Roman Abramovichdən 10 məsləhət. Roman Abramovich dünyanın ən varlı insanları siyahısında yer alaraq rusya biznesində və siyasətində olduqca imkanlara sahibdir. Onun var-dövləti milyard dollarlarla qiymətlənirilir. Vaxtı ilə Çukotkanın meri olmuş, “Chelsea” futbol klubunun sahibidir, gözəl həatı və gözəl qadınları olduqca çox sevir. Onun adı xeyli vaxtır ki, imkanın və uğurun sinonimi kimi qəbul olunur. Uğura gedən yolu hələdə müasirlərini həvəsləndirir və motivə edir. Pressa, jurnalislərlə ünsiyyətə girməyi sevmədiyinə baxmayaraq, onun haqqında bu günə qədər yazı dərc etdirməyən dərgi mövcut deyil. Onun haqında hətda myuzikıl da yazılmışdır. Əsərdə onu “Naməlum yerdən gələn milyarder” adlandırmışlar.

Varlılığın psixologiyası və kasıblığın psixologiyası bir çox problemin ağıldan qaynaqlandığını qeyd edirlər. Bu problemlər bir çox hallarda hər hansısa hərəkətdən dolayı və ya başqa insanlar səbəbindən baş vermir. Bunların hamısının səbəbi bizim mental dəyərlərimizdir. Aşağıda sözü gedən 10 rəfdar formalarından azad olarkən siz bir çox problemlərdən can qurtaracaqsınız.

Roman Abramovichdən 10 məsləhət
Tələsik qərarlar verməyin

Bu hərəkət iki formada həyatı çətinləşdirə bilər. İlk olaraq bizə elə gəlirki, sonradan nə baş verəcəyini bilirik və bu düçüncələrimiz əsasında qərarlar verib hərəkət etməyə başlayırıq. Lakin, insanların öncədən görmək qabiliyyətləri olmadığından onların bir çoxu təxminləri yanlış olur. Nəticədə verdiyi qərarlar da yanlışlıqla yekunlaşır. Məsələnin ikinci tərəfi isə biz insanlara elə gəlir ki, başqalarının düşüncəlrəini oxuya bilirik. Sanki biz başqalarının hansısa hərəkəti niyə etdiyinin səbəbini və ya nələri düşündüklərini görə bilirik. Məhs bu axmaqlıq bir çox münasibətlərə son qoya bilir.

Dramatikləşdirməyin

Bir çoxları xırda uğursuzluqları dünya miqyasında faciələrlə eyniləşdirirlər. Nəticədə bu şişirdilmiş dəişətə uyğun olaraq da hərəkət edirlər. Qarışqadan fil düzəltmək adəti narahatlıq hissi yaradır. Lakin, bu hal ya ümumiyyətlə mövcut deyil, ya da ciddiyə alınmayacaq dərəcədə kiçikdir. Bəs niyə onlar belə edirlər? Kim bilir, bəlkədə onlar bu şəkildə özlərini daha gərəkli və önəmli hiss edirlər. İstənilən halda bu cür rəfdar həm axmaq düşüncə tərzidir , həmdə nəticədə problemlər yarada bilir.

Qaydalar kəşf etməyin

“Lazımdır” və “etməliyəm” başlığı altında cəmlənən bir çox qaydalar çox gümankı önəmsizdir. Onlar sizlərə yalnız bir şey verirlər: əsəbilik və günah hissi. Niyə? Beyninizdə yaratdığınız bu qaydaların arxasınca getdiyinizdə siz beyninizi gərəksiz yüklənmələr və maneələrlə doldurursunuz. Bu qaydaları başqalarının üzərinə keçirmək istədikdə isə, kənardan özündən başqa heç kimi sevməyən və məcburən öz fikirlərini aşılamağa çalışan fanatik kimi görünürsünüz.

Streotiplərdən qaçın

İstifadə etdiyiniz sözlər sizi yarı yolda qoya bilər. Neqativlərin dili və tənqitlər bu cür fikirlər yaradır. Bütün məsələləri kateqoryalar üzrə bölməyə çalışsanız onların əsil dəyərini görmərsiniz. Nəticədə düşüncə tərzinizi zəflədərsiniz. Heç bir məsələni rəflərə düzməyə çalışmayın. Bir müddət sonra baxış tərziniz dəyişəcək.

