Sən demə, kişi cinsi orqanı zamanla kiçilir. Yeni qorxunc məlumatlar peyda olub: yeni araşdırma nəticələri dərc edilib. Araşdırmaya əsasən qərb yarım kürəsinin kişilərinin çoxu 2045-ci ildə sonsuz olacaqlar.

Son günlər gündəmdən düşməyən bəd və xoşa gəlməz xəbərlərin, insanların bu qədər özlərini narahat hiss etməklərinin ardınca, Amerika alimlərinin xəbərləri bizləri ümumiyyətlə qorxuzur və yaşamaq istəyimizi azaldır. Lakin, digər tərəfdən biz varıq deyə siz son xəbərlərdən geri qalmayacaqsınız. Ən azından hadisələrdən qabaq onlar barədə məlumat almış olursunuz. Artıq anladığınız kimi, bu gün də xəbərlər kişi cinsi orqanı haqqındadır.

Doktor Shanne Svan təzəlikcə ictimaiyətə yeni kitabını təqdim etmişdir. Kitabda havanın və ümumiyyətlə ətraf mühütin korlanmasının kişilərin reproduktiv orqanlarına təsiri haqqında yazılmışdır. Kitabın nəticə hissəsinə nəzər saldıqda insanlığın böyük təhlükə qarşısında olması anlaşılır.

Hələ 2001-ci ildə avropa mütəxəsislərinin araşdırmalarına əsasən ətraf mühitdə olduqca çox yayılmış ftalatların insan reproduktiv sisteminə mənfi təsirləri müəyyən edilmişdir. Bəs bu maddələrə harda rast gəlinir? Daha çox PVX plastiklərində, hamam tualet otaqlarında quraşdırılan plastik borularda, plastik konteynerlərdə, mətbəx qablarında, eyni zamanda kosmetik vasitələrdə: dırnaq boyaları, ətirlər, şampunlar, kremlər və s.

Ftalatlar insan orqanizmində olan estroqen harmonu ilə olduqca oxşarlıq təşkil edir. Bu səbəbdən də, orqanizmimizə daxil olaraq harmonal pozuntular yarada bilir və testestronun zəifləməsi ilə nəticələnir.

Bu səbəblər əsas götürülərək Avropada PVX məhsullarının istifadəsinin azaldılmasına çalışılır. Lakin, kimyəvi və kosmetik istehsal sahələri olduqca gəlirli sahələr olduğundan bu yöndə qadağalar nisbətən arxa plana keçirilmişdir.

Nəticə özünü çox göstərmir. Doktor Shanna Svan son 40 il ərzində kişi sperma maddələrini laboratoriya şəraitində araşdırmış, reproduktiv sistemin pozğunluğu ilə dünyaya gəlmiş uşaqların saylarına nəzər salmış və vəziyyətin getdikcə pisləşməsi barədə məlumat vermişdir.

Misal olaraq, ortalama avropa kişisində aktiv spermatozoid sayı tam yarıya enmişdir. Ortalama cinsi orqanın uzunluğu durmadan kiçilməyə doğru gedir. Bu hal isə zamanla əks cinsin nümayəndələrinin narazılıqlarının artması mənasına gəlir.

Doktorun fikrinə görə, yeni doğulacaq oğlan uşaqları artıq ana bətnində olan zamandan etibarən ftalatların təsirinə məruz qaldıqlarından bu həmin uşaqların böyüdükdə daha kiçik cinsi orqana sahib olmaları ilə nəticələnir. Ftalatlar harmonal fonu ümumilikdə dəyişdirdiyindən cinsi orqanın inkişafını gecikdirir və ciddi kənarlaşmalar yaradır. Təəssüf ki, maddələr daha çox gənc qızların bədənlərində hiss edilir. Çox güman ki, bu onların kosmtikalardan çox istifadə etmələri ilə bağlıdır.

Hal-hazırda araşdırma aparılan Avropada və ABŞ-da ümumiyyətlə orqanizmində ftalat göstəriciləri olmayan insan tapmaq mümkün deyil. Çox güman ki, biz onları hava ilə qəbul edirik. Maddənin daha çox xaric olması plastik məmulatların istehsalı zamanı havaya sovrulur. Plastik zavodları demək olar ki, dünyanın hər yerində fəaliyyət göstərir.

Doktor Shanna Svan təkidlə bildirir ki, əgər vəziyyət bu formada davam edərsə, 2045-ci ildə Avropa ümumiyyətlə reproduktiv baxımından sağlam kişilərə həsrət qalmış olacaq. Eyni zamanda orqan ölçüləri də hiss ediləcək dərəcədə kiçiləcəkdir.

Cinsi orqanlar parkı vədigər  görməli parklarCinsi orqanla bağlı 10 qadağa

Fikirlərinizi bildirin.