Şəkər xəstəliyinin sexual həyatınıza vurduğu 4 zərbə

178
Şəkər xəstəliyinin sexual həyatınıza vurduğu 4 zərbə

Şəkər xəstəliyinin sexual həyatınıza vurduğu 4 zərbə. Endokrin sisteminin xəstəlikləri kişilərin və qadınların sexual həyatlarına mənfi təsirsiz ötüşmür.

İspanyalı uroloq İgnasio Monkadanın xəbərdarlıqlarına görə şəkər xəstəliklərindən əziyyət çəkən kişilərin və qadınların cinsi həvəsləri və fəaliyyətləri aşağıdakı səbəblərə görə pozula bilir:
  • Xəstəlik ereksiya göstəricisini nəzarətdə saxlayan əsəb siztemini və toxumaları zədələyə bilər;
  • Şəkər xəstəliklərində qan damarlarında quruma və daranlma halları mövcud ola bilər ki, nəticədə cinsi orqana qan axını prosesi tədricən zəifləyər;
  • Endokronik systemin fəaliyyətində yaranan pozuntular istəyin azalması ilə nəticələnən harmonal dəyişikliklər yarada bilər;
  • Şəkər xəstəliyi fonunda psixi pozuntuların formalaşma ehtimalı yuxarıdır. Bu isə özgüvənin azalması və inamsızlıqla nəticələnir.

Şəkərli xəstələrdə rast gəlinən sexual problemlər qadınlara adətən istəyin azalması formasında təsir edir. Aşağı ətraflara qan axınının azalması zamanla harmonal dəişikliklərə, sidik kisəsində narahatlıqlara və kandidoza səbəb ola bilir.

Kişilərdə isə adətən erektil disfunksiya və testesron səviyyəsinin azalması hallarına rast gəlinir.

İgnasio Monkadanın sözlərinə görə xəstəlikdən əziyyət çəkən kişilərdə yaranan ereksiya problemləri hətda 20-30 yaşdan etibarən hiss edilə bilər. Xəstəliyə nəzarət etmək mümkün olmursa, diqqətdən kənarda qalırsa, risk daha da artmış olur. Artıq müəyyən yaşda, 36-60 yaş arasında 50% kişilər bu kimi narahatlıqlardan əziyyət çəkirlər. 70 yaşdan sonra isə bütün şəkər xəstələrində problem rastlana bilir.

Fiziki hərəkətlər kimi proflaktik tədbirlər, balanslaşdırılmış pəhrizlər, edekvat çəkini normada saxlamaq, siqaret çəkməkdən imtina, stress hallarından uzaqlaşmaq, əhval-ruhiyyəni yuxarı səviyyədə saxlamaq, mütamadi olaraq həkim müayinəsindən keçmək sexual problemlərin qarşısını almaqda yardımçı ola bilər.

Qidalarımızdan meyvələri kənarlaşdırsaq nələr baş verə bilərKişi burnu ilə cinsi orqanı arasında həqiqətən əlaqə varmış

Əvvəlki məqaləNiyə qadınlar evli kişilərə üstünlük verirlər?
Növbəti məqaləÜz təmizlənməsi üçün 18 maska resepti

2 COMMENTS

Fikirlərinizi bildirin.