Perfeksionist olmayın

Həyat yalnız “ağ və qara” rənglərdən ibarət deyil. Bir çox hallarda “yetərlidir” sözü elə yetərli mənasını verir. Əgər ideal iş axtarışında olsanız, çox gümankı heç vaxt onu tapmayacaqsınız. Bununla yanaşı digər işlər sizə olduğundan  daha pis şəkildə görünəcəkdir. Perfeksionizm – mental xəstəlikdir. O sizə həzz almağa imkan verməyəcək. Hər zaman sizi, olmayan bir şeylərin axtarışına yönləndirəcək.

Ümüdsüzlüyə qapılmayın

Bir-iki işin uğurlu alınmaması hələ daimi uğursuz biri olduğunuz demək deyil. Eyni zamanda təsadüf nəticəsində yüksəliş də sizi bir dahiyə çevirmir. Tək-tük hallar, hətda bir neçə hallar yaxşı olsada, pis olsada hər zaman uzanan mənasız gecikmələr anlamını vermir. Bir qayda olaraq bütün əşyalar olduqları kimidirlər, ondan böyük məna kəsb etmirlər.

Ürəyinizə yaxın qəbul etməyin

İnsanların bir çoxu, hətda dostlarınız və iş yoldaşlarınızın çoxu vaxtlarının 99% faizini sizin haqqınızda düşünməyə sərf etmirlər. Sizin təşkilatın insanları, bəlkədə qonşularınız belə sizin haqqınızda heç vaxt eşitməyiblər. Hə, bəlkədə heç eşitmək belə istəmirlər. Həyat yüksəlişləri və enişləri, istilik və ya digər insanlar tərəfindən soyuqluq halları bir başa olaraq sizinlə bağlı deyil. Bunu üzərinizə almayın. Əgər əksinə olsaydı, özlərini sizin barənizdə narahat olmuş kimi yalandan göstərmələri – sizi özünüzü daha çox bədbəxt hiss etməyə vadar edərdi.

Emosiyalara inanmayın

Hiss etdikləriniz hər zaman doğru mənasına gəlmir. Həqiqətdə başqa cür ola bilir. Sadəcə içinizdə belə hiss etməyiniz doğrunu tapmağınız demək deyil. Bəzən emosiyaların mənbəyi yorğunluq, aclıq həssaslıq, hətda soyuqdəymə belə ola bilər. Sizin özünüzü yaxşı və ya pis hiss etməyiniz gələcəkdə heç nəyi dəyişdirməyəcək. Hisləriniz həqiqi ola bilər, ancaq həqiqət hislər demək deyil.

Apatia hallarına uymayın

Optimist olmaq üçün məşq edin. Əgər həyatda, işdə pis hallar gözləməli olsanız o zaman mütləq onu tapacaqsınız. Neqativ əhval dünyaya kirli eynəklərdən baxmaq kimi bir şeydir. Siz yalnız çatışmamazlıqları görəcəksiniz, bundan kənara baxa bilməyəcəksiniz. Axtarmağa başlamamışdan öncə olmayan şeyi görə bilməmək fikirləri insana heyratamiz gəlir. Əgər siz daim pozitiv halların axtarışında olsanız, mütləq pozitivliklə və müsbət hallarla rastlaşacaqsınız.

Keçmişlə yaşamayın

Bu məsləhət öncəki məsləhətlərdən daha vacibdir: unudun və yaşamağa davam edin. Əsəb, qan-qaraçılıq, bədbxtlik və narazı olmaq halları keçmiş günlərdən və keçmiş incikliklərdən yapışmış insanlardan qaynaqlanır. Bu fikirləri beyninizdə daha çox fırlatdıqca, onlar sizə daha böyük görünər. Özünüzü daha pis hiss edərsiniz. Bədbəxt hallarla mübarizə aparmayın. Sadəcə unudun və yaşamağa davam edin. Yalnız bu yola qəlbinizi qorumuş olacaqsınız.

Bill Gatesdən yeniyetmələrə 11 məsləhətBiznes motivasiya haqqında statlarSupermodel Naomi Campbell haqqında 7 fakt

Fikirlərinizi bildirin.