Ronaldonun gey (homosexsual) olması fikirləri necə yarandı? Cristiano Ronaldonun 4 uşağı var. Artq 4 ildir ki, Georgina Rodriguezlə münasibətdədir. Bu münasibətlərdən öncə idmançının adı tanınmış xanımlarla birgə çəkilir, xeyli sayda münasibətlər yaşamışdır. Ancaq onun homosexsual olması ilə bağlı dedi-qodular səngimək bilmir və üzun zamandır ki, gündəmə gəlməkdədir. Onu sevməyən futbol həvəskarları sosial şəbəkələrdə Ronaldonun şəkilləri altında bu fikri təkrarlayaraq bu cür olduğuna inandırmağa çalışırlar. Bəli, Ronaldo öz xarici görünüşünə bəlkədə normadan artıq diqqət ayıran məşhurlardandır. Bəzən makeyajdan belə istifadə edir. Bəs Ronaldonun gey olduğu mifi hardan yaranmağa başlamışdır?

Bu məqaləmizdə yaranan fikirlərin tarixcəsinə nəzər salmağa çalışacağıq. Sizdə eyni zamanda məqaləni oxuduqdan sonra öz fikirlərinizi və şübhələrinizi qeyd edə bilərsiniz.

Ronaldonun gey olması ilə bağlı ilk fikirlər 2013-cü ildən etibarən səsləndirilməyə başlanıldı. Həmin ildə futbolçu Rihannanın konsertində iştirak etmişdir. O xanımla əyləncəli zaman keçirmiş, gecənin sonunda isə xatırə şəkli çəkdirmişdir.

Ronaldonun gey (homosexsual) olması fikirləri necə yarandı?

Lakin, hadisədən bir neçə ay sonra Rihhanna şəkillərin altında fikir bildirərək sosial şəbəkə istifadəçiləri arasında alov yaymşdır. “Mənim dostlarım arasında geylər olduqca çoxdurlar və mən hər zaman onları dəstəkləmişəm.” – deyə sözlər yazmışdır. Bu fikirlər əslində nə deməkdir? Bu sadəcə zarafat idi, ya daha byük sirlər gizlədilirdi? Lakin nə Ronaldo, nə də Rihanna yaranan fikir ayrılıqlarına heç bir münasibət bildirmədilər.

Şübhələrə səbəb olan digər şəkil aşağıdakıdır:

Ronaldonun gey (homosexsual) olması fikirləri necə yarandı?

Burada həqiqətəndə fikir bildirməyə ehtiyac yaranmır. Şəklin internetdə hansı reaksiya yaratdığını özünüzdə anlayırsınız. Kənardan bu yaxın söhbət və ünsiyyət heçdə dostcasına münasibət kimi görünmür.

Ancaq bütün bunlar Ronaldonu narahat etmir və ard-arda bir çox bu kimi müammalı şəkillərdə görünməyə başlayır. Nəticədə Cristianonun kinqbokusçu Badr Hari ilə çəkdirdiyi foto bütün medianı sirkələyir. Portuqaliyalı tez-tez onun yanına, Morokkoya qonaq getməli olurdu. Günlərin bir günü sosial şəbəkələrdə hovuz kənarında çəkilmiş bu kimi səmimi xatirələr yayılmağa başladı.

Ronaldonun gey (homosexsual) olması fikirləri necə yarandı?

Hari bir müddət sonra insanları daha da çaşdırmaq məqsədilə Ronaldonu qucaqda tutduğu şəklini yayımladı. Döyüşçü şəklin altında “yeni evlənmiş cütlük” ifadəsini də əlavə etdi.

Və nəhayət ki, bütün sarı mətbuatın “Ronaldo kaminq-out həyata keçirir” başlıqlı yazısını dərc etdirdiyi hissə. Yazı portuqal idmançı ilə Atletika Madridin futbolçusu Koke arasında böyük narazılıqdan bəhs edir. Hadisə 2016-cı ildə baş vermişdir. Ronaldonun futbolçu ilə maraqlı dialoqu mediyaya sızır. Dialoq zamanı Koke Ronaldonu gey adlandırır. Ancaq bu zaman gey sözünü daha kobud formada işarə edir. Cavabında isə “Gey? Ancaq varlı gey… (bastard)” eşidir.

Lakin insafsız jurnalistlər həmin anda Ronaldonun sözlərini “Mən varlı geyəm” kimi dərc etmişlər. Ancaq futbolçunun sözlərinə görə o Kokeyə sarkazmla cavab vermişdir. Və imkanlı daha çox qazanc əldə etdiyini bildirməklə opponentini utandırmağa çalışdığını bildirmişdir.

Eyni zamanda internetdə yayılan bir neçə şəkil də pərəstişkarları çaşqınlıq işində saxlamışdır. Oyunların birində meydançaya atılan pərəstişkar Ronaldonu öpür, bundan sonra isə Dibal ilə sezon zamanı Parmanın qapısına vurulan qoldan sonra gözlənilməz öpüş baş verir.

Jurnalistlər var gücləri ilə şübhəli məqamlara diqqət çəkməyə çalışdıqları zaman idmançı xanımlarla görüşməyə davam edir. Onlar arasında Jordana Jardel, Gemma Atkinson, Paris Hilton, İrina Shayk və bir çox xanımlar yer alır.

Ronaldo dəfələrlə insanların onun orientasiyası ilə bağlı nə düşündüklərinin onu marağında olmadığını söyləmişdir. Hal-hazırda gözəl xanımla birlikdə yaşayır, 4 övlad büyüdür və mililonlar qazanır.

Futbolçuların bizes-imperyalarıPortuqaliya milli futbol komandasıİmicini məhv etmiş 7 idmançı

Fikirlərinizi bildirin.