır. Bəzi narahatlıqlar standart şablonlara uyğun olaraq davam edir və buna görə də, onların simptomlarında qəribə heçnə olmur. Ancaq bəzən isə ümumiyyətlə gözlənilməz reaksiyalarla qarşılaşmış olursan.

Çeçələ barmağın özü-özünü amputasiya etməsi

Çeçələ barmaq kimi ilk baxışdan önəmsiz görünən bədən hissəsinin itirilməsi olduqca böyük narahatlıqlar yarada bilər. Bu yazıda biz barmağın itirilməsi dedikdə hər hansısa zədələnmə halına görə onun kəsilməsi deyil, özü-özünü amputasiya etməsini nəzərdə tuturuq.

Daktiloliz və ya anyum adlı xəstəlik mövcutdur ki, nəticədə çeçələ barmağı ətrafında onu tamami ilə saran təbəqə formalaşır. Zamanla bu təbəqə qalınlaşır və barmağı sıxır. Bir müddət sonra qanın həmin hissəyə axını dayanır, sonra isə sümüklər fəaliyyətini itirir. Bu gedişatla barmaq ümumiyyətlə özü qoparaq düşür. İlk baxışdan bu sizə fantaziya kimi görünə bilər, ancaq bu real bir xəstəlikdir və hələ də müalicəsi tapılmayıb.

Lakin, tropik iqlim qurşağında yaşamayan insanlar rahat ola bilərlər. Ümumiyyətlə olduqca az rast gəlinən xəstəlik hesab edilir.

Nəfəsin tam dayanması

Undin sindromuna bəzən yuxu apnoesi də deyirlər. Bu mərkəzi sinir sisteminin olduqca nadir rast gəlinən xəstəliyidir. Bu halda insan yuxuda olan zaman onun nəfəsi dayanır. Sadəcə təsəvvür edin ki, insan beynində nəfəsalmanı təmin edən bir cihaz var və o birdən dayanır. Bədən sankı “artıq bəsdir” deyərək fəaliyyətini bir andaca dayandırır.

Bu vəziyyətdən qurtulmaq üçün heç bir dərman yoxdur. Bu cür insanların sağ qalmaqları üçün yeganə yol gecəni süni nəfəs cihazları ilə keçirməkdən ibarətdir.

Siz öz daxili dünyanızı eşidə bilərsiniz

Əgər insanın bəxti gətirməsə və o daxili qulaq kanallarının normal fəaliyyəti ilə doğulmasa o super eşitmə qabiliyyətinə sahib ola bilər. Lakin, bu super güc uzaqda baş verənlərə qarşı yönəlik olmur. Bədəninin daxilində baş verənləri eşidə bilir. Bu yuxarı kanalın pozğunluğu sindromu adlanır.

Bu cür fərqli qabiliyyətin anadan olarkən mövcud olması vacib deyil. Simptomlar gözlənilmədən və ya zədələnmələrdən sonra da yarana bilər. İnsan demək olar ki, daxilində baş verənlərin hamsını eşitməyə başlayır. Bəzi xəstələrin sözlərinə görə onlar ürək döyüntülərini, gözlərin hərəkətini ürəyin qanı ötürməsini, damarlardakı şırıltı səslərini və digər halları müşahidə edirlər.

Sənin istəyindən aslı olmayaraq bədəninin edə biləcəyi 5 qəribəlik 2

Hər şey başgicəllənməsindən başlayır və insan müavizinətini qoruya bilmir. Sonradan səsləri ayırd etməkdə çətinlik çəkir. Nəticədə xəstəlik ağırlaşır və asta səslərdən tədricən möhkəm və aydın səsləri eşitməyə keçid alır.

Məlumat qorxulu səslənsə də iki yaxşı xəbər var: bu olduqca nadir xəstəlikdir və onun müalicəsi var. Nisbətən bahalı əməliyyat tələb edir.

Sizin sümükləriniz yox ola bilər

Bu hansısa sehirbazlıq deyil. Real və olduqca nadir yaşanan Horkem-Staut xəstəliyidir. Xəstəlik bədənin istənilən sümüyündə və ya potoloji qırılmalardan sonra aşkarlana bilər. İlk olaraq dərinin üzərində yaranan kəsik şəklində sümüyün üzərində yeni sümük toxuması yaranır. Ancaq xəstəliyə tutulanlarda sümük sonradan sağalmır, əksinə dağılır. Onun yerini isə zərif toxumalar və damarlar alır.

Həkimlər hələ də baş vermə səbəblərini bilmirlər. Xəstələr üçün yeganə ediləcək kömək onların ağrılarını azaltmaq və proqressiv potoloji prosesi müxtəlif terapiyalar, cərrahi əməliyyatlar və protezlərlə gecikdirməyə çalışmaqdır.

Sonluqlarda olan ağrılara qarşı alergiya

Təsəvvür edin ki, hər dəfəsində asta şəkildə stolun kənarına və ya qapıya dəyməniz bütün bədəninizdə ağrıların yaranmasına və yayılmasına səbəb ola bilər. Nəticədə şişlər əmələ gələr. Dırnaqlarda və saçlarda qırılmalar və zəifləmələr baş verə, əzələlərin atrofiyası yarana bilər. Bu sindrom Zudek sindromu adlanır. Bəzən isə regional ağrı sindiromu da adlandırırlar. Bir çox insanlarda xəstəlik zədələnmiş sümüklərin düzgün olmayan müalicəsindən sonra yarana bilir. Xəstəliyin yaranmasının əsas səbəbi isə əsəb sistemində pozulma halları kimi qiymətləndirilir. Nadir hallarda güclü stress hallarından da formalaşa bilir.

Müalicə üsulu kimi həkimlər medikomentoz terapiya tədbiq edirlər. Bu metoda lazer terapiyası və digər metodlar şamil edilir. Ağrı azaldıqda isə fizioterapiya və müalicəvi fiziki hərəkətlər, masajlar məsləhət görülür.

Bədən qoxusu – kişiləri nə ehtiraslandırır?Kişi bədəni haqqında maraqlı sex faktlar

Fikirlərinizi bildirin.