Ruth Westheimer – sexual ədəbiyyatın dahisi. Çox güman ki, yer üzündə heç kim Ruth Westheimer qədər sex barədə kitab yazmayıb. Bu qadın ABŞ-ın ən tanınmış mədəniyyət nümayəndəsidir. Lakin, bir neçə on illiklərdir ki, xanım insanlara problemlərini həll etməyə, sexsual kənarlaşmalarını aradan qaldırmağa, narahatlıqları unutmağa kömək olur. Bu gün sizə xanım haqqında ətraflı məlumat vermək istərdik.

Onun danışığı zamanı alman diolekti olduqca aydın hiss olunur. Məşhur amerikan sexsoloqu, televiziya və radio proqramların aparıcısı, bir çox kitabların müəllifi Ruth Westheimer daha çox “doctor Rut” ləqəbi ilə tanınır. Almaniyada anadan olmuş, milli-sosializmə görə oranı tərk etmək məcburiyyətində qalmışdır.

2018-ci ildə Ruth Westheimer, əsl adı Ruth Carola Ziqel 90 yaşını qeyd edir. Lakin. Ömrünün bu dönəmində də o həyatı doyasına yaşamağa çalışır, ciddi şəkildə fəaliyyətini davam etdirir. Hal hazırda da almaniya kinoteatırlarında “Doktor Rutdan soruşun” (ing- Ask Dr. Ruth”, alm-“Fragen Sie Dr. Ruth”) adlı sənədli filim nümayiş olunur.

Ən intim məsələlər – açıq və zarafatla

Onun fəaliyyəti dövründə minlərlə radio-televiziya proqramları, 30-dan artıq nəşr yer alır. “Gümüşü sex” Ruth Westheimerin sonuncu kitablarından biridir. Kitabda insanın yaşlı dövründə sex barədə məsələlər açıqlanmışdır. Müəllifin sözlərinə görə onun məqsədi “sexsin həzzini yalnız gənc yaşlaarında yaşamaq olar” kimi fikirlərin yanlış olduğunu sübuta yetirməkdir.

Tam olaraq intim mövzuları isə Ruth açıq və zarafatcasına danışdığından olduqca böyük kütlə insanları özünə cəlb edir. Bütün dünya üzrə onu sevənlər və izləyənlər vardır. Bir çox hallarda yolda görərkən ona “ora bax, doktor sex gəlir” deyə səslənirlər. Roth özü isə bu söbətlərə təbəssümlə yanaşır. Həyatda olduqca enerjili, əyləncəli bir insandır. “Bəlkədə buna görə mən uzunömürlüyəm” deyə sexsopotoloq gülərək bildirir.

Şəxsi faciə

Ruth Westheimer ingilis, ivrit, fransız, alman dillərində, hətda hessen diolektində danışa bilir. Onun vətəni Frankfurt-na-Maynedə Karlştadt şəhəridir. 1928-ci ildə 4 iyun tarixində yəhudi ailəsində anadan olmuşdur. Bütün uşaqlığı Frankfurtda keçmişdir.

Almaniyanı antisemitik dağıdılma dalğası bürüyən zaman Ruthun 10 yaşı var idi. Bu uçurum 1938-ci ilin noyabr ayının 9-undan 10-una keçən gecə baş vermişdir. Küçələr boyunca yəhudilərə məxsuz dükanların pəncərələri qırılmış, yəhudi məhlələrinin evləri bərbad vəziyyətə salınmışdır. Həmin gün çox sayda güllələnən, həbs edilən və müxtəlif lagerlərə göndərilənlər var idi.

Bütün bu qorxulu hadisələrdən sonra Ümumümdünya avropa təşkilatınn köməyi ilə alman yəhudilərinin Britaniya mərkəzi açıldı. 1933-cü ildə yaradılan təşkilatın məqsədi yəhudi uşaqlarının qorunması ilə bağlı idi. Nəticədə Ruth digər uşaqlarla birlikdə İsveçrəyə köçürülür. 1939-cu ildə qızın anası təşkilat vasitəsi ilə qızı göndərə bilsədə, atası nasistlər tərəfindən həbs edilir, Buxenvalda departasiya edilir.

Frankfurt dəmiryol vağzalı bu gündə Ruthun xatirələrində vahimə yaradır. Sonuncu dəfə olaraq qatarın pəncərələrindən anası və nənəsi ilə vidalaşmışdır. Onun yaxınları konslaqerdə tab gətirə bilməyərək vəfat etmişlər. 1945- ci ildə ikinci dünya mühəribəsindən sonra bu haqda xəbər tutduqda Ruth Westheimer fələstinə getməyi qərarlaşdırır. Məhs burda xanım izrail sionist hərbi təşkilatına yazılır, snayper biliklərinə yiyələnir. Lakin, ciddi xəsarət alaraq qospitala göndərilir.

Ruth Westheimer – sexual ədəbiyyatın dahisi

ABŞ-a emiqrasiya

Bir müddət sonra qızcığaz parisdə Sorbonna universitetində psixologiya üzrə təhsil alır. Həmin təhsil ocağında müəllimlik edir. 1953-cü ildə Almaniya xəsarət alanlara yardım fondu ayırdıqda xanım 5000 marka dəyərində kompensasiya alır. Bu vəsaitlə ABŞ-a emiqrasiya edir.

ABŞ-da elmi dərəcə alır, Nyu-Yorkda qospitalda çalışır. Məşhurluğu isə 1980-cı illərdə əldə edir. Həmin illərdə xanım radioda “Sexsual söhbətlər” adlı verliş aparır.

Ruth açıq şəkildə canlı yayımlarda məsləhətlər verir, sexsual münasibətlər zamanı sirləri açır, problemlərin həlli yollarına toxunur. Şou tez zamanda o qədər populyarlıq qazanır ki, Ruth oxşar proyektlərin bir çoxuna dəvətlər alır. Bu proyektlər bütün dünyada tanınmış telekanallardan gəlməkdə davam edirdi. New York Times Ruth Westheimer haqqında yazırdı: “Onun adı və onun səsi “sex” mövzusundan ayrılmaz bir vəhdət təşkil edir”.

Doktor Ruth sexsologiya haqqında 30-dan çox kitabın müəllifidir. “Sex üzrə ekspertdən” – hansı ölkələr ən çılğın məşuqları ilə fəxr edə bilər sualını soruşduqda o həmişə cavabında gülür və bu cür düşüncələrin absurt olduğunu söyləyir.

Onun sözlərinə görə bütün ölkələrdə qadınların və kişilərin sevgi məsələlərində eyni problemləri vardır. Bunun bir çoxu gündəlik həyatın eyni şəkildə təkrarlanmağındadır. Münasibətlərinizi rəngarəng etməyə çalışın, həyatınıza fərqliliklər qatın, əgər alınmırsa profesionallara müraciət etməkdən çəkinməyin.

Müxtəlif ölkələrdə uşaqlara sex necə anlatılır“Bütün qardaşlar bunu edirlər” sexual zorlanmaya məruz qalanların etirafları

Fikirlərinizi bildirin.